moda

Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI

Baxış sayı: 1. 558

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 7-da Bakıda mülayim cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Bu isə o deməkdir ki, qarderob haqqında düşünmək vaxtıdır. Hər bir modapərəst yaxşı bilir ki, obrazın uğurlu alınmasında düzgün çalarları və rəngləri seçmək vacibdir. Odur ki, payız alış-verişinə başlamamış rənglərlə tanış olmağa dəyər.

Pantone Rəng İnstitutu yaxın aylar üçün dəbdə olacaq əsas çalarları müəyyən edib. Onlar arasından zövqünüzü oxşayan çaları seçmək sizin öz üzərinizə düşür. Rəng və material hər mövsüm yeni dəb cərəyanlarının formalaşmasında əsas rollardan birini oynayır. Kolleksiyanın yaradılması məhz rəng və parça seçimi ilə başlayır. Həmişə olduğu kimi payız və qış ayalarıü üçün dizaynerlər daha sakit və boğuq çalarları təklif edirlər.

Qızıl xəzan

модные цвета осени

Mürəkkəb xəzan rəngi bir çox moda nümayişlərində göz qamaşdırırdı. Xüsusilə solğun narıncı aksessuar və ayaqqabılarda daha effektli görünür. Xəzan çalarını xatırladan çantalar, çəkmələr, və kəmərlər obraza rəng qatır. Narıncı ağ və qaranın fonunda da yaxşı təsir bağışlayır.

Solğun çəhrayı

модные тренды на осень

Zərif solğun çəhrayı rəng payız-qış kolleksiyalarında o qədər də tez-tez rast gəlinir ki, artıq buna təəccüblənmirsən. Sviterlər, yun şalvarlar, trikotaj donlar daha çox göz oxşayır, nəinki kədərli və darıxdırıcı tünd-boz palitra.

Yay atmosferi

модные тенденции пальто

Yaşıl əvvəlki kimi 2017-ci ilin əsas rəng statusunu qoruyur. Bu rəng çox maraqlı olsa da, istifadə üçün sadə deyil. Onu elektrik göy, klassik ağ-qara, zəngin giləmeyvə və ya terrakota çalarları ilə birlikdə istifadə edin. Açıq rənglər və qəhvəyi də yaşılla yaxşı yola gedir.

Dərin göy

модные тренды на осень

Dərin göy çalarları payız-qış mövsümünün ən populyar rəngidir. Bu rəng sayəsində həm də sadə monoxrom dəstlər yaratmaq, həm də hansısa aksessuar istifadə etmək olar. Tünd göyün əsas üstünlüyü odur ki, onu praktiki olaraq istənilən çalarla birləşdirmək olar.

İsti qum çalarları

самые модные тренды осени

İsti qum çaları payız dəbinin klassikasıdır. Bu rəngdə geniş balaqlı şalvar və palto, rahat sviter və jaketlər bütün qış kolleksiyalarının əsas atributlarıdır. Stilistlər başdan ayağa açıq qəhvəyi rəngdə geyinməyi məsləhət görür. Lakin onu da qeyd etmək lazımdır ki, neytral çalar bütün rənglərlə uzlaşdığı üşün universaldır. Bu, sakit və xoş çalarlara üstünkük verənlər üçün şad xəbər olacaq.

Neytral boz

модные тенденции на осень

Bu parlaq palitrada bircə sakit rəng olmalı idi. Pantone institutu neytral bozu təklif edir. Yeri gəlmişkən, yuxarıda sadaladığımız rənglər bozun tutqun və darıxdırıcı təsirini maksimum dərəcədə azaltmağa qadirdir. Baş-ayağa boz dəstlər isə parlaq çalarlardan daha maraqlı və cəlbedici görünür. Boz rəngli jaket və mavi cins şalvarın vəhdəti isə payızın ən gözəl kombinlərdən biridir. Boz gündəlik və işgüzar obrazlar üçün əlverişlidir, amma bir neçə parlaq rəng əlavə etməklə axşam dəstləri yaratmaq olar.

Zoğalı və şərab çalarları

модные тренды осени

Tünd qırmızının bənövşəyi+qəhvəyi variantı payızın mürəkkəb, maraqlı və tələbkar çalarıdır. “Valentino” moda evinin kreativ direktoru Pyerpaola Piççoli onu zümrüd, çəhrayı və limon sarısı kimi mürəkkəb çalarlarla birləşdirib. Bununla belə zəngin tünd qırmızı bu mövsüm müxtəlif tipli qızlara birrəngli dəstlər yaratmağa imkan verəcək. Bu nəcib rəng istənilən payız dəsti üçün idealdır.

Qırmızı

модные тенденции осени

Əgər soyuq və yağmurlu payız havası əhvalınıza soğan doğrayırsa, onda qarderobunuza qıpqırmızı paltarlar daxil edin. Xəbər verdiyimiz kimi bu payız başdan ayağa qırmızıya bürünmək zövqsüzlük əlaməti sayılmayacaq. Əgər bu yanaşma sizə çox cəsarətli görünüsə, qırmızı sviteri və ya jaketi cinslə birləşdir. Belə dəstlə istənilən yerə getmək olar. Bu parlaq, effektli və dinamik rənglə diqqəti cəlb etməmək mümkün deyil. Qırmızı pomada isə öz növbəsində makiyajda aktualdır.

Tünd yaşıl

5 модных трендов осени

Tünd yaşıl sakitləşdirici təsiri ilə məşhurdur. Demək olar ki, bu rəng bütün göy bütün çalarlarını çox yaxşı tamamlayır, həm də bənövşəyi ilə asanlıqla uzlaşır. Bu zəngin rəng istənilən axşam paltarlarında və gündəlik geyimlərdə çox gözəl olacaq. Tünd yaşılın dəri rəngini boğduğunu düşünürsünüzsə, bu çalarda çata və ayaqqabı alın.

Əvəzolunmaz mavi

самые модные цвета осени

Dizaynerlər yayı sevənləri də unutmayıb və onlar dəniz dalğalarını yada salan çalarlarda müxtəlif geyimlər təklif edib. Mavi qəhvəyi və boz rənglərin fonunda daha güclü təsir bağışlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir