Gündəlik həyatda insanlar jarqon sözlərdən də tez-tez istifadə edir. Xüsusilə əsəbiləşən insan söyüşlərə mütəmadi olaraq əl atır. Bəzi insanlar üçün isə söyüş söymək adət halına gəlib. Lakin çoxları bilmir ki, söyüş söymək iblisin çağırılması deməkdir. İddialara görə, bir insan çoxlu söyüş söyürsə, o, iblisi oyandırır, yaxud bir evdə tez-tez söyüş söyülürsə, cinlər həmin evə doluşurlar. Bununla yanaşı, söyüşlərin insan sağlamlığına mənfi təsiri elmi sübutlarla təsdiq olunub.
Hələ qədim dövrlərdə cadugərlər söyüşlərdən – o zamanlar təhqiredici sözlərə ümumi olaraq mat deyilirmiş – istifadə edirmiş. Və bu söyüşlər günümüzdəki kimi çox zaman kişi və qadının cinsiyət orqanının adı ilə səslənərdi. Slavyan xalqlarında yüngül əxlaqlı qızlara mat deyilirmiş. XII əsrin qeydlərində buna rast gəlinir. Lakin həmin vaxtlar mat həm də şeytanın adı idi və əsasən cadugərlər istifadə edərmiş.
Digər təhqiredici sözlər isə bütpərəst Allahların, yaxud iblis adları ilə əlaqələndirilmişdi. Başqa sözlə mat, yəni söyüşlər şeytanla ünsiyyət dili hesab olunur.
Matların – söyüşlərin insan sağamlığına təsirləri:
1. Söyüş insan genetikasını dəyişdirir
Nalayiq ifadələr insanın dezoksiribinuklein (DNT) turşusuna təsir edir. Əgər insan günbəgün söyüşlərdən daha çox istifadə edirsə, onun DNT-si əhəmiyyətli dərəcədə dəyişir. Alimlər iddia edirlər ki, nalayiq ifadələr insanda mutagiya prosesinin baş verməsinə səbəb olur.
Həmçinin, söyüşlər insanın genetik koduna yazılır və onun varisləri lənətlənmiş olurlar.
2. Söyüşlər adətən əsəbiləşən vaxtlar digər normal sözlərin qarşısına keçir.
Həkimlər müəyyən ediblər ki, iflic olan və nitq qabiliyyətini itirən xəstələr söyüş ifdələrini daha aydın və səlis çıxarırlar. Halbuki, iflic olmuş insan “bəli”, yaxud “xeyr” kəlməsini də deyə bilmir.
3. Söyüşün suya təsiri
Bununla bağlı elmi eksperiment aparılıb. Belə ki, müxtəlif qablara ayrılqda su tökülür və buğda dənələri atılır.
Birinə dualar oxunur, digərinə məişətdə istifadə olunan söyüşlər söylənilir, başqa birinə isə təhqiredici və çox qatı söyüş deyilir. Müəyyən vaxtdan sonra cücərmiş dənələrin miqdarı və cücərtilərin uzunluğu yoxlanılır.
Dua oxunan qabdakı dənələrin 96 faizi cücərir və cücərtilər digərlərindən daha uzun olur.
Məişətdə istifadə olunan söyüşlərin deyildiyi qabda dənələrin 58 faizi cücərir.
Təhqiredici söyüşlərin deyildiyi qabda isə cücərən dənələrin sayı 49 faizdir. Həmçinin, bəzi yerlərdə kiflər əmələ gəlib.
4. Təhqiredici sözlərdən çox istifadə etmək cinləri çağırmaq deməkdir.
Bunu bütün dinlər təsdiqləyir. Misal üçün, pravoslav keşiş Sergi yazır ki, matlar (söyüşlər) şeytanla ünsiyyət dilidir: “Təsadüfən bunu cəhənnəm leksikonu adlandırmırlar”.
Elm sübut edir ki, söyüşlər insanın təkcə əxlaqına yox, həm də sağlamlığına mənfi təsir göstərir.
Alim İvan Belyavski hesab edir ki, söyüş mənfi enerji yüküdür və insan sağlamlığında əks effekt yaradır.
5. Söyüşlər niyə qadınlara pis təsir edir?
Söyüş ifadələri qadının hormonlarını məhv edir. Buna görə də nalayiq ifadələr qadınlara dərhal mənfi təsir göstərir.
6. Söyüşlərin ölkələrə təsiri
Araşdırmalara görə, cinsiyyət orqanının adının hallandığı söyüşlərin işlənilmədiyi ölkələrdə DSP və Daun sindromları aşkar edilməyib. Lakin təəssüf ki, MDB ölkələrində bu xəstəliklər kifayət qədər mövcuddur.