bosanma

Əcnəbi dövlətlərdə necə boşanırlar? Ağlasığmaz hüquqlar və tələblər

Baxış sayı: 2. 274

Son günlər boşanma halları hətta ən patriarxal ölkələrdə də dəb halını alıb. Cütlüklər sülh yolu ilə boşanmağa qərar versələr belə, bəzi ölkələrdə bu proses heç də asan başa gəlmir.

“Gencaile.az” dünya ölkələrində baş verən boşanma proseslərinin necə baş verdiyini təqdim edir.

 

İndoneziya: azadlıq istəyirsənsə, ağac ək

İndoneziyanın Yava adasında əsas təbiətin qeydinə qalmaqdır. Ona görə də, ada sakinləri ən azı 5 ağac əkməlidir. Hətta evlilik zamanı da sakinlər ağac əkməlidir. Əgər bu, sənin ilk evliliyindirsə – bir, ikinci evliliyindirsə – üç ağac əkməlisən. Bu adət – ənənə Seranqada (Qərbi Yava) yaranıb və izahatı isə belədir: Adanın iqlimi quru olduğu üçün bar verən ağaclar çox yaşaya bilmir. Ona görə də, yerli hökumət ailə qurub ailə dağıdan gəncləri ağac əkmək işinə cəlb etməklə bu problemi həll etməyə çalışır.

Burada boşanma prosesi də çox asandır. Əgər qadın hamilə deyilsə və tərəflərdən hər ikisinin razılığı ilə boşanmaq mümkündür. Ümumiyyətlə, İndoneziyada kişilər daha çox uşaqlı qadınlarla evliliyə üstünlük verir. Ona görə də, orada uşaqlı qadının yenidən ailə qurması problem deyil. İndoneziya cəmiyyətinə görə, uşaqların sayı nə qədər çox olarsa, qocalıqda bir o qədər köməkləri olacaq. Boşanmış kişilər üçün çoxuşaqlı qadınla evlənmək daha sərfəli görünür.

 

Türkiyə: məhvedici möhür

Türkiyə qanunlarına görə, ailə başçısı ailəni tərk edib getsə belə, o, ailəsinin qeydinə qalmalıdır. Boşanma prosesi kişilər üçün əməllicə xərcdir. Çünki kişi məhkəmə xərci və arvadının vəkil pulunu ödəməlidir. Məhkəmə mülkün bölüşdürülməsi, uşaqlara veriləcək aliment məsələsində hər zaman qadının tərəfindədir. Arvad ikinci dəfə ərə gedərsə, keçmiş ər ona pul ödəməyi dayandıra bilər. Lakin qadının ikinci dəfə türkə ərə getməsi çətin məsələdir. Bütün bunları nəzərə alan kişi boşanıb, külli miqdarda pul ödəməkdənsə, ailədə qalmağa üstünlük verir.

 

BƏƏ: talaq, talaq, talaq

Birləşmiş Ərəb Əmirliyində boşanmaq üçün illərlə məhkəmədə ayaq döymək lazım deyil. Bunun üçün 3 dəfə “talaq” (ərəbcə tərcümədə “səninlə boşanıram”) demək kifayətdir.

 

İtaliya: proses sonsuz davam edir

İtalyan cütlükləri boşanmaq üçün heç də asan olmayan prosesdən keçməli olur. Hətta onlar bir-birindən bezərək uşaqları olmadığı və mülki iddia qaldırmadığı halda da, boşanma prosesi 4 ilə kimi davam edə bilər. Əvvəlcə cütlüklərə “separazione” (ayrı yaşamaq) üçün 3 il müddət verirlər. Bu illər ərzində onlar boşanmaq qərarı haqda yaxşı-yaxşı düşünməlidir. Əgər ortada başqa məsələlər varsa (uşaqların kiminlə qalması, mülkün bölüşdürülməsi və maliyyə məsələləri) onda məhkəmə prosesi 10 illərlə davam edə bilər.

 

Almaniya: çəpər kimi araya soyuducu qoyulur

Almanlar praktik xalqdır və boşanma prosesinə də praktik yanaşır. Ər-arvad 1 il ayrı yaşadıqdan sonra məhkəmə prosesi başlayır. Bu 1 il ərzində ər və arvadın başqa yerə köçməyi vacib deyil. Yaşadıqları evi kommunal yaşayış mənzilinə çevirmək yetər. Otaqlar və soyuducunun yarısı ər və arvad arasında bərabər bölüşdürülür.

 

Yaponiya: xəyanətə görə müavinət

Yaponiyada cütlüklər bir neçə gün ərzində boşana bilər. Əgər boşanma xəyanət üstündə baş veribsə, o zaman zərərçəkən tərəf 40 min dollar dəyərində müavinət alır. Pulu isə zərərçəkənə həm xəyanət edən tərəf, həm də xəyanəti kiminlə edibsə, o adam da ödəməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir