berber

Dövlət başçıları bərbərə nə qədər pul xərcləyirlər? – MARAQLI

Baxış sayı: 1. 805

Siyasət insandan təkcə soyuqqanlılıq, lazımı qərarvermə bacarığı tələb etmir. Siyasət həm də ona xidmət edən xadimdən ciddi görünüş, sağlam dayanıqlılıq istəyir. Orta əslər Şərqində və Qərbində bir çox hökmdar və krallar xəstə, yaxud yaşlı vaxtlarında  döyüşə gedərkən rəqib hökmdarın onun solğun simasını görməməsi üçün görünüşünə xüsusi diqqət göstərirdi. Natiqlik sənəti, politoloji ünsiyyət insandan həm də ciddi xarakter tələb etdiyindən bu gün də bəzi dövlət başçıları saç və ümumi görünüşlərinə diqqət ayırmağı vacib bilirlər.

“Gencaile.az”-ın “Modern.az”-a istinadən təqdim etdiyi yazıda sabiq dövlət başçılarının rəsmiyyətini artıran saç düzümü və başqa xidmətlərə nə qədər pul xərclədiyini görmək olar: (Aralarında bu gün də hakimiyyətdə olanları var).

Nikola Sarkozi. Fransanın sabiq prezidenti 2007-ci ildəki seçki kampaniyası zamanı saç və görünüşü üçün 34 min avro xərcləmişdi. Həmçinin, Sarkozi üzündəki qırışları ört-basdır etmək, ciddi siyasətçi görkəmi almaq üçün xüsusi makiyaj xidmətindən yararlanırdı. Xidmətin haqqı isə aylıq 8 min avro idi;

Donald Tramp. Prezident seçildiyi gündən saç düzümü ilə bağlı müzakirə obyektinə çevrilən Trampın əvvəllər parikdən istifadə etdiyi deyilirdi. Lakin prezidentin şəxsi bərbəri Ami Lasç Trampın saçlarının təbii olduğunu və 1980-ci illərdən eyni saç süzümündən istifadə etdiyini bildirib. Bərbərin sözlərinə görə, Tramp saç düzümünü dəyişdirməkdən qorxub və hər zaman da buna ehtiyatla yanaşıb. Bərbər həmçinin, Trampın saçlarının həddindən artıq quru və cansız olduğunu, buna görə də, onları əvvəlki qaydada qoruyub saxlamaq üçün çox pul xərclədiyini əlavə edib;

Castin Trudeau. Kanadanın baş naziri başqa işlərində olduğu kimi, saç kəsimində də sadə və qənaətcildir. O, saçı üçün bərbərə hər zaman cəmi 32 dollar pul ödəyir. Qeyd edək ki, sıravi Kanada vətəndaşları da bir saç kəsimi üçün bərbərə ən azı bu qədər pul verir;

Fransua Olland. Fransanın daha bir sabiq prezidenti Fransua Olland isə şampun və başqa saç maddələrinə çox pul xərcləməsi səbəbilə müzakirə obyektinə çevrilmişdi. Onun aylıq saç xərclərinin 10 min avro olduğu deyilirdi. Üzdəki  solğunluq və qırışları örtmək üçün isə qrimə 6 min avro xərcləyirdi.

Corc Buş. ABŞ prezidentlərinin stilisti  adlandırılan Kassano Riçard Niksondan Buşa qədər bütün başçılarla çalışıb. Amma o, Corc Buş (oğul) da daxil bütün prezidentlərin heç birinin yaşından cavan görünməyə cəhd etmədiklərini bildirib. Corc Buş isə simasına yox, daha çox saçlarına həssaslıqla yanaşıb. O, hər rəsmi çıxışdan əvvəl saçlarının gur görünməsinə cəhd edərdi. Üz qüsurlarını örtmək üçün isə cəmi 2-3 dəqiqəsindən keçərdi;

Devid Kameron. Böyük Britaniyanın sabiq baş naziri bərbəri Rafaelə saçının kəsimi və qurulaması üçün hər dəfə 90 funt ödəyib;

Bill Klinton. ABŞ-ın eks-prezidenti hakimiyyətdə olduğu zamanda da, indi də bərbərinə 200 dollar xidmət haqqı ödəyir;

Toni Bleyr. İngiltərənin sabiq baş naziri Toni Bleyr saçlarına xidmət etmək marağında olmasa da, simasına xüsusi fikir verib. O, üz solğunluğu və qırışların gizlədilməsi üçün xüsusi maddələrdən yararlanıb ki, bu da xeyli pul edirmiş. Yazılanlara görə, Bleyrin bu maddələrə xərclədiyi pul iki Britaniya qadınının birgə xərclərindən daha çox olub.

Barak Obama. ABŞ-ın bu sabiq prezidenti saçına demək olar ki, qulluq etməz. Yəni saç düzümü də buna hər hansı şərait yaratmır. Prezident olduğu zamanda yalnız dünyaya səslənəcək çıxışları zamanı üz mimikalarını canlandırmaq üçün azacıq boyaq maddələrindən yararlanırdı. Ancaq “Ağ Ev” daxilində heç zaman onlardan istifadə etməzmiş.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir