moda

Moda haqqında 30 mif

Baxış sayı: 1. 645

1. Geyimdə istədiyiniz qədər rəng istifadə edə bilərsiniz. Bütün rənglər biri-birinə yaraşa bilər. Lakin ən önəmli şey rənglərin eyni kateqoriyada olmasıdır. Rənglər: tərkibinə boz, qara, bəyaz qatılmış və təmiz rənglər olaraq 4 yerə bölünür. Eyni kateqoriyadan olan rəngləri qatmaq uğurlu seçimdir.

2. İsti və soyuq rəngləri də biri-birinə qatmaq mümkündür.

3. Başdan ayağa eyni rəngdə geyinə bilərsiniz.

4. Neon rəngləri geyimdə istifadə etmək zövqlü seçim deyil.

5. Dəri rənginin geyimdə rəng seçimi ilə heç bir əlaqəsi yoxdur. Amma təbii saç rəngi qadınlara daha çox geyim imkanı yaradır. Qırmızı saçlı qadınlara isti rənglər daha çox yaraşır. Mavi, çəhrayı, yaşıl rəngdə saçı olan qadınlar geyimlərdə daha az rəngdən istifadə edə bilər.

6. “Bu ilin trend rəngi” anlayışı isə olduqca absurddur. Çünki, hazırda multimoda dövründə yaşayırıq. Dizaynerlər bir-birinə aidiyyəti olmayan rənglərdə və tərzlərdə geyimlər dizayn edir. Diqqət yetirilə biləcək tək şey fəsilə görə rənglərdir. Dizaynerlər adətən yayda və baharda təmiz və ya ağ qatılmış, qışda və payızda isə boz və ya qara qatılmış rənglərə üstünlük verirlər.

7. İfrat dərəcəsində məhşurlaşan və çox sayda saxta geyim, çanta və ayaqqabıların istifadəsi zövq çatışmazlığından xəbər verir. Həqiqətən, zövqlü olan insan şablon olmamağa çalışmalıdır.

8. Klassikləşmiş və uzun illərdir modadan çıxmayan geyim əşyalarını istifadə etmək mümkündür. Lakin 2-3 il öncə trend olmuş və artıq heç bir markanın istehsal etmədiyi əşyalardan uzaq durmaq lazımdır.

9. Gündəlik geyimdə dekolte istifadə etmək olar, lakin bütün dekoltelərdən eyni zamanda yararlanmaq zövqlü görünmür. Gənc və arıq qadınlar dekoltedən daha çox istifadə edə bilər. Kök və daha yaşlı qadınlara sinə dekoltesi daha uyğundur. İsti fəsillər dekolte üçün daha uyğun zamandır. Gündəlik geyimdə dekolte istifadə edərkən, onu sakit, gündəlik, sadə parçalarla kombin etmək, görüntünü gündəlik hala gətirməyə kömək edə bilər.

10. Açıq dikdaban ayaqqabılar qışda da geyinilə bilər.

11. Dikdaban ayaqqabıların altından corab geyinmək mümkündür, lakin corab seçimimdə diqqətli olmaq lazımdır.

12. Gündəlik geyimdə parıltılı əşyalardan istifadə etmək olar, ancaq bu parıltını daha gündəlik, mat, sadə və sakit olan başqa bir parça ilə yumşaltmaq lazımdır.

13. Qışda günəş gözlüyü istifadə etmək olar.

14. Geyimdə bir neçə gözə batan elementdən istifadə etmək mümkündür. Lakin bunu düzgün istifadə edə bilmək yüksək zövq tələb edir. Arıq və hündür xanımlar bunun üçün daha əlverişlidir.

15. Ucu açıq dikdaban və ya yerdən yay ayaqqabları ilə görünməz corab geyinmək olmaz. Ümumiyyətlə, bu corabları ancaq soyuq fəsillərdə istifadə etmək məsləhətdir. Corab dəri rəngindədirsə dəri rənginizdən çox seçilməməsinə və mat olmasına diqqət yetirin.

16. File corabları gündəlik geyimdə də istifadə etmək mümkündür.

17. Bel çantasını xüsusi gecələr üçün də istifadə etmək olar, amma ölçüsü çox kiçik olmalıdır.

18. Xüsusi gecələrdə cinsi daha bəzəkli və güclü parçalarla, gözə çarpan aksessuarlarla kombin edib istifadə edə bilərsiniz. Ancaq cins şort daha çətindir. Cins şortu gecə üçün dizdən mümkün qədər hündür botlarla kombin etmək mümkündür.

19. Köynəyi, koftanı, tişörtü uzun və boş olduğu təqdirdə şalvarın içinə salmaq şərt deyil.

20. Boş geyimlər arıq və ya çox kilolu xanımlara daha çox yaraşır. Azacıq kilosu olan qadınları isə daha kök göstərir. Azacıq kilosu olan xanımlar boş bir parça istifadə edirsə, onu başqa bir dar parça ilə kombin etmələri daha kök görünməyin qarşısını ala bilər.

21. Sadə olsa belə birbirinə aidiyyəti olmayan, çoxlu aksessuarlar istifadə etmək zövqsüzlük göstəricisidir.

22. Gündəliyə böyük aksesuarlar istifadə etmək olar. Lakin yan-yana yerləşən iki böyük aksessuardan istifadə etməmək lazımdır. Böyük bir sırğa və ya boyunbağı istifadə etdiyiniz zaman saçınız uzundursa, yığılmış olması daha yaxşı olar. Qısa saçlı qadınlar belə aksessuarlar üçün idealdır. Yaşlı və kilolu qadınlar daha çox aksessuardan istifadə edə bilər.

23. Geyimdə qızılı və gümüşü rəngdən eyni zamanda istifadə etmək mümkündür.

24. Boş geyim insanı daha kök göstərir. Lakin çox kilolu qadınların, qüsurlarını biruzə verməməsi üçün boş geyinmələri məsləhət olunur. Əslində isə qüsurlu qadın yoxdur.

25. Stil sahibi olmaq şablon, çeynənmiş geyim tərzlərini kopiyalamaq deyil, öz individual, innovativ stilini yaratmaqdır.

26. Qısa saç insanı daha iri, uzun saç isə daha xırda göstərir.

27. “Chanel”, “Dior”, “Hugo Boss”, “Emporio Armani”, “Versace” kimi klassik brendlər Avropa alıcıları arasında populyar deyil.

28. Donla idman ayaqqabısı geyinmək olar.

29. Bağlı geyim ən az açıq geyim qədər seksual ola bilər və maskulen geyim tərzi ilə də seksual olmaq mümkündür.

30. Uzun dırnaqlar dəbdən kənarda deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir