OFIS

Əgər ofisdə çalışırsınızsa… -ARAŞDIRMA

Baxış sayı: 1. 247

Ofis işçilərinin davamlı olaraq özlərini yorğun hiss etmələrinin səbəbi yuxusuzluq və ya ağır nahar deyil. Bu amillərin müəyyən təsiri olsa da, əsl səbəb oksigen azlığıdır. ABŞ-ın elm adamları ofis və idarələrdə karbon miqdarının yüksək olması səbəbindən işçilərin özlərini yorğun hiss etdiyini bildirirlər.

Ofisdəki karbondioksidin miqdarı açıq havada olduğundan daha çoxdur. Ventilyasiya sisteminin düzgün qurulmadığı ofislərdə çalışanların tənəffüsü ilə əlaqədar bu nisbət zərərli həddə çıxa bilir.

Araşdırma zamanı mütəxəssislər ofis, sinif, iclas otaqlarındakı və açıq havadakı karbondioksidin miqdarını ölçüblər. Güman edildiyi kimi ən sıx karbondioksid iclas otağında qeydə alınıb.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, insan sağlamlığını təhdid etməsə də, yüksək həddə olan karbondioksid insanın beynindəki qərarvermə mexanizmlərin mənfi təsir edir və yorğunluq yaradır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir