“Consumer Report”un illik Etibarlılıq Araşdırmasında ABŞ-da istehlakçıların ən çox güvəndiyi 8 avtomobil markası müəyyən olunub.
“Gencaile.az” xəbər verir ki, 29 markanın yer aldığı tədqiqatda ilk iki yer dəyişməyib, siyahıya yeni daxil olan markalar da olub.
8- Infinity
Siyahıda səkkizinci sırada Infinity yer alır. Infinity bir əvvəlki siyahı ilə müqayisədə 16 pillə birdən yüksəlib.
7- Hyundai
Hyundai siyahıda yeddinci yerdədir. Hyundai ötən illə müqayisədə 2 pillə yüksəlib.
6- Mazda
Mazda iki sıra düşərək ən etibarlı 6-ıncı marka seçilib.
5- KİA
KİA əvvəlki siyahı ilə müqayisədə bir sıra yüksələrək 5-nci yerə qalxıb.
4- Audi
Alman markası Audi siyahıda 4-cü yeri tutub. Əvvəlki siyahıda 3-cü yerdə idi.
3- Buick
Əvvəlki siyahı ilə müqayisədə dörd sıra yüksələrək 3-cü olub.
2- Toyota
ABŞ-da ən etibarlı ikinci marka oldu. Ötən il də ikinci idi.
1- Lexus
ABŞ-lıların ən güvəndiyi marka Lexus-dur. Lexus ötən il də birinci yerdə idi.