kisi

Homoseksuallıq haqqında miflər

Baxış sayı: 1. 942

Jurnalistlərin qeyri-peşəkarlığı, hökumət təbliğatının açıq manipulyasiyaları, həmçinin KİV-in stereotipləri sındırmamaq xatirinə həqiqətə qarşı günah işlətməsi, ona gətirib çıxardı ki, homoseksuallıq haqqında yazılmış məqalələrin böyük əksəriyyəti həqiqətə uyğun deyil.

I MİF: Bəşəriyyət həmişə homoseksuallığı qınayırdı

Bu, doğru deyil. Əslində, əsrlərlə müxtəlif mədəniyyətlərdə homoseksuallıq normal qəbul olunurub, amma ona indiki kimi, siyasi qiymətlər verməyiblər.  “Əgər ondandırsa, özü bilər, – qədim insanlar deyərdilər, – o, mənə mane olmur ki…”

Homoseksuallıq vikinqlər, yaponlar, qədim yunanlar, romalılar arasında da normal qəbul edilirdi. Homoseksuallığa təcavüzkar münasibət xristianlığın hesabına yarandı. Dözümsüzlük müqəddəs Pavelin müraciətlərindən sonra başladı. O, daha çox “əsxlaqsızlıq” və xüsusən homoseksuallıq haqqında danışardı. Onun ilk müraciəti romalılara olmuşdu, bu da təəccüblü deyildi. O, deyirdi: «… qadınlar təbiiliyi qeyri-təbiiliklə əvəz etdilər; kişilər də qadın cinsini tərk edərək, bir-birlərinə şəhvətlə yanaşdılar, rüsvayçılıq edərək etdikləri yanlış əməlin cəzasını aldılar».

Müqəddəs Pavel elə bu qaydada korinflilərə (korinf yunanlarına) müaciətində də homoseksuallığı ittiham edir, həmin müraciətində homoseksuallığı ölümcül günah adlandırırdı. Bu isə “İncil”də İsanın sözləriylə heç uyuşmur, çünki İsa ölümcül günahlara tamam başqa təyinlər verib. Pavelin Timofeyə göndərdiyi müraciət digər müraciətlərdən fərqlənmir.

II MİF: Homoseksual kişi həmişə arvada bənzəyir

Bu da həqiqət deyil. Daha doğrusu, kişi homoseksuallığının  bir neçə növü var və tarixən ən geniş yayılmış növü qadın əleyhinə, kişi xasiyyətli, sərt və kişi homoseksuallığı olub. Bu növ homoseksuallığı yaponlar, yunanlar, romalılar, vikinqlər məhz elə hərbi mühitdə sınaqdan keçiriblər.

Skandinaviyalı alim Preber Syorensen özünün “Cəsarətsiz kişi: müasir şimali Avropa cəmiyyətində cinsi namussuzluq haqqında təsəvvürlər” kitabında, vikinqlər arasında homoseksuallığın geniş yayılmasından bəhs edir. Hətta onların tanrıları da tez-tez bircinsli sekslə məşğul olurdular.

Bundan başqa, Romada, Qədim Yunanıstanda və orta əsr Yaponiyasında homoseksual münasibətlərin olması çoxlarına məlumdur. Bunun əksini iddia edənlər deyirlər ki, homoseksuallığa öz qürub dövrünü yaşayan sivilizasiyalar meyllidirlər. Amma Makedoniyalı İsgəndərin dövrünü yunan sivilizasiyasının qürubu adlandırmaq çətin məsələdir, çünki Makedoniyalı İsgəndər öz ordusunda homoseksuallığı açıq-aşkar həvəsləndirmişdi. Və bu təcrübədən Roma qoşunları da yararlandı, çünki başa düşürdülər ki, homoseksual cütlüklər sevimli insanının yanında cəsarətsiz görünməkdən utanır və nəticədə daha qaba döyüşürlər.

Yapon samurayları mühitində də belə bir təcrübə olub, onlar bunu “syudo” adlandırıblar. Burada homoseksuallıq, yaşda böyük və kiçik samurayların arasında münasibətlər baxımından ənənəvi xarakter daşıyıb. Naqisa Osimanın “Tabu” filmində bu münasibətlər yaxşı ifadə olunub.

Və burada çox maraqlı bir aspekt üzə çıxır. Postsovet məkanında, məhz postsovet mühitində homoseksuallıq arvadabənzərliklə assosiasiya olunub. Amma qərb mühitində, əksinə, homoseksuallar – aşırı dərəcədə “erkək”dirlər.  Sosioloq Couel Rodcers özünün “Britaniya sosial-psixoloji münasibətləri” araşdırmasında belə qeyd edir ki, qərb mədəniyyətində homoseksuallar arvadabənzər imici qəbul etmirlər, əksinə, “əsl kişi” imici yaradırlar.

III MİF: Homoseksuallıq təbiətə qarşıdır

Bu da yalandır. Homoseksuallıq heyvanat aləmində geniş yayılıb. Əslində, homoseksuallıq o qədər müxtəlif şəraitlərdə müşahidə olunur ki, onun insanlarda rast gəlinməsi yox, nadir hallarda rast gəlinməsi təəccüb doğurur.

Bu fakt məşhur “New York Times” qəzetində dərc edilmiş “Heyvanlar mavi ola bilərmi?” adlı məqalədə alimlərin xatırladılan araşdırmalarında, həmçinin antropoloq Helen Fişerin məşhur “Sevginin anatomiyası: partnyorun, nikahın və xəyanət axtarışlarının təbii tarixi” kitabında qeyd olunub.

Ümumiyyətlə, heyvanat aləmində müşahidə edilən homoseksuallıq, özü də məhz primatlar arasındakı homoseksuallıq hansısa ayini xatırladan davranış təsiri bağışlayır. Daha sadə desək, heyvanların “homoseksual” davranışında kompleks hərəkətlər gizlənir, bununla da üstün erkək başqa erkəyə “burada kimin böyük olduğunu” göstərir. Alimlər bu cür davranışı sosioseksual adlandırırlar. Hərçənd bunda heç bir seks-filan yoxdur, sadəcə cini əlaqənin imitasiyasıdır. Bu əlaqə ilə bağlı Yunanıstan və orta əsr Yaponiyasındakı münasib sosioseksual münasibətlər də xatırlanır.

IV MİF: Homoseksual sevgi mövcud deyil

Homoseksuallar da heteroseksuallar kimi bir-birinə aşiq olurlar və heteroseksuallar kimi hisslər, həyəcanlar və problemlər yaşayırlar. Bu barədə yuxarıda adı çəkilmiş Helen Fişerin kitabında da danışılır . Həmçinin bunu bir çox homoseksuallar sübut edib.

V MİF: Homoseksuallığın müalicəsi mümkündür

Bu ifadə, əsasən fəal homofobların dilindən səslənir. Bir çox dini təşkilatlar isə homoseksuallığı müalicə etməyə hazırdırlar. “overcoming-x.ru” saytı, həmçinin Cozef və Linda Eyms Nikolosinin “Homoseksuallığın qarşısının alınması. Valideynlər üçün dərslik” kitabı bunun üçün hazırlanıb. Kilsənin qucağında homoseksuallığı sağaltmağa “pravmir.ru” saytının əməkdaşları da hazırdırlar.

Bu məsələ ilə bağlı vaxtaşırı amerika psixiatrı Robert Şpitserin araşdırmalarına istinad edirlər, həmin araşdırmaya əsasən isə onlar tərəfindən tədqiq edilmiş güya 66 faiz kişi və 44 faiz qadın homoseksual keçmişlərindən qurtulublar və tamamilə sağalıblar.

Əslində, adı çəkilən Şpitser hələ 1973-cü ildə homoseksuallığın patologiya və xəstəlik olmadığını isbatlayan psixiatrlar assosiasiyasının üzvlərindən biriydi, buna görə də homoseksuallıq psixi xəstəliklər siyahısından çıxarılmışdı.

Şpitser “sağalmağı” arzulayan kiçik qrup homoseksualları tədqiq etmişdi, halbuki  onların yarısı bircinsiyyətli münasibətlərdən imtina etsələr də, bunu ilk növbədə, din qorxusu altında, ikincisi, “öz nəfsini saxlamaq” yolunda həyata keçirdilər və əksər hallarda, öz cinsindən olanlarla münasibət qurmağı arzulamalarını etiraf etdilər. Buna görə də onlar psixoloji nöqteyi-nəzərdən homoseksual olaraq qalmaqdadırlar.

Şpitser 2007-ci ildə “New York Times” qəzetində dərc edilmiş müsahibəsində deyir ki: “Homoseksualların dəyişməsi mümkün olsa belə, məncə bu nadir hallarda, 1-2 faiz həddində olur. 10 faiz olmasına inanmıram.”

VI MİF: Homoseksuallar daha çox pedofil olurlar

Bu fikir indi də geniş yayılıb. Pedofillik dedikdə, bir qayda olaraq, ya azyaşlının zorlanılması, ya da həddi-buluğa çatmamış şəxslə cinsi əlaqədə olmaq nəzərdə tutulur.

Kaliforniya Universitetinin Palm-sentr mərkəzinin araşdırmasına görə, homoseksualların daha çox pedofil olması barədə deyilənlər mifdir. Amma bu mif hələ də yaşamını sürür. 1970-ci ildə ABŞ-da keçirilən sorğuda iştirak edənlərin 70 faizi homoseksualların pedofil olmasına inandıqlarını demişdilər, 1999-cu ildə isə – yalnız 19 faiz buna inandığını söyləyib.

1978-ci ildə Massaçusetts ştatında ittiham edilmiş 175 pedofildən heç birisi homoseksual olmayıb. Onlardan 83-ü (47%) qeydə alınmış, 70 nəfəri (40%) heteroseksual, 22 nəfəri isə (13%) – geriləyən biseksuallar olub. Son qrupda qadına maraq üstün tutulur.

Bundan başqa, 1991-1992-ci illərdə Denver Hospitalına “seksual zorakılıq” (ingl. “child abuse”) möhürüylə daxil olmuş 352 tibbi lent yazıları araşdırılıb. 269 hadisədə zorakılıq etmiş adamı səsindən müəyyənləşdirmək mümkün olub. Onların arasında mavilərin sayı heç 1 faiz də deyilmiş.

Kanada alimləri başqa bir tədqiqatda (Froind və digərləri, 1989-cu il) yaşlı mavilər və heteroseksuallar arasında araşdırma aparıblar və onların fikiziki cəhətdən yetişmiş partnyorlarla münasibətə girməyə meylli olmalarını müəyyənləşdiriblər. İştirakçılara müxtəlif yaşda, hər iki cinsdən, həm paltarlı, həm də paltarsız, idmanla, məsələn üzgüçülüklə məşğul olan uşaqların şəkilləri göstərilib. Müxtəlif monitorlar iştirakçıların seksual oyanıqlığını ölçüb. Tədqiqat nəticəsində müəyyən edilib ki, mavilər uşaq şəkillərinə baxarkən, çox ehtiraslanmırlar, nəinki heteroseksuallar qız şəkillərinə baxarkən.

Yuxarıda göstərilmiş tədqiqatlar, mavilərin və biseksualların heteroseksuallardan daha az pedofil olduqlarına dəlalət eləmir, amma bu faktlar, mavilərin heteroseksuallardan daha çox pedofil olması mifini inkar edir.

h

Və bir az Qafqaz haqda

Ən maraqlısı odur ki, Qafqazda, belə desək, “cəsarətli homoseksuallıq”dan xəbərləri yoxmuş kimi davranırlar. Bizdə arvadabənzər mavilər var, bəs başqaları yoxdurmu?! Məsələ burasındadır ki, bəzi homoseksuallıq növləri bizim ölkəmizdə homoseksuallıq sayılmır. Gənc oğlanların “Tbilisi” prospektində utanıb-eləmədən maviləri “götürməsi” və ya bir oğlanın başqasına zəng edib: “Qızlar 40 manat istəyir, “petuxlar” isə – 20 manat, gəl onları “götürək” – deməsi adi hal deyilmi”?

İndi, gəlin, biriniz bu oğlanlardan birisinə “homoseksual” deyin görüm, necə deyirsiniz!

Və ya başqa bir misal, Tiflisin qıraq yerlərində mavilər üçün barlar var, orda “sərt gürcü kişiləri” yığışırlar, onlar mavilərlə tanış olmağa gəlirlər və öz vaxtlarını xüsusi üsulda keçirmək istəyirlər. Amma di gəl, onlar da özlərini mavi saymırlar. Əgər birisi ehtiyatsız davranıb, onlardan birinə mavi olub-olmaması barədə sual ünvanlasa, onda ola bilsin, o biri dünyada dərhal Merkuri, Çaykovski və Platonla görüşməli olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir