“Gencaile.az” saytının ənənəvi olaraq hər həftənin ilk günündə oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu dəfə sarma kababın hazırlanma qaydasını təqdim edirik.
Tərkibi:
Can əti – 150 qr.
Toyuğun döş əti – 150 qr.
Kəklikotu – 100 qr.
Qatıq – 100 qr.
Duz – istiot zövqə görə
Hazırlanması:
Can əti toxmaqla döyülür. Kəklikotu, duz, istiot vurulur. Sonra toyuq da döyülüb, ( duz, istiot vurulub) üstünə qoyulur. Rulet şəklində bükülüb, manqalda bişirilir. Qatıq boşqaba tökülür, ət 5 hissəyə bölünüb, boşqaba düzülür. Qarnir kimi yanında düyü verilir