TEST

Pəhrizə başlamaq istəyənlər üçün 10 sual – TEST

Baxış sayı: 1. 762

Artıq çəkidən azad olmaq üçün əzm və qərarlılıq hər şeydən vacibdir. Dietaya başlamaq üçün bir çox bəhanələr dilə gətirirsiniz, əvvəlcə qərarlı olub-olmadığınızı özünüzdən soruşmalısınız. Çünki istəksizlik, həyat tərzi və həssaslıqlarınız hədəfə çatmağınıza ən böyük maneədir.

İlk növbədə özünüzə qoyduğunuz maneələrin və düşüncələrinizin fərqinə varmalısınız və bunlardan azad olduqdan sonra dietaya başlaya bilərsiniz. Arıqlamaq üçün bu düşüncələri birdəfəlik beyninizdən atmalısınız. Dietaya başladığınızda istədiyiniz nəticəyə nail olub-olmadığınızı bilmək üçün aşağıdakı 10 suala cavab verə bilərsiniz. Ancaq sualların məntiqi düzgünlüyü ilə yox, beyninizdə necə formalaşdırırsınızsa, o cür də cavab verin.

1. Bir çox mütəxəssislər həftədə 1-2 kiloqram arıqlamağın mümkün olduğunu dilə gətirirlər. Siz bu fikri eşitdiyiniz zaman hansı hissləri keçirirsiniz?

A) Cəsarətlənirəm, 1-2 kiloqram arıqlamaq mümkündür.

B) Panikaya düşürəm, çünki istədiyim libası geyinə bilməyim üçün ən az 7 kiloqram arıqlamalıyam.

2. Hədəflədiyiniz çəki nə qədərdir?

A) Sağlam çəkidə olmaq istəyirəm.

B) İdeal bədən ölçüsünə sahib olmaq istəyirəm.

3. Ən son etdiyiniz dietanın nəticəsi nə oldu?

A) Çəkimdə elə bir dəyişiklik olmadı.

B) Çəkim azaldı, amma daha sonra verdiyimdən daha çox aldım.

4. Özünüzü güzgüdə tam gördüyünüzdə ağlınızdan nələr keçir?

A) Məncə bir az arıqlamalıyam, amma indiki çəkimdə də olduqca yaxşı görünürəm.

B) Güzgüdə özümə baxanda özümü heç yaxşı hiss etmirəm.

5. Arıqladığınızda həyatınızda nələrin dəyişəcəyini düşünürsünüz?

A) Sevdiyim işlərin arxasınca getdikdə özümə inamım daha da artacaq.

B) Daha yaxşı ictimai həyatım olacaq və məncə iş həyatımda da irəliləmələr baş verəcək.

6. Daha əvvəlki dietaya başlamağınızla qarşılaşdırdığınızda sizcə indi nələr dəyişib?

A) İndi artıq çəkidən azad olmağı sağlam yaşamaq üçün istəyirəm.

B) Bu dəfə dietamın yaxşı nəticələnəcəyinə inanıram.

7. Sizcə niyə köksünüz?

A) Çox yemək yeyirəm və hərəkətsizəm.

B) Mənim genetikamda onsuz da köklük var və arıqlamaq mənim üçün olduqca çətindir.

8. Davamlı olaraq idman hərəkətlərini edə biləcəyinizi düşünürsünüzmü?

A) Bəli. Mənim üçün bundan daha vacib iş ola bilməz.

B) Əmin deyiləm. Bu aralar işlərim həddən artıq çoxdur.

9. Uzun müddət sağlam qidalar yeyə biləcəyinizə inanırsınızmı?

A) Bəli. İnamlı və davamlı arıqlamaq üçün tək yolun bu olduğuna inanıram.

B) Rəfiqələrim yeməyə məcbur edənə qədər və ya tətil günlərinə qədər davam edə bilərəm.

10. Özünüzə hədəf qoyduğunuz çəkini əldə edə biləcəyinizi düşünürsünüzmü?

A) Sağlam çəkini əldə edə biləcəyimə və bu dietaya davam edə biləcəyimə inanıram.

B) İdeal çəkini əldə edə biləcəyimə və bu dietaya davam edə biləcəyimə o qədər də inanmıram.

Dəyərləndirmə:  Bütün suallarda “a” variantını seçmisinizsə, sizi təbrik edirik. Artıq çəkilərinizdən azad olmaq üçün hazırsınız. Hər hansı bir sualda “b” variantını seçmisinizsə, verdiyiniz qərarı bir daha gözdən keçirməyinizi məsləhət görürük.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir