dish

Valideynlərin nəzərinə: körpələriniz diş çıxarırsa, mütləq oxuyun!

Baxış sayı: 1. 890

Dişində problemi olan uşağınızın diş ətini yavaşca barmağınızla sıxsanız rahatlayacaq. Buna görə əllərinizi yuduqdan sonra barmağınızla həmin bölgəni yavaşca basın və uşağınızın təmiz parçanı dişləməsinə icazə verin. Əgər diş çıxması ağrılıdırsa və iştahasızlığa yol açırsa, fərqli əmzik ucu və ağızlı butulkalardan istifadə edin. Bu, uşağın qidalanmasını asanlaşdıracaq.

Soyuq qidalar diş ətindəki qızartı və şişkinliyi azaldır. Buna görə təcrübəli analar təmiz dondurulmuş parçalardan istifadə edirlər.

Apteklərdən alacağınız dərmanlar ağrı kəsmək üçün diş ətinə sürtülə bilər. Bunlar diş ətini bir müddətlik keyidir. Ancaq bəzi körpələr bu dərmanların dadını bəyənmir. Bu cür dərmanların boğaza getməməsi lazımdır. Boğazın keyiməsi öyümə refleksini zəiflədir və yeməklərin ağciyərlərə getməsinə səbəb olur.

Parasetamol tərkibli dərmanlar ağrıkəsici kimi istifadə edilir. Diş çıxarma zamanı çox dərman istifadə etmək düzgün deyil. Çünki bu dərmanlar başqa bir xəstəliyin əlaməti ola biləcək qızdırmanı azaldır və həmin xəstəliyin müəyyən edilməməsinə səbəb olur. 16 yaşdan balaca uşaqlara aspirin tərkibli dərmanlar verməyin, bu, onlarda reye sindromuna yol aça bilər. /ailem.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir