epilepsiya

Uzunmüddətli epilepsiya tutmasının qarşısını necə alınmalı?

Baxış sayı: 1. 416

Epileptik status uzunmüddətli epilepsiya tutmasının baş verməsidir. Bu bəzən 30 dəqiqədən artıq bir müddətdə baş verən tutmalardır. Epileptik status zamanı şüur tam bərpa olunmamış bir-birinin ardınca baş verən tutmalar kimi də qeyd edilir. Epileptik status epilepsiyanın gedişini ağırlaşması və mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranan epileptik tutmalara ayrılır. Mərkəzi sinir sistemi səbəbli baş verən epilepsiya tutmaları hematoma və ekzogen intoksikasiyalar zamanı baş verir. Üzvi zədələnmələr zamanı isə epileptik status xəstəliyin başlanğıcından yarana bilir. 

 

Bəs müalicəsi necə edilir?

Epileptik status zamanı tərkibində 10 mq preparat olan 2 ml diazepam məhlulu 20ml qlükoza məhlulunda yavaş-yavaş venaya yeridilir. Bunu hər 15 dəqiqədən bir bir-neçə dəfə təkrar eləmək olar.Amma ümumi doza 40 mq-dan artıq olmamalıdır.Müalicəvi effekt əldə edilmədikdə vena daxilinə 1 ml 20%-li natrium oksibiturat vena daxilinə yeridilir. Tutmalar davam etdikcə və onların baş vermə tezliyi artdıqca barbitur narkozdan istifadə edilir.Bu zaman 100-250 mq dozada tiopental natriumun 20 saniyə ərzində vena daxilinə yeridilməsi məsləhət görülür. Effekt alınmadıqda 50 mq dozada hər 3 dəqiqədən bir vena daxilinə yeridilməsi məsləhət görülür.Barbitur narkozunun müddəti adətən 12-24 saat olur.

 

Epileptik status aradan qaldırıldıqdan və şüur bərpa olduqdan sonra antikonvulsantlar oral şəkildə qəbul edilir.

 

Epileptik statusun profilaktikası necə aparılır?

Profilaktika məqsədilə xəstələrə asmatik statusun baş verməməsi üçün bitki-süd pəhrizi saxlamaq,uzun müddət açıq havada gəzmək, yüngül fiziki hərəkətlər etmək, əmək və istirahət rejiminə əməl etmək məsləhət görülür. Həkimlər asmatik statusun olmaması üşün epilepsiyalı xəstələrə aşağıdakılardan uzaq durmağı tövsiyə edir:

– spirtli içkilərdən

– siqaretdən

– tünd kofe və tünd çaydan

– çox yeməkdən

– soyuqlamadan

– qızdırmadan

– çox hündürlüqyə çıxmaqdan

– ətraf mühitin xoşagəlməz təsirlərindən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir