sehiyye

Qərb regionu bu tibb müəssisəsini seçir

Baxış sayı: 1. 545

Mərkəzi Klinika Gəncə Xəstəxanası Qərb bölgəsinin flaqman tibb müəssisəsinə çevrilib

Azərbaycanın sürətli iqtisadi inkişafı  bütün sahələr kimi səhiyyənin də inkişafına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər bu sahədə inkişafı şərtləndirən başlıca amillərdəndir.  Məhz həyata keçirilən məqsədyönlü tədbirlər, görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Məhz səhiyyə sahəsində atılan addımlar, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, təkcə paytaxtda deyil, artıq regionlarda da müasir standartlara uyğun diaqnostika mərkəzləri, xəstəxanalar, tibb mərkəzləri tikilib istifadəyə verilib və həmin müəssisələrdə əhaliyə yüksək səviyyədə  tibbi xidmət göstərilir.

Qərb regionunun ən müasir tibb müəssisəsi

Belə tibb müəssisələrindən biri də Mərkəzi Klinika Gəncə Xəstəxanasıdır.  Məlumat üçün qeyd edək ki, Mərkəzi Klinika Gəncə Xəstəxanası Qərb regionunun ən müasir tibb müəssisəsi kimi tanınır və hər gün yüzlərlə insan mərkəzin xidmətlərindən istifadə edir. Xəstəxana çoxprofilli olduğundan, həmçinin burada səhiyyənin ən müasir avadanlıqları quraşdırıldığından təkcə Gəncə deyil, eləcə də ətraf rayonlardan, ümumilikdə Qərb regionundan hər gün yüzlərlə insan bu tibb müəssisəsinə müraciət edir. Biz də media nümayəndələri olaraq Mərkəzi Klinika Gəncə Xəstəxanasında əaliyə göstərilən yüksək səviyyəli tibbi xidmət, tibb müəssisəsinin mövcud imkanları, kadr potensialı ilə tanış olmaq üçün sözügedən tibb müəssisəsinə səfər etdik.

Tibbi yeniliklər, ürək əməliyyatları

İstər böyrəklərdə, istərsə də uşaqlarda açıq ürək, neyrocərrahiyyə üzrə bütün beyin əməliyyatları Qərb regionu üzrə məhz Mərkəzi Klinika Gəncə Xəstəxanasında həyata keçirilir. Qərb bölgəsində bir sıra tibbi xidmətləri məhz bu tibb müəssisəsində göstərilməyə başlayıb.  Ölkənin tanınmış media orqanlarını təmsil edən bir qrup jurnalistin Gəncə şəhərində, Qərb bölgəsinin ən müasir xəstəxanası olan Mərkəzi Klinika Gəncə Xəstəxanası ilə tanışlığı zamanı media nümayəndələrinə rəhbərlik etdiyi səhiyyə ocağı barədə geniş və ətarflı məlumat verən xəstəxananın baş direktoru Həsən Qəndilov bildirib ki, Gəncə Müalicə Diaqnostika Mərkəzi MMC ölkə prezidenti İlham Əliyevin sərəncamı əsasında 2008-ci ildə inşa edilib. Mərkəz əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra konseptini dəyişib və Regional Mərkəzə çevrilərək geniş profilli səhiyyə müəssisəsi kimi 2013-cü il sentyabr ayından etibarən “Mərkəzi Klinika Gəncə Xəstəxanası” adı altında istifadəyə verilib. Xəstəxananın həyətyanı sahəsi 22.500 kvadrat metr və ümumi sahəsi isə 12.404 kvadrat metrdir. Əsaslı tikinti və yenidənqurma işlərindən sonra xəstəxananın tibbi xidmət göstərilən sahəsi əvvəlki ilə müqayisədə təxminən 45 faiz, yəni 3300 kvadrat metr artırılıb. Ümumi çarpayı fondu dörd dəfədən də çox artırılaraq 27 ədəddən 100-ə çatdırılıb və ehtiyac olarsa, 20 çarpayı daha əlavə artırmaq imkanı var. Bundan başqa, əməliyyat otaqlarında aparılmış rekonstruksiya işləri nəticəsində hər dörd əməliyyatxanada istənilən növ və həcmdə (kiçik, orta, və böyük ölçülü) olan əməliyyatların aparılmasına imkan yaradılıb. Daha sonra xəstəxananın baş direktoru Həsən Qəndilov 2016-cı ilin aprelində baş vermiş döyüşlər zamanı xəstəxananın fəaliyyətindən danışaraq, həmin günlərdə tibb müəssisəsində yerli əhaliyə xidmətin dayandırıldığını və yalnız yaralı əsgərlərə xidmət göstərildiyini vurğulayıb.

Münasib qiymət, yüksək səviyyəli xidmət

Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkim Şamil Bədəlov isə bildirib ki, xəstəxanada quraşdırılan ən müasir tibbi cihazlar, avadanlıqlar istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır. Xəstəxanada Ürək Damar cərrahiyyəsi, Ümumi cərrahiyyə, Urologiya, Ortopediya və Travmatologiya, Neyrocərrahiyyə, Nevrologiya Oftalmologiya, Qastroentologiya, Kardiologiya, Təcili Tibbi Yardım, Ginekologiya, Neantologiya, Tibbi laboratoriya, İnvaziv radiologiya, Fizio Terapiya, Stomatologiya, Nefrologiya, Ginekologiya və Neyrocərrahiyyə və s. şöbələr fəaliyyət göstərir. Tibb müəssisəsi 24 saat ərzində, hətta gecə saatlarında belə, ən ağır cərrahi əməliyyatları həyata keçirməyə hazırdır. Buna tibb müəssisəsində dəfələrlə keçirilmiş böyrək transplantasiyalarını misal göstərmək olar. Xəstəxanada tibbi xidmətlərin qiymətləri də münasibdir.

Tanışlıq zamanı jurnalistlərin diqqətini ən çox çəkən və aktual mövzulardan biri süni mayalanma olub. Paytaxtdan kənarda yerləşməsinə baxmayaraq, bu günə qədər Mərkəzi Klinika Gəncə Xəstəxanasında onlarla süni mayalanma proseduru həyata keçirilib və nəticələrin hamısı uğurlu olub. Xəstəxananın personalından danışan baş həkim tibb işçilərinin əksəriyyətinin dünyanın aparıcı dövlətlərində işləyərək təcrübə topladıöını diqqətə çatdırıb. Bununla yanaşı, xəstəxana həm də yerli tibb kollecinin məzunlarını da işsiz buraxmır. Burada kolleci bitirmiş tibb bacılarının işlə təmin olunması üçün lazımi dəstək göstərilir. Daha sonra jurnalistlər xəstəxananın bütün bölmələrini gəzib, həkimlərlə və müasir avadanlıqlarla yaxından tanış olub, onları maraqlandıran suallara cavab axtarıblar.

Süleyman İsmayılbəyli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir