test

Sevgilinlə xarakterin uyğundurmu? – TEST

Baxış sayı: 1. 586

Kişilərin çoxunun çətin yola gedən və sirli qadınlardan xoşu gəlir. Bəs, siz necə qadınsınız? Sevgilinlə xarakterləriniz uyğundurmu? Testi yoxla və öyrən!

Sevgilin artıq 3-cü dəfədir ki, görüşə gecikir və səbəb kimi tıxac olduğunu söyləyir. Onun üzrünə nə cavab verərsən?

a) Problem deyil

b) Gecikməyi vərdiş halına gətirmisən. Bundan heç xoşum gəlmir

c) Üzr istəməyin heç nəyi dəyişdirmir. Bir daha geciksən, səndən ayrılacağam!

Sevgilinlə ayrı-ayrılıqda mərasimə getmisiniz və orda görüşməyi planlaşdırmısınız. Onu orada xoşuna gəlməyən bir qadınla söhbət edən görürsən. Necə reaksiya verərsən?

a) Salonun o biri tərəfinə gedərəm

b) Əlini belinə qoyub özünüzü tanıdırsan

c) Ayağını yerə vurub ikisindən də hesab soruşarsan

Doğum gününüzdə sevgilindən hansı hədiyyəni almaq istəyərsən?

a) Mənə bir dəstə gül kifayət edir

b) Sizin üçün gözəl ad günü tədbiri təşkil edib, bahalı sırğa hədiyyə etməyini

c) Gözəl bir axşam yeməyinə çıxmaq və birlikdə sevdiyiniz müğənninin konsertinə getmək

Dünənki görüş haqqında fikirlərinizi soruşsa, nə cavab verərsiniz?

a) Hər şey gözəl idi

b) Məncə, çox pis restoran idi

c) Mənim heç xoşuma gəlmədi, bəlkə də mənim sevdiyim yemək yaxşı deyildi

Yeni sevgilinizlə aranızda heç bir problem yoxdur. Lakin öpüşlərini bəyənmirsiniz.

a) Bəyənməsəniz də, bunu ona bildirmərsiniz

b) Bir az ehtiyatlı olmağını xahiş edərəm

c) Sizi öpdüyü zaman saxlayıb nəyi bəyənmədiyinizi bildirərsiniz

Nəticələr:

A variantı çoxluq təşkil edirsə: Heç bəyənmədiyiniz halda sevmədyiniz restorana getməyi qəbul etmisinizsə, onun başqa qızla flirt etməyinə də etiraz etmərsiniz. Sevgilinizlə münasibətləriniz o qədər qəribə olur ki, sanki kölə rolunu oynayırsınız. Onunla həmişə eyni fikirdə olmağın münasibətlərinizin xeyrinə olduğunu düşünüsünüzsə, yanılırsınız. Kişilərin çətin və sirli qızların arxasınca qaçdığını unutmayın. Onlar qarşı tərəfin sevgisini qazanmaq üçün mübarizə aparmaq istəyirlər. Lakin bunun həddini də aşmaq lazım deyil. Unutmayın çox naz da aşiqi usandırır.

B variantı çoxluq təşkil edirsə: Ona bəzən güzəştə gedirsiniz. Sevgiliniz sizin anlayışınıza heyrandır. Lakin unutmayın ki, kişiləri çox rahat buraxmaq olmaz.

C variantı çoxluq təşkil edirsə: Sevgiliniz sizi razı sala bilmək üçün dəridən-qabıqdan çıxır. Eqolarınız çox yüksəkdir və sizə heç nəyi bəyəndirmək olmur. Lakin hər düşündüyünüzü dürüst şəkildə ifadə etdiyinizə görə, sevdiyiniz şəxs bunu yüksək qiymətləndirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir