vesiyyetname

Bizdə vəsiyyətnamə niyə yazılmır?

Baxış sayı: 2. 030

Biz­də və­siy­yət­na­mə na­dir hal­da ya­zı­lır, ək­sər hal­lar­da əm­lak ki­çik oğu­la qa­lır və ya öv­lad­lar öz ara­la­rın­da mi­ra­sı bö­lür­lər. La­kin va­li­deyn öl­dük­dən son­ra əm­lak, qı­zıl üs­tün­də öv­lad­lar ara­sın­da mü­ba­hi­sə dü­şür, bə­zən ba­cı-qar­daş ara­sın­da bir-bi­ri­nə düş­mən olan­lar da olur.

Hü­quq­şü­nas Ay­nur Mu­sa­ye­va­nın  bil­dir­di­yi­nə gö­rə, va­li­deyn­lə­rin və­siy­yət­na­mə yaz­ma­sı va­cib de­yil, yə­ni bu­nun üçün hər han­sı öh­də­lik yox­dur: “Bu, hü­quq­dur. Kim is­tə­yir is­ti­fa­də edir, kim is­tə­yir is­ti­fa­də et­mir. İs­ti­fa­də edən­də əm­lak və­siy­yət­na­mə üz­rə, is­ti­fa­də olun­ma­yan­da ümu­mi qay­da­lar­la bö­lü­nür”.

Mu­sa­ye­va qeyd edib ki, hər han­sı şəxs öz əm­la­kı­nı və ya onun bir his­sə­si­ni həm doğ­ma­la­rı sı­ra­sın­dan, həm də kə­nar adam­lar sı­ra­sın­dan bir və ya bir ne­çə şəx­sə qo­ya bi­lər, yə­ni və­siy­yət edə bi­lər: “Və­siy­yət­na­mə­nin ol­du­ğu təq­dir­də hə­min şəx­sin ölü­mün­dən son­ra mi­ras küt­lə­si­nə da­xil olan əş­ya­lar ba­rə­də əm­lak mə­sə­lə­lə­ri mər­hu­mun və­siy­yət­na­mə­də qeyd et­di­yi qay­da­ya uy­ğun həll edi­lir. Və­siy­yət­na­mə ol­ma­dıq­da mər­hu­mun öl­dü­yü gü­nə­dək ona məx­sus olan əm­lak ölə­nin uşaq­la­rı, ar­va­dı (əri), va­li­deyn­lə­ri və s. bi­rin­ci növ­bə­li və­rə­sə­lə­ri ara­sın­da bə­ra­bər şə­kil­də bö­lü­nür. Ümu­mi­lik­də, mi­ras qo­yan şəx­sin ölü­mün­dən son­ra mi­ras küt­lə­si­nin həc­mi­nin mü­əy­yən edil­mə­si, və­rə­sə­lə­rin əm­lak hü­quq­la­rı­nın ta­nın­ma­sı və­rə­sə­lik işi­nin konk­ret xü­su­siy­yət­lə­rin­dən, və­rə­sə­lə­rin sub­yekt dai­rə­sin­dən ası­lı­dır. Və­rə­sə­lə­rin mi­ras əm­la­ka da­ir hü­quq­la­rı il­kin ola­raq mü­va­fiq no­ta­ri­at kon­to­ru tə­rə­fin­dən ve­ri­lən şə­ha­dət­na­mə ilə mü­əy­yən­ləş­di­ri­lir”.

Psi­xo­loq Xə­ya­lə Ab­ba­sın bil­dir­di­yi­nə gö­rə, va­li­deyn­lə­rin və­siy­yət­na­mə yaz­ma­ma­sı on­la­rın or­ta ya­şa çat­dıq­da hə­lə bir ne­çə il­lər də ya­şa­ya­ca­ğı­nı dü­şün­mə­si ilə bağ­lı­dır: “Çox vaxt in­san­lar qə­fil ölə bi­lə­cə­yi­ni heç dü­şün­mür­lər. 70-80 ya­şa qə­dər ya­şa­ya­ca­ğı­nı yə­qin edir­lər. Hə­yat şi­rin­dir və ölə­cə­yi­ni göz önü­nə gə­ti­rən va­li­deyn be­lə az­dır. Yaş­lı ol­du­ğu vaxt da sa­hib ol­duq­la­rı­nı öv­lad­la­rı ara­sın­da böl­mək is­tə­mə­yən va­li­deyn­lər var. Dü­şü­nür­lər ki, mən va­rı­mı pay­la­sam, da­ha öv­lad­la­rı­ma la­zım ol­ma­ya­ca­ğam. Va­li­deyn­lər çox yaş­lı ol­du­ğu təq­dir­də də və­siy­yət­na­mə yaz­mır və əm­la­kı­nı özü­nü sı­ğor­ta­la­maq məq­sə­di­lə böl­mür. Be­lə bir ai­lə ilə söh­bət et­miş­dim. Qa­yı­na­na evə gə­lin gə­ti­rir və bi­zə da­nı­şır ki, xey­li qı­zı­lım var, am­ma gə­li­nə ha­mı­sı­nı bir­dən-bi­rə ver­mə­yə­cə­yəm. Qı­zıl­la­rı­mı açıb gös­tə­rə­cə­yəm, la­kin za­man keç­dik­cə bir-bir ve­rə­cə­yəm ki, mə­nə bax­sın­lar. Va­li­deyn­lər əs­lin­də bu­nun­la öz­lə­ri­ni sı­ğor­ta­la­maq is­tə­yir­lər. Ək­sər hal­lar­da va­li­deyn­lər özü­nü sı­ğor­ta­la­maq üçün şüu­ral­tı ola­raq sa­hib ol­duq­la­rı­nı tam öv­lad­la­rı­na ver­mə­yə qor­xur”.

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, va­li­deyn­lər çox vaxt han­sı öv­la­dı­nın ya­nın­da qa­lır­lar­sa, sa­hib ol­du­ğu­nun ya ha­mı­sı­nı, ya da bö­yük his­sə­si­ni ona ve­rir­lər: “Adə­tə gö­rə ata evi ki­çik oğu­la qa­lır. La­kin bu, bə­zi ai­lə­lər­də mü­ba­hi­sə­lə­rə, mü­na­si­bət­lə­rin po­zul­ma­sı­na gə­ti­rib çı­xa­rır. Öv­lad­lar əm­la­kın hər kə­sin ara­sın­da bə­ra­bər bö­lün­mə­si­ni is­tə­yir. Elə öv­lad­lar da var ki, ata-ana­sı­na da­ha çox bax­dı­ğı üçün bu­nu əsas gö­tü­rə­rək hər şe­yi, ya da əm­la­kın də­yə­ri­nin bö­yük his­sə­si­ni tə­ləb edir. Dü­şü­nü­rəm ki, kim va­li­dey­nə ba­xıb, qul­luq edib­sə, ona da­ha çox pay düş­mə­li­dir. Çün­ki əziy­yə­ti də o, çə­kir”.

Psi­xo­loq qeyd edib ki, ək­sər va­li­deyn­lər 60 ya­şı­na ya­xın əm­la­kı­nı, sa­hib ol­duq­la­rı­nı öv­lad­la­rı ara­sın­da bö­lür ki, o, rəh­mə­tə ge­dən­dən son­ra öv­lad­la­rı bir-bi­ri ilə düş­mən ol­ma­sın: “Bu­nu hər va­li­deyn elə­mir. Dü­şün­cə­li in­san­lar edir. Şüu­ral­tı ola­raq qor­xu­su olan va­li­deyn əm­la­kı­nı böl­mək­dən im­ti­na edir ki, öv­lad­la­rın­dan kim­sə ona axı­ra ki­mi bax­sın”.

X.Ab­ba­sın de­di­yi­nə gö­rə, va­li­deyn on­suz da uşaq­la­rı­nı bö­yü­dər­kən çox əziy­yət çə­kib: “Ona gö­rə, öv­la­dı­na əm­la­kı­nı ver­mə­yə də bi­lər. Ola bil­sin, əm­lak ona öz va­li­deyn­lə­rin­dən qal­ma­yıb və var-döv­lə­ti­ni əziy­yət­lə qa­za­nıb, ver­mək is­tə­mir. Am­ma ver­mək fik­ri var­sa, bu­nu za­ma­nın­da et­mə­si da­ha məq­sə­də­uy­ğun­dur ki, va­li­deyn öl­dük­də öv­lad­lar ara­sın­da əm­lak üs­tün­də da­va düş­mə­sin”.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir