GEYIM

70-ci illərin üslubunda şalvarlar yenidən dəbdə

Baxış sayı: 526

“Vogue” jurnalının redaktorları 1970-ci illərdə məşhur olan və bu yaz yenidən podiumlara qayıdan şalvar modellərinin siyahısını təqdim ediblər.

Mövsümün favoritləri arasında sakit və neytral tonlarda, axıcı parçalardan tikilmiş kloş (aşağıdan genişlənən) şalvarlar yer alır. Məhz bu cür modelləri məşhur Ralph Lauren və Celine brendlərinin kolleksiyalarında görmək mümkündür.

küçə stilində ağ şalvar

Bununla yanaşı, boho-şık üslubunda cins şalvarlar da yenidən böyük populyarlıq qazanıb. Bu üslub “Sevgi yayı” (hippi mədəniyyətinin çiçəkləndiyi dövr) ilə sıx bağlıdır. Vaxtilə bu tip modelləri əfsanəvi Elvis Preslinin həyat yoldaşı Priscilla Presley də geyinirdi. “Vogue”un trend siyahısına həmçinin yüksək bel klassik şalvarlar və şaquli zolaqlı, aşağıdan genişlənən modellər də daxildir.

cins şalvar

şalvar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir