mektebeqeder

Mək­tə­bə­qə­dər təh­sildə döv­lət mü­əs­si­sə­lə­ri­nə­mi, özəl­lə­rə­mi üs­tün­lük ve­rək?

Baxış sayı: 1. 767

İb­ti­dai sin­fə ge­də­cək uşaq­la­rın va­li­deyn­lə­ri­ni in­di ən çox dü­şün­dü­rən mə­sə­lə öv­lad­la­rı­nı mək­tə­bə­qə­dər təh­sil üçün han­sı təh­sil mü­əs­si­sə­si­nə qoy­ma­sı­dır. Han­sı təh­sil mü­əs­si­sə­sin­də­ki mək­tə­bə­qə­dər təh­sil da­ha key­fiy­yət­li­dir; özəl, yox­sa döv­lət?

Bi­nə­qə­di ra­yo­nu 179 nöm­rə­li or­ta mək­tə­bin ib­ti­dai si­nif mü­əl­li­mə­si Meh­ri­ban Əli­ye­va­nın bil­dir­di­yi­nə gö­rə, bə­zi döv­lət mək­təb­lə­rin­də sıx­lıq ol­du­ğun­dan mək­tə­bə­qə­dər təd­ris yox­dur: “Bi­zim mək­təb­də də mək­tə­bə­qə­dər təh­sil yox­dur. Mək­təb da­rıs­qal ol­du­ğun­dan, sıx­lı­ğa gö­rə mək­tə­bə­qə­dər ha­zır­lıq kurs­la­rı təş­kil olun­ma­yıb. Am­ma bi­rin­ci sin­fə gə­lən uşaq­la­rın dərs­də fə­al­lı­ğı­na gə­lin­cə, kurs­da mək­tə­bə­qə­dər ha­zır­lıq keç­miş uşaq­lar da­ha fə­al olur, dərs­lə­ri­ni da­ha yax­şı oxu­yur”.
Döv­lət uşaq bağ­ça­la­rın­da güc­lü dərs ke­çi­ril­mə­di­yi­ni de­yən mü­sa­hi­bi­miz he­sab edir ki, mək­tə­bə­qə­dər ha­zır­lı­ğı uşaq bağ­ça­rın­da ke­çən uşaq­lar dərs­lə­rin­də elə də güc­lü nə­ti­cə gös­tə­rə bil­mir. “Döv­lət uşaq bağ­ça­la­rın­da­kı mək­tə­bə­qə­dər ha­zır­lıq aşa­ğı sə­viy­yə­də­dir, bi­zi qa­ne et­mir”.

M.Əli­ye­va qeyd edir ki, bu il bi­rin­ci si­nif gö­tü­rüb və sin­fin­də ay­rı-ay­rı kurs­lar­dan gə­lən uşaq­lar var: “Kurs­lar­dan gə­lən­lər ara­sın­da fə­al­la­rı çox­dur, on­la­rın təh­sil al­ma­sı­na xü­su­si önəm ve­ril­mə­si ay­dın gö­rü­nür. Si­nif­də elə uşaq­lar da var ki, əlin­də heç qə­ləm tut­ma­yıb­lar. Mək­tə­bə­qə­dər ha­zır­lı­ğın uşaq­lar üçün bö­yük xey­ri var. Bu, ha­zır­kı təh­sil sis­te­mi üçün müt­ləq­dir. Tə­əs­süf ol­sun ki, bə­zi­lə­ri­nin, ümu­miy­yət­lə, mək­tə­bə­qə­dər təh­sil­dən xə­bər­lə­ri yox­dur”.

“Hə­dəf” kurs­la­rı­nın mək­tə­bə­qə­dər təh­sil üz­rə mü­əl­li­mə­si Gül­nar Ab­ba­so­va əmək­da­şı­mız­la söh­bə­tin­də de­yib ki, mək­təb nəz­din­də mək­tə­bə­qə­dər ha­zır­lıq Təh­sil Na­zir­li­yi­nin proq­ram­la­rı əsa­sın­da ke­çi­ri­lir: “Mək­təb nəz­din­də­ki mək­tə­bə­qə­dər ha­zır­lıq da­ha key­fiy­yət­li olur, nə­in­ki uşaq bağ­ça­sın­da. Uşaq bağ­ça­sın­da ke­çi­ri­lən ha­zır­lı­ğın sə­viy­yə­si o də­rə­cə­də də yük­sək ol­mur” de­yən G.Ab­ba­so­va id­dia edir ki, kurs­lar və özəl təh­sil mü­əs­si­sə­lə­rin­də­ki mək­tə­bə­qə­dər təh­sil isə da­ha ef­fekt­li olur. De­di­yi­nə gö­rə, özəl mü­əs­si­sə­lə­rin üs­tün­lük­lə­ri da­ha bö­yük­dür. “Bu təh­sil mü­əs­si­sə­lə­ri ver­di­yi təh­sil mü­qa­bi­lin­də pul alır, ona gö­rə də, döv­lət mək­təb­lə­ri və döv­lət uşaq bağ­ça­la­rı ilə rə­qa­bə­tə gi­rə­rək uşaq­la­ra da­ha yük­sək sə­viy­yə­də təh­sil ver­mə­yə ça­lı­şır­lar. Ey­ni za­man­da özəl təh­sil mü­əs­si­sə­lə­ri ilə də rə­qa­ba­tə tab gə­tir­mə­yə ça­lı­şır­lar ki, da­ha çox müş­tə­ri cəlb et­sin­lər, həm uşaq­lar, həm də va­li­deyn­lə­ri məm­nun qal­sın. Özəl təh­sil mü­əs­si­sə­lə­ri­nin hər bi­ri işin­də fərq­lən­mə­yə ça­lı­şır. Ona gö­rə də, uşaq­la­rı özəl mək­tə­bə­qə­dər kurs­la­ra qoy­maq da­ha məs­lə­hət­li­dir. Özəl mək­tə­bə­qə­dər mü­əs­si­sə­lər­də li­sey­lə­rə ha­zır­lıq da ke­çi­ri­lir və bu təh­sil göz­lə­ni­lən nə­ti­cə­ni ve­rir”.

Sum­qa­yıt şə­hə­ri 11 nöm­rə­li or­ta mək­tə­bin Azər­bay­can di­li və ədə­biy­yat mü­əl­li­mə­si El­na­rə Qur­ban­za­də­nin  bil­dir­di­yi­nə gö­rə, 2016/17-ci dərs ilin­dən eti­ba­rən ümum­təh­sil mək­təb­lə­rin­də mək­tə­bə­qə­dər ha­zır­lıq si­nif­lə­ri­nin təş­kil edil­mə­si təh­sil sis­te­min­də­ki uğur­lu ad­dım­lar­dan bi­ri­dir: “Uşaq bağ­ça­la­rın­da­kı mək­tə­bə­qə­dər ha­zır­lıq­la mü­qa­yi­sə­də, tə­bii ki, mək­təb­də təş­kil olun­muş bu məş­ğə­lə­lə­rin ib­ti­dai təh­sil üz­rə ix­ti­sas­lı mü­əl­lim­lər tə­rə­fin­dən ke­çi­ril­mə­si 1-ci si­nif­də təd­ri­sin key­fiy­yət və sə­mə­rə­li­li­yi­ni da­ha da ar­tı­ra­caq. Həm­çi­nin ək­sə­riy­yət uşaq­lar­da mək­tə­bə gün­də­lik da­vam et­mək alış­qan­lı­ğı müs­bət yö­nüm­lü for­ma­la­şa­raq mək­təb fo­bi­ya­sı­nın qar­şı­sı­nı da ala­caq. Töv­si­yə edər­dim ki, va­li­deyn­lər əs­la se­çim qar­şı­sın­da qal­ma­sın­lar. Mək­tə­bə­qə­dər ha­zır­lıq məş­ğə­lə­lə­ri öz müs­bət tə­si­ri­ni məhz mək­təb ba­za­sın­da gös­tə­rə­cək”.

Təh­sil Na­zir­li­yi­nin mə­lu­ma­tı­na gö­rə, mək­tə­bə ha­zır­lı­ğın əsas məq­sə­di beş­yaş­lı uşaq­la­rın tə­ləb və im­kan­la­rı­nı nə­zə­rə al­maq­la on­la­rın mək­təb ha­zır­lıq mər­hə­lə­sin­də in­ki­şa­fı, tər­bi­yə­si və təh­si­li pro­se­si­ni təş­kil et­mək­dir. Mək­bə­qə­dər təh­sil təh­si­lin ilk pil­lə­si ol­maq­la, uşaq­la­rın in­te­lek­tu­al, fi­zi­ki və psi­xi in­ki­şa­fı­nı, sa­də əmək vər­diş­lə­ri­nə yi­yə­lən­mə­si­ni, is­te­dad və qa­bi­liy­yə­ti­nin üzə çı­xa­rıl­ma­sı­nı, sağ­lam­lı­ğı­nın qo­run­ma­sı­nı, es­te­tik tər­bi­yə­si­ni təş­kil edir.Mək­tə­bə­qə­dər təh­sil mü­əs­si­sə­lə­rin­də mək­tə­bə­ha­zır­lıq qrup­la­rı 5 yaş­dan 6 ya­şa­dək uşaq­la­rı əha­tə edir və mül­kiy­yət for­ma­sın­dan ası­lı ol­ma­ya­raq, bü­tün mək­tə­bə­qə­dər təh­sil mü­əs­si­sə­lə­rin­də eh­ti­yac ol­du­ğu hal­da, 5 yaş­lı uşaq­lar üçün mək­tə­bə­ha­zır­lıq qrup­la­rı təş­kil olun­ma­lı­dır.

Beş­yaş­lı­la­rın mək­tə­bə ha­zır­lı­ğı “Mək­tə­bə­qə­dər mü­əs­si­sə­lər­də tər­bi­yə və tə­lim Proq­ra­mı” əsa­sın­da (mək­tə­bə­qə­dər təh­sil üz­rə ku­ri­ku­lum) hə­ya­ta ke­çi­ri­lir. Ey­ni za­man­da ye­ni al­ter­na­tiv proq­ram­lar­dan da is­ti­fa­də olu­na bi­lər.

Beş­yaş­lı­la­rın mək­tə­bə ha­zır­lı­ğı mək­tə­bə­qə­dər təh­sil mü­əs­si­sə­lə­rin­də, ümum­təh­sil mü­əs­si­sə­lə­ri­nin mü­va­fiq struk­tur­la­rın­da, ai­lə­də və qı­sa­müd­dət­li tə­lim qrup­la­rın­da apa­rı­la bi­lər. Uşaq­la­rı mək­tə­bə­qə­dər təh­sil mü­əs­si­sə­lə­ri­nə get­mə­yən va­li­deyn­lər üçün uşaq­la­rı­nı mək­tə­bə ha­zır­la­maq is­ti­qa­mə­tin­də maa­rif­lən­di­ril­mək məq­sə­di ilə müx­tə­lif xid­mət­lər təş­kil edi­lə bi­lər.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir