usaq

Uşaqları soyuq aylarda necə geyindirməli?

Baxış sayı: 1. 641

Qış mövsümü yaxınlaşmaqdadır. Payız fəsili olsa da, havalar artıq soyuyub. Bu mövsümdə anaları düşündürən məsələlərdən biri də körpəsinin üşüyüb üşüməməsidir. Bəzi analar uşaqlarının üşüdüyünü düşünərək çox qalın geyindirir.

 

Bəs bu doğrudurmu?

Sözügedən məsələyə münasibət bildirən pediatr Gunay Rəsulova körpənin bədəninə nəzarət edilməsinin vacibliyini vurğulayıb: “Dizləri, qolları istidirsə bu, kifayət qədər geyindirmisiniz anlamına gəlir. Yanaqları qızarıb, ənsədəki saçları tərləyibsə bu, artıq yersiz qalın geyindirdiyinizin göstəricisidir ki, bu da azyaşlı üçün heç də məsləhət deyil. Əgər uşaq hər zamankından daha durğun və solğundursa bir qat daha geyindirməkdə fayda var. Çünki hərəkət etməyən uşaq üşüyür”.

Uşaq geyimlərindən də bəhs edən pediatr seçilməli olan parça növləri ilə bağlı məsləhətlər verib: “Otaq istiliyi 18-22 dərəcə arasında olmalıdır. Sintetik geyimlər körpənizi isti havalarda isti, soyuqda isə eyni cür soyuq saxladığına görə bu materialdan qaçmalısınız. Mövsümə uyğun pambıq və ya yun geyimlərə üstünlük verməkdə yarar var.”

Həkim onu da əlavə edib ki, körpənin əllərinin və ya üzünün soyuq olması bədən istiliyini göstərmir. Çünki soyuq küləkdən üz üşüyə, lakin bədəni isti qala bilər.

 

Şəhanə Quliyeva

usaqlar



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir