usaq

Yeni doğulmuş körpə harada yatmalıdır?

Baxış sayı: 1. 370

Körpələrin valideynlərinin otağından doğru zamanda ayrılması rahat və nizamlı bir yuxu sisteminə sahib olması üçün vacib faktorlardan biridir.

Rahat bir yuxu üçün;  

-Körpələr ana qucağında deyil, beşikdə yatmalıdır

Körpə xəstəxanadan evə gəldiyi andan ehtibarən ana ilə eyni otaqda olsa da, öz beşiyində yuxuya getməlidir. Yeni doğulmuş körpə qətiyyən ana qucağında yatmamalıdır. Körpə beşiyində arxası üstə yatmalıdır. Başı sağa ya da sola çevrilmiş olur. Bunu özü edir, siz müdaxilə etməməlisiniz.

  -Ətrinizin qaldığı çarşafı körpənizin yatağına qoyun

Sizin yatmış olduğunuz, ətrinizin qaldığı çarşafı körpənizin yatağına sərin. Bu şəkildə yatağa daha tez alışacaq və sizin yanınızda yatmaq vərdişini tərk edəcək.

  -Otağı 6 ay sonra ayıra bilərsiniz

İlk 6 ay saf ana südü ilə qidalanmalı olan körpənin anasına yaxın yerdə yatması lazımdır. 6 ay sonra əlavə qida almağa başladığı zaman öz otağında yata bilər. Bu mərhələdə isə siz onun otağına qonaq olmalısınız. Yəni, sizi görə biləcəyi bir yerdə onunla birlikdə yatmalı və yuxuya gedənə qədər yanında qalmalısınız. Bir müddət sonra otağına alışacaq və bu şəkildə sistemi qurmuş olacaqsınız.

  -Az işıqlı, səssiz mühit və sakit musiqi…

Səssiz və çox işıqlı olmayan, ehtibarlı, günəş görən, nəm olmayan, hər gün havalandıra biləcəyiniz bir otaq seçməlisiniz. Otaq temperaturunun 21-25 dərəcə olması kifayətdir. Körpəniz yuxuya getməzdən əvvəl işıqları azaldıb, sakit bir musiqi dinlətməyə çalışmaq körpənizə yuxu saatının gəldiyini hiss etdirəcək.

-Yuxuya getməzdən əvvəl əmziyini çıxarın

Körpənizi yatağına əmziyi ilə qoymayın. Əmzik bir müddət sonra asılılıq yaradır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir