soyuducu

Soyuducunu təmizləyərkən nələrə diqqət etməli?

Baxış sayı: 2. 499

Soyuducuda qorunan qidalar üçün soyuducunun işləmə istiliyi, hava sirkulyasiyası və funksionallığı ilə bərabər, təmizliyi də əhəmiyyətlidir. Ağzı açıq qablarda saxlanan qidalar, yuyulmadan qoyulan meyvə, tərəvəz, yumurta, sellofanlardan süzülən mayelər soyuducunun içində pis qoxu və bakteriyaların yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün soyuducunun mütəmadi olaraq təmizlənməsinə diqqət etmək lazımdır.

 

Təmizliyə soyuducunuzu boşaltmaqla başlayın

Soyuducu təmizliyinə başlamazdan əvvəl tez xarab olma riski daşıyan, su tərkibi çox olan qidaları istifadə etməli və ya təmizlik boyunca başqa bir soyuducuda saxlamalısınız. Bayırda gözlədilməsi təhlükəli olan donmuş balıq, ət məhsulları və təzə konserv kimi qidaları buz dolu bir qabda mühafizə edə bilərsiniz.

Təmizlik zamanı soyuducunun hər yerini yaxşıca təmizləmək üçün bütün qidaları boşaltmaq lazımdır. Soyuducunu boşaltdıqdan sonra yumurtalıq, rəf, tərəvəzlik və sair kimi bölmələri çıxara bilərsiniz. Əgər soyuducunuz buzla örtülübsə, təmizlikdən bir neçə saat əvvəl onu cərəyandan ayıraraq buzları əridə bilərsiniz.

 

Ağardıcı istifadə etməyin

Soyuducuları ağardıcı və digər kimyəvi vasitələrlə təmizləmək olmaz. Çünki soyuducuların şüşə və plastik səthləri qoruyucu bantla bağlanıb. Belə kimyəvi maddələr həmin qoruyucu təbəqəyə zərər vuraraq, cızıqlar, aşınmalar yaradır. Bu da həmin yerlərə toz, çirk kimi yad maddələrin yerləşməsinə və mikroorqanizmlərin yaranmasına səbəb olur. Bu isə öz növbəsində qidalar üçün təhlükəlidir. Odur ki, soyuducunuzun içini təmizləmək üçün sodalı və ya sirkəli su kimi yüngül təmizləyicilərdən istifadə etməlisiniz.

 

Quru çayla pis qoxunu aradan qaldırın

Soyuducunun iç qisimlərini sodalı su ilə bir süngər, yaxud bez vasitəsi ilə təmizləyin. Sonra soyuducunun içi islaq qalmasın yaxşı qurulayın. Çıxarıla bilən hissələri isə sabunlu su ilə yuyub durulaya və quruduqdan sonra yerləşdirə bilərsiniz. Soyuducunun üstünü və dəstəklərini yuyucu vasitə ilə silib, qurulaya bilərsiniz. Soyuducuya çökmüş pis qoxunu aparmaq üçün təmizlikdən sonra bir az quru çayı ağzı açıq bir qaba qoyub soyuducuda saxlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir