qadin-meyve

Hansı meyvələr qadınları gəncləşdirir?

Baxış sayı: 1. 666

İlk növbədə bədənin əsas düşməni olan xolestrol heç bir meyvədə yoxdur! Meyvələrdə təbii şəkər var ki, nə qədər çox meyvə yesək, beynimizdəki sinir hüceyrələri o qədər inkişaf edər və yaddaşı gücləndirər! Meyvələr mükəmməl lif qaynağıdır! Meyvələr vitamin və mineral baxımından çox zəngindir! Az kalorili olduğu üçün kökəltmir! (Ancaq kalorisi nisbətən yüksək olan əncir, banan və üzümdən çox yemək olmaz) Meyvələri ac qarına yemək həzm prossesini asanlaşdırır!

Gilas – Güclü ağrıkəsicidir. Xolestrol və qan şəkərini normaya salır, bədəndən zəhəri təmizləyir. Qəbzliyi aradan qaldırır. Nikotinin vücuddan atılmasına kömək edir. Böyrəkləri daş və qum yığılmasından qoruyur, qum varsa, zamanla tökər. Öd kisəsi daşının tökülməsinə, həmçinin üzdə olan sızanaqların təmizlənməsinə kömək edir. (100 gr. gilas = 70 kalori)

Üzüm – Böyrəklərin işləməsini asanlaşdırır, ürək döyüntülərini tənzimləyir. Qaraciyəri təmizləyir. Qara üzüm, qabığı və tumları ilə yeyilərsə, hüceyrə yeniləyər. Həzm prosesini asanlaşdırır, qan azlığını tənzimləyir. Uşaqların inkişafı üçün çox faydalıdır. Ancaq kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi məsləhətdir. (100 gr. üzüm = 65 kalori)

Şaftalı – Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur. Həzm sisteminin düzgün işləməyinə kömək edib həzmi asanlaşdırır. Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir. Böyrək daşını tökməyə kömək edir.(1 ədəd orta şaftalı = 42 kalori)

Ərik – Qan bərpaedicidir, qan azlığına xeyirlidir. Gözəl bir cild və saç üçün yaxşı təsiri var. Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edir. Ürək xəstəliklərinə xeyirlidir. Sümük əyilməsinin qarşısını alır. Əsəbləri sakitləşdirir, yuxu gətiricidir. Qəbzlik üçün və həzm sistemində problem yaşayanlar üçün faydalıdır. Səhərlər ac qarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı cildə də canlı rəng verir. (1 ədəd ərik = 15 kalori)

Əncir – Bağırsaqları hərəkətə gətirir. Enerji verir. Cinsəl gücə yardım edir. Yüksək qan təzyiqini azaldır. Sümük möhkəmliyini artırır. (1 ədəd orta əncir = 37 kalori)

Ananas – Bakteriya və parazitlərlə mübarizədə faydalıdır. Həzmi asanlaşdırır. İltihablanma riskini azaltmaqda və yaraların tezliklə sağalmasında təsirlidir. (1 qalın dilim ananas = 43 kalori)

Alma – Qanı və böyrəkləri təmizləyir. Cildə parlaqlıq və gözəllik verir. Soyuqdəyməyə və öskürəyə xeyirlidir. Xolsetrolu azaldır. Həzm sistemindəki narahatlığa kömək edir. Baş ağrısına xeyirlidir. Yüksək təzyiqi salır. Qandakı şəkəri nəzarətdə saxlayır. Revmatizmaya kömək edir. Yuxusuzluğa xeyrlidir. Bağırsaqlardakı qurdların tökülməsinə kömək edir. (1 ədəd balaca alma = 63 kalori)

Kivi – Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacından daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır. Xərçəngin yaranmasına mane olur. Qan təmizləyici xüsusiyyəti ilə qan laxtalanması riskini azaldır və qandakı yağ miqdarını aşağı salır. (1 ədəd kivi = 46 kalori)

Banan – Ürəyə və əzələ sisteminə yararlıdır. Yorğunluğu aradan qaldırır. Yüksək təzyiqin qarşısını alır. Yuxunu rejimə salır. Mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir. Xolestrolu azaldır, mədə ağrısına faydalıdır. Böyrək iltihablarını müalicə etmək kimi özəlliyə sahibdir. (1 ədəd banan = 105 kalori)

Albalı – Şəkər nisbəti gilasdan aşağı olduğu üçün daha az kalorilidir. Qızdırmanı salır, susuzluğu yatırır. Tünd rəngli albalı açıq rəngli olanlara nisbətən daha çox mineral tərkiblidir. (100 gr. albal ı= 50 kalori)

Qreyfurt – Soyuqdəyməyə xeyirlidir. Həzmi asanlaşdırır. Dişin ətinin qanamasını azaldır. Xırda damarlardakı qan dövranını sürətləndirir. Mədə xərçənginə tutulmaq riskini azaldır. Təzyiqi normaya salır. Böyrəkdaşı sökücü özəlliyi vardır. Yağlı yeməkdən sonra içilən qreyfurt suyu yediklərinizin ağırlığını aradan qaldırır.

Portağal – Soyuqdəyməyə və qripə yardım edir. Tərkibindəki C vitamini və turşular sayəsində öskürəyi azaldır. Ürək xəstəliklərindən və iflicdən qoruyur. Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir. Mədə xərçənginin qarşısını alır. Təzyiqi normaya salır. İçindəki minerallar cildin quruyub, qırışmasının qarşısını alır. Bağırsaq qazını təmizlər, bağırsaq qurdunun tökülməsinə xeyirlidir. Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir. Öd sekresiyasını artırır. (1 ədəd portağal = 60 kalori)

Çiyələk – Stresi azaldır, sakitləşdirici təsiri var. Siqaret tüstüsün pis təsirini azaldır. Siqaret çəkilən otaqda olanda gün ərzində ağıza, ən az, 2 çiyələk atılması məsləhətdir. Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürür. Xərçəngə tutulma riskini azaldır. Mədə və bağırsaq ağrılarını aradan qaldırır. Öd kisəsi xəstəliklərinə xeyirlidir. Yüksək qızdırmanı salır. Diş və diş ətini möhkəmləndirir, dişdə karieslərin yaranmasının qarşısını alır. Dərini təravətləndirir. (100 gr. Çiyələk = 30 kalori)

Armud – Tərkibində ürək-damar sağlamlığnı qoruyan, aşağı qan təzyiqini normaya salan və fiziki performansa xeyirli olan vitaminlər var. Böyrəklərində problem yaşayanlar üçün də faydalıdır. Qan azlığına və qəbizliyə yaxşı təsir göstərir. (1 ədəd kiçik armud = 82 kalori)

Yemiş – Qanı təmizləyir. Zərərli maddələrdən qoruma xüsusiyyəti var. Yuxusuzluğu aradan qaldırır. Bağırsaq və dəri xərçənginə qarşı Amerikan Xərçəng xəstəliyi Birliyi tərəfindən tövsiyə edilib. (100 gr. yemiş = 26 kalori)

Sadaladığımız meyvələr sağlamlığımıza faydalı olduğu kimi, eyni zamanda insanı gəncləşdirir və dərini daha da gözəlləşdirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir