“Mavi Balina” ilə WhatsApp proqramı vasitəsilə göndərilən link sayəsində tanış oldum. Bu oyun əslində telefona endirilən bir tətbiqetmə deyil. Oyun, link vasitəsilə idarəedicilər tərəfindən göndərilir. Adətən vəzifələrin gecə saat 2-dən sonra icra edilməsi tələb olunur”.
Hindistanın cənub-şərqindəki Karaikal şəhərində yaşayan 22 yaşlı Alexander adlı gənc bu intihar oyunundan, qardaşının vəziyyətdən xəbərdar olaraq son anda polisə xəbər verməsi sayəsində qurtulub. Alexander, 50 mərhələdən ibarət olan oyunun ən çətin tələblərindən birini yerinə yetirdiyini də bildirib: “Gecə yarısı Akkaraivattam məzarlığına getdim və burada bir selfie çəkərək sosial mediada bu şəkli paylaşdım. Tapşırığa əsasən hər gün təkbaşına qorxu filmləri izləmək məcburiyyətində idim. Sonradan bunun əsas məqsədinin qurbanların daimi olaraq qorxu içində yaşamasını təmin etmək olduğunu öyrəndim. Bu, tam mənası ilə bir ölüm tələsidir və mənim üçün çox ağrılı bir təcrübə oldu. Oyuna qoşulandan sonra insanlarla münasibəti kəsdim və otağıma qapandım. Oyundan çıxmaq istəsəm də, bacara bilmədim”.
Təəssüflər olsun ki, uşaqları intihara məcbur edən “Mavi Balina” oyunu Azərbaycanda da yayılır. Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən “Mavi balina” oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının sayı yüzlərlədir. Türkiyə mətbuatında uşaqları intihara cəlb edən bu oyunla bağlı araşdırma yazısı yer alıb. Virtualaz.org–un məlumatına görə, oyunla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirilən yazıda oyunun hər hansı rəsmi internet səhifəsi və ya internet ünvanının olmadığı bildirilir. Rusiya çat səhifələrində oyuna girmək istəyən şəxslərə yönləndirici tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İstifadə edilən şantaj sistemindən “Black Mirror” – “Qara güzgü” filminin “Shut Up and Dance” (Sus və rəqs et) adlı bölümündə istifadə olunduğu ortaya çıxıb. Bu hekayədə veb kameradan çəkilən gizli görüntüləri yaymaqla təhdid edən hakerlər qurbanları cinayət törətməyə məcbur ediblər. Oyunla bağlı ən əhatəli məlumat Rusiya polisindədir. Rusiyanın “Novaya” qəzetinin məlumatına görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib. “Mavi Balina” oyununa görə mart ayında Rusiyada bir gənc qızın intiharından sonra 6 ay ərzində 130 gəncin intiharıyla bağlı araşdırma aparılıb. Oyunu idarə edən və əmrlər verən şəxsin kim və ya kimlər olması araşdırılıb. Bu zaman oyunun Qazaxıstan, Qırğızıstan, Ukrayna və Azərbaycana, buradan da Avropaya yayıldığı ehtimalı ortaya çıxıb. Rusiyalı Filip Budekin 8 ölüm qrupu yaratdığına görə saxlanılıb və onun həm də “Mavi Balina” oyununun yaradıcısı olduğu ehtimalı var. Dünyada yüzlərlə gəncin ölümünə səbəb olduğu ehtimal edilən bu oyuna qarşı “Ononimous” hakerlər qrupu da təpki göstərərək kampaniya başladıb. Mənbənin yazdığına görə, təkcə bu ay ərzində Türkiyədə iki gəncin məhz bu oyunun təsiri nəticəsində intihar etdiyi məlum olub.
Zamanın tələbi olan texnologiya həyatımızı asanlaşdırdığı kimi, özü ilə bərabər belə neqativ hallar da gətirir. Bəs övladlarımızı bu təhlükədən uzaq tutmaq üçün nə etməliyik?
“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Kaspi”yə açıqlamasında bildirdi ki, bir müddətdir dünyada bu məsələ gündəmdədir: “Sözügedən oyun uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Düzdür, Azərbaycanda bu oyun bir o qədər də geniş yayılmayıb. Amma müəyyən narahatedici məqamlar var. Düzdür, son illər Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən addımlar atılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında elektron təhlükəsizlik mərkəzi var. Həmçinin informasiya təhlükəsizliyi ilə bağlı agentlik fəaliyyət göstərir. Bu iki qurum məsələ ilə bağlı ciddi addımlar atmalıdır. Bununla yanaşı, Təhsil Nazirliyinin də aidiyyəti bölmələri var. Məsələn, təhsil sisteminin informasiyalaşdırılması idarəsi kimi qurumlar maarifləndirici işlər aparmaqla problemin həllinə yardımçı ola bilərlər. Hesab edirəm ki, xəbərdaredici mesajların verilməsi vacibdir. Aidiyyəti qurumlar media ilə birgə işləyərək belə bir təhlükənin qarşısının alınması ü”Mavi Balina” ilə WhatsApp proqramı vasitəsilə göndərilən link sayəsində tanış oldum. Bu oyun əslində telefona endirilən bir tətbiqetmə deyil. Oyun, link vasitəsilə idarəedicilər tərəfindən göndərilir. Adətən vəzifələrin gecə saat 2-dən sonra icra edilməsi tələb olunur”.
Hindistanın cənub-şərqindəki Karaikal şəhərində yaşayan 22 yaşlı Alexander adlı gənc bu intihar oyunundan, qardaşının vəziyyətdən xəbərdar olaraq son anda polisə xəbər verməsi sayəsində qurtulub. Alexander, 50 mərhələdən ibarət olan oyunun ən çətin tələblərindən birini yerinə yetirdiyini də bildirib: “Gecə yarısı Akkaraivattam məzarlığına getdim və burada bir selfie çəkərək sosial mediada bu şəkli paylaşdım. Tapşırığa əsasən hər gün təkbaşına qorxu filmləri izləmək məcburiyyətində idim. Sonradan bunun əsas məqsədinin qurbanların daimi olaraq qorxu içində yaşamasını təmin etmək olduğunu öyrəndim. Bu, tam mənası ilə bir ölüm tələsidir və mənim üçün çox ağrılı bir təcrübə oldu. Oyuna qoşulandan sonra insanlarla münasibəti kəsdim və otağıma qapandım. Oyundan çıxmaq istəsəm də, bacara bilmədim”.
Təəssüflər olsun ki, uşaqları intihara məcbur edən “Mavi Balina” oyunu Azərbaycanda da yayılır. Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən “Mavi balina” oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının sayı yüzlərlədir. Türkiyə mətbuatında uşaqları intihara cəlb edən bu oyunla bağlı araşdırma yazısı yer alıb. Virtualaz.org–un məlumatına görə, oyunla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirilən yazıda oyunun hər hansı rəsmi internet səhifəsi və ya internet ünvanının olmadığı bildirilir. Rusiya çat səhifələrində oyuna girmək istəyən şəxslərə yönləndirici tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İstifadə edilən şantaj sistemindən “Black Mirror” – “Qara güzgü” filminin “Shut Up and Dance” (Sus və rəqs et) adlı bölümündə istifadə olunduğu ortaya çıxıb. Bu hekayədə veb kameradan çəkilən gizli görüntüləri yaymaqla təhdid edən hakerlər qurbanları cinayət törətməyə məcbur ediblər. Oyunla bağlı ən əhatəli məlumat Rusiya polisindədir. Rusiyanın “Novaya” qəzetinin məlumatına görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib. “Mavi Balina” oyununa görə mart ayında Rusiyada bir gənc qızın intiharından sonra 6 ay ərzində 130 gəncin intiharıyla bağlı araşdırma aparılıb. Oyunu idarə edən və əmrlər verən şəxsin kim və ya kimlər olması araşdırılıb. Bu zaman oyunun Qazaxıstan, Qırğızıstan, Ukrayna və Azərbaycana, buradan da Avropaya yayıldığı ehtimalı ortaya çıxıb. Rusiyalı Filip Budekin 8 ölüm qrupu yaratdığına görə saxlanılıb və onun həm də “Mavi Balina” oyununun yaradıcısı olduğu ehtimalı var. Dünyada yüzlərlə gəncin ölümünə səbəb olduğu ehtimal edilən bu oyuna qarşı “Ononimous” hakerlər qrupu da təpki göstərərək kampaniya başladıb. Mənbənin yazdığına görə, təkcə bu ay ərzində Türkiyədə iki gəncin məhz bu oyunun təsiri nəticəsində intihar etdiyi məlum olub.
Zamanın tələbi olan texnologiya həyatımızı asanlaşdırdığı kimi, özü ilə bərabər belə neqativ hallar da gətirir. Bəs övladlarımızı bu təhlükədən uzaq tutmaq üçün nə etməliyik?
“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Kaspi”yə açıqlamasında bildirdi ki, bir müddətdir dünyada bu məsələ gündəmdədir: “Sözügedən oyun uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Düzdür, Azərbaycanda bu oyun bir o qədər də geniş yayılmayıb. Amma müəyyən narahatedici məqamlar var. Düzdür, son illər Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən addımlar atılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında elektron təhlükəsizlik mərkəzi var. Həmçinin informasiya təhlükəsizliyi ilə bağlı agentlik fəaliyyət göstərir. Bu iki qurum məsələ ilə bağlı ciddi addımlar atmalıdır. Bununla yanaşı, Təhsil Nazirliyinin də aidiyyəti bölmələri var. Məsələn, təhsil sisteminin informasiyalaşdırılması idarəsi kimi qurumlar maarifləndirici işlər aparmaqla problemin həllinə yardımçı ola bilərlər. Hesab edirəm ki, xəbərdaredici mesajların verilməsi vacibdir. Aidiyyəti qurumlar media ilə birgə işləyərək belə bir təhlükənin qarşısının alınması üçün hansı addımların atılmasını söyləməlidirlər. Çünki bu elə bir məsələdir ki, profilaktiki addımların atılması vacibdir. Monitorinq aparılmalı və maarifləndirici tədbirlər həyata keçirilməlidir”.
Sosioloq Lalə Mehralı deyir ki, uşaqların belə tələyə düşməsinin günahkarı elə valideynlərdir: “Bu qəbildən olan oyunlar oyunçuya konkret vəzifələr tapşırır. İlk günlər sadə idman hərəkətləri və ya evdə, küçədə qaçış kimi tapşırıqlar verir. Təxminən 45-50 gün davam edən tapşırıqlar getdikcə qəlizləşir, vəhşiləşir. Oyunçu qeyri-ixtiyari tapşırıqları icra edir, ən təhlükəli əmr də olsa, özünü bunu etməyə məcbur hiss edir. Əvvəlcə heyvanları öldürmək, dərisini soymaq kimi tapşırıqlar verirlər. Amma sonra oyunçu daha təhlükəli, vəhşilik tələb edən əməllərə məcbur edilir. Özünü uca bir yerdən atmaq, asmaq, damarlarını kəsmək, ailə üzvlərini öldürmək də bura daxildir. Uşaqların bu cür tələlərə düşməsinin səbəbkarı da elə valideynlərdir. Məktəbli uşaqların hərəsinin əlində kitab boyda bir telefon, planşet var. Evdə azad internet olduğu üçün istədiyi sayta girə, xoşuna gələn oyunu oynaya bilir. Valideyn nəzarət etməsə, bu oyun asılılığı təhlükəli həddə qədər yüksələ bilir. Onların oynadığı oyunlar, girdiyi saytlar üçün kompüterdə filtr –süzgəc tətbiq etmək olar. Yaxud sadəcə diskləri alıb müəyyən edilmiş oyunları oynamağa icazə vermək lazımdır”. çün hansı addımların atılmasını söyləməlidirlər. Çünki bu elə bir məsələdir ki, profilaktiki addımların atılması vacibdir. Monitorinq aparılmalı və maarifləndirici tədbirlər həyata keçirilməlidir”.
Sosioloq Lalə Mehralı deyir ki, uşaqların belə tələyə düşməsinin günahkarı elə valideynlərdir: “Bu qəbildən olan oyunlar oyunçuya konkret vəzifələr tapşırır. İlk günlər sadə idman hərəkətləri və ya evdə, küçədə qaçış kimi tapşırıqlar verir. Təxminən 45-50 gün davam edən tapşırıqlar getdikcə qəlizləşir, vəhşiləşir. Oyunçu qeyri-ixtiyari tapşırıqları icra edir, ən təhlükəli əmr də olsa, özünü bunu etməyə məcbur hiss edir. Əvvəlcə heyvanları öldürmək, dərisini soymaq kimi tapşırıqlar verirlər. Amma sonra oyunçu daha təhlükəli, vəhşilik tələb edən əməllərə məcbur edilir. Özünü uca bir yerdən atmaq, asmaq, damarlarını kəsmək, ailə üzvlərini öldürmək də bura daxildir. Uşaqların bu cür tələlərə düşməsinin səbəbkarı da elə valideynlərdir. Məktəbli uşaqların hərəsinin əlində kitab boyda bir telefon, planşet var. Evdə azad internet olduğu üçün istədiyi sayta girə, xoşuna gələn oyunu oynaya bilir. Valideyn nəzarət etməsə, bu oyun asılılığı təhlükəli həddə qədər yüksələ bilir. Onların oynadığı oyunlar, girdiyi saytlar üçün kompüterdə filtr –süzgəc tətbiq etmək olar. Yaxud sadəcə diskləri alıb müəyyən edilmiş oyunları oynamağa icazə vermək lazımdır”.