Massage

Masaj, qoz-fındığın yaratdığı hormonlar – XOŞBƏXTLİK üçün çox şey lazım deyil…

Baxış sayı: 1. 460

Neyromediator serotonin insanın əhvalına, iştahasına və yuxusuna olduqca böyük təsir edir.

Orqanizmdə serotoninin səviyyəsi azaldıqda insanda diqqətsizlik, huşsuzluq, əhvalın səbəbsiz pisləşməsi, iştahasızlıq, əsəbilik kimi pozulmalar inkişaf edir.

Serotoninin azalması həmçinin depressiya, panik atak kimi ağır pozulmaların inkişafına səbəb ola bilər.

Bədəndə serotoninin ifrazını artırmaq üçün sizə bu kimi sadə üsullar kömək edə bilər:

 

1. Bəzi məhsullar orqanizmdə serotoninin sintezini stimullaşdırır. Bu məhsullar arasında – pendir, şokolad, kakao, hindquşu əti, balıq, banan, xurma, qoz-fındıq var.

2. İdmanla məşğul olmaq da serotoninin ifrazını artırır. Lakin bu zaman idman insana zövq verməlidir. Yoqa da serotoninin ifrazını çox yaxşı artırır.

 3. Araşdırmalar göstərir ki, masaj orqanizmdə stress hormonlarının səviyyəsini aşağı salır, serotoninin ifrazını artırır.

4. Serotoninin ifrazını artırmaq üçün belə faydalı qarışıqdan da istifadə etmək olar – hərəsindən 200 qr olmaqla kişmiş, ərik qurusu, qoz, 2 limon (qabıqlı) və 1 stəkan bal götürülür. Bütün ingrediyentlər blenderdə əzilir, bal əlavə olunur, qarışdırılır. Bu qarışıqdan hər gün səhər yeməyindən əvvəl 1 x.q. olmaqla qəbul edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir