Şou-biznesdə dəfələrlə boşanma halları ilə rastlaşmışıq. Onların bəzisi sakit baş verib, bəzisi hələ də mediadan gizlədilir, bəzisi isə aylarla davam edən qalmaqala səbəb olub.
“Gencaile.az” “axşam.az”-a istinadən şou-biznesin ən səs-küylü boşanmalarını təqdim edir:
Qalmaqallı boşanma deyəndə ağla ilk olaraq müğənni Kərim Abbasovla prodüser Təranə Səmədova gəlir. Evlənməkləri hər kəsi təəccübləndiyi qədər boşanmaları da səs-küy yaratmışdı. Boşandıqdan sonra da onlar arasında qalmaqal uzun müddət davam edib. Hətta tərəflər bir-birini məhkəməyə də vermişdi. Kərimlə Təranə hələ də küsülüdür.
Şou-biznesin səs-küylü boşanmalarından biri də əməkdar artist Lalə Məmmədovada olub. Şəxsi həyatı ilə bağlı çox danışmağı sevməyən müğənni iki övladının atası İlham Qafarovla 2013-cü ildə ayrılıb. Cütlüyün boşanması uzun müddət gündəmdən düşməyib. L.Məmmədova xəyanətə görə ayrıldığını açıqlayıb.
Aparıcı Ülvira Qarayeva meyxanaçı əri Tərlan Dağlı ilə qalmaqallı şəkildə ayrılmışdı. Tərlan boşanmaq istəməsə də, Ülvira ayrılma fikrindən dönməyib.
Əməkdar artist Tünzalə Ağayevanın da həyat yoldaşı Rəhmanla ayrılması səs-küy yaratmışdı. Rəhman eyni zamanda müğənninin prodüseri idi.
Müğənnilər Təranə Qumral və Musa Musayevin bir vaxtlar ayrılma xəbəri yayılmışdı. Musa həyat yoldaşının ona xəyanət etdiyini demiş, cütlük arasında qalmaqal yaşanmışdı. Sonra barışsalar da, T.Qumral rəsmən boşandıqlarını deyib. Təranə buna səbəb kimi Musanın çoxlu borcunun olduğunu göstərmişdi. Dediyinə görə o, var-dövləti öz adına keçirib, borcluların onu Musanın əlindən almasının qarşısını belə alıb.
Müğənni İlahə İbadovanın özü kimi sənətçi olan əri Mirsaleh Əliyevlə boşanması uzun müddət gündəmdən düşməyib. İlahə ərinin onu döydüyünü deyərək polisə belə şikayət etmişdi. Mirsaleh isə arvadının onu idmançılara döydürmək istədiyi açıqlamasını vermişdi.
“Eirovision” iştirakçıalrından olan Dilarə Kazımovanın da türkiyəli əri Mərtdən ayrılması səs-küysüz ötüşməyib. Yayılan xəbərlərə görə, Mərt bir gün arvadından xəbərsiz paltarlarını yığıb evdən gedib. Sənətçi uzun müddət həyat yoldaşının harada olduğunu bilməyib.
Son günlər isə müğənni Rəvan Qarayevin arvadı Günayla boşanma xəbəri gündəmə gəlib. Günay ərini gecə evə gəlməməkdə günahlandırıb və ayrılmalarının səbəbkarı kimi qayınanasını, qayınatasını göstərib. Rəvanın atası Elşad Qarayev isə gəlininin pul dəlisi olduğunu, ona görə ərindən ayrıldığını söyləyib.
Müğənni Zamiq Hüseynov da qalmaqallı şəkildə ayrılmışdı. Sənətçinin həyat yoldaşı Nigar əri ilə bağlı gözlənilməz açıqlama vermişdi.
Şou biznesdə toy PR-addım kimi atılır
MEDEALTİ VEZİN MUALİCESİ