UZ

Qocalmanı necə gecikdirmək olar?

Baxış sayı: 1. 596

Əslində, heç kim qocalmaq istəmir. Qocaldığını hiss etmək də heç kimin xoşuna gəlmir. Ancaq bu, həyatın bir həqiqətidir. Düzdür ki, insan həmişə cavan qala bilməz, ancaq sağlam qidalanma ilə qocalığı gecikdirə bilər. İnsan qocaldıqca həm zahiri və həm də daxili problemləri artır. Belə ki, üzündə qırışlar əmələ gəlir, daxili orqanları düzgün fəaliyyət göstərmir. Bu zaman ürək xəstəlikləri, diabet, qan təzyiqinin oynaması halları daha da çox olur. Ancaq sağlam qidalanma bizə bir çox fayda verər bilər. Həm cismimiz gec qocalar və həm də sağlam olarıq. Çünki qocalığın qarşısını ancaq bəzi kimyəvi kremlərin köməyi ilə almaq mümkün deyildir.

 

Yağ və şəkərin səviyyəsini azaltmaq

Yeməklərinizdə yağın və şəkərin səviyyəsini azaldın. Tədqiqatlar göstərir ki, yağ və şəkərdən çox istifadə etmək, həm diabet xəstəliyi üçün şərait yaradır və həm də dərinin tez qocalmasına gətirib çıxarar.

 

Vitaminlər

Tərkibində vitamin olan qidalardan kifayət qədər istifadə etmək lazımdır. Bununla yanaşı, həkim məsləhəti ilə tərkibində bir neçə vitamin olan dərmanların da qəbul edilməsi tövsiyə edilir.

 

Bəzi qidaların istifadə edilməsini artırmaq

Meyvələrdən, tərəvəzdən, süd məhsullarından, yağsız ətlərdən və xüsusilə də balıqlardan istifadə edilməsini artırmaq lazımdır.

 

Kifayət qədər su içmək

Çoxlu maye qəbul etmək və su içmək lazımdır. Gün ərzində təxminən 2 litr su içmək lazımdır. İçdiyiniz maye bədəninizdəki zəhərli maddələri yuyub aparar.

 

Karbohidratlar

Karbohidratların qəbul edilməsinə xüsusi yer verin. Düyüdən hazırlanmış və qara çörəkləri ağ buğdadan hazırlanmış un məhsullarından üstün tutun.

 

Tərəvəz

Tərəvəz sağlamlıq üçün çox faydalıdır. Ancaq köklü tərəvəzlərdən çəkinin: kartof, kök kimi. Çünki onlar da qandakı şəkərin səviyyəsini artıra bilər. Bu tərəvəzlərdən həddən artıq istifadə etmək çəkini də artırar.

 

Rəngli tərəvəz

Rəngli tərəvəzlərə daha geniş yer verin: pomidor, ispanaq kimi.

 

Meyvələr

Təzə meyvəni meyvə sularından üstün tutun.

 

İdman

İdman, piyada yerimək, fəal həyat gündəlik həyatınızın əsasını təşkil etməlidir. Lazım deyildir ki, mütləq ağır idman növlərindən olsun. Əgər bunu edə bilmirsinizsə, onda hər gün piyada yeriməyə çalışın.

 

Qızardılmışlar

Qızardılmış qidalardan, hazır yeməklərdən çəkinin. Tərkibində daha az yağ olan yeməklərdən istifadə edin.

 

Protein

Protein seçimində müxtəlifliyə yer verin. Qırmızı ətlə yanaşı, ağ ətə də geniş yer verin.

 

Balıq

Həftədə iki dəfə balıq yeyin.

 

Yağlar

Bədəninizə lazım olan yağları sağlam yağlardan: beyin, balıq yağları, zeytun yağlarından alın. Yağlı ət və süd məhsullarından qaçın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir