bosanma

Hansı davranışlar kişilərin qadınlardan soyumasına səbəb olur?

Baxış sayı: 1. 562

Xoşbəxt başlayan münasibətiniz zamanla dəyişib? Əvvəllər yanınızda olmaq üçün saatlarla yol qət edən insan indi sizinlə maraqlanmırmı? Bəlkə də bu vəziyyətin səbəbi partnyorunuzu uzaqlaşdıran davranışlar göstərməyinizdir. Münasibətə zərər verən davranışları araşdırdıq və sizlərə təqdim edirik.

 

Sosial mediada yersiz paylaşımlar etməyin  

Facebook, insatgram, twitter’da sətiraltı mənası olan paylaşımlar etməyiniz qarşı tərəfi sizdən uzaqlaşdıra bilər.  Mesajlarınızın həmsöhbəti  də daxil olmaqla, hamı sizin kimi nəzərdə tutduğunuzu başadüşür. Sizə təsir edən, kefinizi pozan bir mövzu varsa, bunu birbaşa həmin insanla bölüşün. Münsibətinizdəki xırdalıqları hamıya bildirməkdən çəkinin.

 

Partnyorunuzu yoxlamaqdan əl çəkin  

Partnyorunuza məxsus olan hər hansı bir şeyi onun xəbəri olmadan yoxlamayın.

– Münasibətə ən çox zərər verən şey inamsızlıqdır.

-Sevgilinizin e-mailini gizli-gizli oxumayın.

– Mobil telefonunu yoxlamayın.

-instagramda hansı şəkilləri bəyəndiyini izləməməyə çalışın.

 

Gərəksiz qısqanclıq ilə münasibətinizi zədələməyin  

İnamsızlıq hisslərinizi ələ alın. Sevgilinizi qısqanırsınızsa, ona qısqandığınızı deyin və səbələrini izah etməyə çalışın. Münasibətdə sağlam ünsiyyətin nə qədər vacib olduğunu zamanla görəcəksiniz.   Mübahisə etdiyiniz zaman ağır sözlərdən istifadə etməyin   Mübahisə etdiyiniz anlarda sevgilinizin qüruruna toxunacaq sözlər sərf etməyin. Bu tip sözlər aranızdakı səmimiyyətə və sevgiyə böyük zərər verə bilər. Bir-birinizin həssas olduğu mövzuları bilirsiniz, amma bunu heç vaxt bir-birinizi incitmək üçün istifadə etməməyə çalışın.

 

Keçmişdəki mübahisələri keçmişdə saxlayın  

İkinizin də əsəbi olduğu bir vaxtda partnyorunuzun 3 ay əvvəl dediyi bir sözü indi gündəmə gətirmək hal hazırda yaşadığınız problemi həll etməyə kömək olacaqmı? Əlbəttə ki, yox. Partnyorunuzun keçmişdə etdiyi, sizi əsəbləşdirən davranışlarını yaddaşınıza yazıb, sonradan ona qarşı silah kimi istifadə etmək sağlam düşüncə tərzi olmamaqla yanaşı, həm də münasibətinizə böyük zərər verəcək.

 

Hədələyərək yanınızda saxlamağa çalışmayın  

Bir insanın partnyoruna qarşı emosional terrorizm tətbiq etməsi də qeyri-normal bir davranışdır.  Partnyorunuzu ayrılmaq, boşanmaq, intihar etmək, adam öldürmək kimi hədələrlə əsir etməyin.  Əgər bu hal sizə yaşadılırsa da, dözmək məcburiyyətində deyilsiniz.

 

Həyatınızı bir insana bağlamayın  

Birini həyatınızda ehtiyacınız olan hər şey kimi görmək çox gözəl, çox romantik görünür, amma həqiqət belə olanda nəticə fəlakət ola bilər.  Çünki bütün xoşbəxtliyinizi yer üzündəki ən kövrək və dəyişkən  bir varlığa bağlamış olacaqsınız, yəni başqa bir insana… Kimisə bütün xoşbəxtliyinizin mənbəyi olaraq görmək real və ədalətli olmamaqla yanaşı, təhlükəli bir haldır. Bir insanın çiyinlərinə bundan daha böyük bir yük qoya bilməzsiniz.

Partnyorunuzun da sizin də münasibətinizdən kənar həyatı olsun. Ortaq məşğuliyyətlərinizin olması münasibətiniz üçün çox vacib olsa da, hər şeyi birlikdə etmək, eyni şeyləri sevmək məcburiyyətində deyilsiniz. Olduğunuz kimi qalmağa davam edin. Onsuzda partnyorunuzun aşiq olduğu halınız elə o halınızdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir