OYUNCAQ

Uşaqlar üçün həyati təhlükə daşıyan oyuncaqlar – ARAŞDIRMA

Baxış sayı: 1. 754
Oyuncaqlar uşaqların beyin inkişafında vacib rol oynayır. Bəzi oyuncaqlar onları əyləndirir, bəziləri öyrədir. Bir qismi isə onlar üçün həyati təhlükə deməkdir. “Gencaile.az” Amerika mütəxəssislərinin azyaşlılar üçün təhlükəli hesab etdiyi oyuncaqların adlarını təqdim edir:
 
Pərli oyuncaqlar – bunlar gənclər üçündür. Uşaqların barmaqları həmin oyuncağın dönən hissəsində qala biləcəyi üçün təhlükəli hesab edilir. Bu növ oyuncaq alınarsa belə yumşaq plastik olanları seçilməlidir.
 
Oyuncaq tibb alətləri – bəzən içində çox kiçik oyuncaqlar olduğu üçün uşaqlar üçün təhlükəli ola bilər. Çünki bu parçalar azyaşlıların nəfəs borusuna düşə bilər.
Uşaqların dənizdə üzə bilməsi üçün qolcuqlar –  bunlara tam güvənmək olmaz. Qoldan rahatlıqla çıxa biləcəyi üçün uşağın boğulma təhlükəsi yaranır.
Düz yumru batareyalar – bəzən bu, uşaqlar tərəfindən şirniyyata bənzədilir. Azyaşlı ağzına qoyub uda bilər. Bu isə yanıqlara və ya ciddi zəhərlənməyə səbəb olar.
Oyuncaq tapancalar – bəzilərinin içində yumru güllələr olur və həqiqətən bundan istifadə zamanı zədələnmələr baş verə bilər. Valideynlərə gülləsiz tapanca almaları tövsiyə edilir.
Maqnit topları – üzərində adətən 3 yaşından böyüklər üçün yazılsa da əslində 14 yaşdan tez olmaz. Çünki maqnit topları balaca olduğundan uşaq rahatlıqla uda bilər.
Stress çarxı – son zamanlar sürətlə yayılan stress çarxları uşaqlar üçün böyük təhlükədir. Fiziki zədələr yarada bilər. Həmçinin uşaqda psixoloji olaraq diqqətsizlik yarada bilər. Amerikanın bir çox məktəblərində bu oyuncaq qadağan edilib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir