boyrek

Böyrək xəstəliklərinə işarə edən əsas 7 simptom

Baxış sayı: 1. 661

Böyrək xəstəlikləri uzun müddət ərzində gizli inkişaf edə bilər. Bu çox təhlükəlidir ki, insan uzun müddət ərzində onda inkişaf edən xəstəlikdən məlumatsız olur, xəstəlik isə bu zaman inkişaf edir və nəticədə ağır vəziyyətlərə, böyrək çatışmazlığına gətirib çıxarda bilər.

Bu səbəbdən böyrək xəstəliklərinin əsas simptomlarını bilmək çox vacibdir.

 

1. Ümumi intoksikasiya əlamətləri (zəiflik, hərarətin artması, baş ağrıları və s.).

2. Ödemlər. Böyrək xəstəlikləri zamanı ödemlər daha çox üzdə, gözlərin altında, göz qapaqlarında, bədənin yuxarı hissəsində müşahidə olunur. Ürək xəstəlikləri zamanı isə ödemlər əksinə ayaqlarda olur. Böyrək xəstəlikləri zamanı ödemlər daha tez-tez səhər, ürək xəstəlikləri zamanı isə axşam olur.

3. Bel nahiyəsində sızıldayan ağrılar. Ağrılar bir və ikitərəfli ola bilər.

4. Sidikdə qan, irin, sidiyin bulanıq olması, sidiyin üzərində köpük.

5. Sidik ifrazının pozulması (sidik nazik şırnaqla və ya damcılarla ifraz olunur), ifraz olunan sidiyin azalması.

6. Susuzluq, ağızda quruluq.

7. Arterial təzyiqinin qalxması. Böyrək xəstəlikləri zamanı təzyiq uzun müddət yüksək qalır və təzyiqi salan dərmanlar kömək etmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir