paltar

Paltardakı hansı ləkəni necə təmizləməli?

Baxış sayı: 2. 501

Paltarlarınıza düşən hər bir ləkə sizi narahat edir. “Getməyəcək! Paltarım korlandı!”? –  deyə qorxmayın. Hər bir ləkənin tamamən yox edilməsinin öz sirri var. “Gencaile.az”  ləkələri yox edəcək fərqli üsulları sizə təqdim edir.

 

1. Palçıq ləkəsi    

Əgər paltarınız palçığa batıbsa, o dəqiqə təmizləməyə çalışmayın. Palçıq quruduqdan sonra yüngül şəkildə fırçalayın. Əgər ləkə getmirsə, sirkə və suyu eyni miqdarda olmaq şərtiylə qarışdırıb ləkənin üstünə tökün və təmizləyin.

2. Çay ləkəsi        

Ağ rəngli paltara çay ləkəsi batıbsa, limon suyu ilə silin və soyuq suyla durulayın. Rəngli paltarınızın üstünə çay tökülübsə, bir ədəd yumurta sarısını suyla qarışdırıb ləkənin olduğu hissəni əlinizlə ovalayın.

3. Qəhvə ləkəsi    

Ağ paltarınız qəhvəylə korlanıbsa, onu oksigenli suyla silin. Ləkə getməzsə, yuyucu tozla  yuyun. Rəngli paltarınızın üstünə tökülən qəhvə ləkəsini bir az qliserin töküb ilıq suyla durulayın.

4. Ot ləkəsi 

Ot ləkəsi olan yeri ilk öncə spirtlə silin, sonra ilıq suyla durulayın.

 

5. Tonal krem ləkəsi     

Tonal kremə batmış paltarınızı efir yağına batırılmış parçayla silib sabunla yaxşıca yuyun.

6. Qan ləkəsi                 

İlk öncə onu bilməlisiz ki, qan ləkəsinin təmizlənməsində isti sudan qəti istifadə etmək olmaz. Çünki isti su qan ləkəsinin daha dərinə hopmasına səbəb olur. Ağ paltarınıza batan qan ləkəsini oksigenli suyla isladıb sabunla yaxşıca yuyun. Rəngli paltarlardakı qan ləkəsini təmizləmək üçün nişastanı suyla qarışdırıb xəmir halına gətirin. Ləkə olan yerə sürtüb qurumasını gözləyin. Qurduqdan sonra fırçayla fırçalayın.

7. Şokolad ləkəsi 

Ləkə olan hissəni qliserinlə ovun. Daha sonra həmin ləkəli hissəni yağı özünəçəkən iki kağız arasına yerləşdirin. Nəticə verməzsə, suyla qarışdırdığınız  90 faizlik spirtlə təmizləyin.

 

8. Yağ ləkəsi                  

Bu ləkəni təmizləmək üçün çörəyin içini yumrulayın və ləkənin üstünə sürtərək ovalayın.

9. Tomat, ya da ketçup ləkəsi                   

Qliserin və isti suyu eyni miqdarda qarışdırın. Ləkənin üstünə töküb 1 saat saxladıqdan sonra yuyucu tozla yuyun.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir