Bəzi oyunlar var ki, telefonun batareyasını məhv edir. Çox vaxt sizdə hansısa oyuna bağlılıq yaranır. Bu yolu keçim, bu xalı toplayım deyə-deyə saatlarnan oynadığınıza fikir vermirsiniz. Bəzən gecələr yorğanın altında enerji yığaraq oynadığımız oyunlar da olub və telefonun necə qızdığının şahidi də olmuşuq.
“Gencaile.az” telefonunuzun batareyasını “yeyən” 5 oyunu təqdim edir:
1. Candy Crush
Şəkər uyğunlaşdırma oyunları kimi maraqlı bir kateqoriya qurucusu olan Candy Crush, oynayanlara həqiqətən zövq verirmi əmin deyiləm, lakin batareyamızın baş düşmənlərindən biri olduğu qətidir.
2. Fruit Ninja
Məbədlərdə illərcə təhsil alıb da karyerasına meyvə kəsərək davam etmək istəyən bir ninja həqiqətən var ola bilərmi? Bu problemin cavabını Fruit Ninja oynayaraq tapa bilərsiniz.
3. Temple Run 2
Arxasındakı ölümcül oranqutanlardan son sürətlə qaçan xarakterimiz, oradan oraya tullanarkən batareyamızı məhv etməyə də laqeyd yanaşmır. Sonsuz qaçış oyunları oynamaqdan zövq alan və yaxınında daim bir enerji mənbəyiniz varsa, Temple Run 2 sizə görədir!
4. Clash of Clans
Haqqını yeməmək gərək, Clash of Clans mobil cihazlar üzərində oynaya biləcəyimiz ən yaxşı strategiya oyunlarından biridir. Onsuz da onlarla fərqli taktiki olması bunu sübut edər xüsusiyyətdə. Lakin bu zövqverici oyun başında həddindən çox vaxt keçirdikdə batareyamızı orta əsrlərin qaranlıqlarına basdırır! (209 meqavat)
5. Hay Day
“Saxla samanı gələr götürər batareyanı” kimi tarixin ən pis zarafatını etməmizə səbəb olan bu oyun da batareyanın baş düşmənlərindən biridir. Ferma qurma oyunlarının qurucusu da deyilə bilər.