Qoç bürcü atası – Alovlu, yerində dura bilməyən, irəliləyən yaşına baxmayaraq gənc görünən, gənc kimi hərəkət edən birini görmüsünüzsə, o, tipik Qoç atasıdır. Qoçlar hökm etməyi sevdikləri üçün irəliləyən yaşlarında uşaqlarının həyatına çox müdaxilə etsələr də, istiqanlı və əyləncəli atalardır. Uşaqlarıyla dost kimi olmağı və əylənməyi sevirlər. Uşağınız üçün istəyə biləcəyiniz istiqanlı və qürurlu ata qoçdur.
Buğa bürcü atası – Buğa bürcü kişiləri böyük ehtimalla oğul sahibi olmaq istəyəcəklər. Amma qız uşaqlarını da qoruyaraq sevəcəklər. Onlar səbrli atalardır. Uşaqları üçün rahat bir gələcək hazırlamaq istəyəcəklər. Təkcə maddi fədakarlıqla yox, vaxtını, sevgisini və diqqətini də uşaqlarına həsr edəcəklər. Təbii olan hər şeyi sevirlər. Sakit təbiətinə görə balıq tutmaq, göl kənarında bir evdə yaşamak, güllər və digər bitkilər becərmək, uzun gəzintilərə çıxmaq xoşuna gələ bilər. Bunu övladları ilə etməkdən zövq alırlar.
Əkizlər bürcü atası – Hər an dəyişib fərqli bir insana çevrilə bilər. Uşaqları ilə arası yaxşıdır. Dost və sirdaş olmağı bilən bir atadır. Özü monoton həyatı sevmədiyi üçün uşaqları ilə münasibətləri də əyləncəli və şəndir. Bir gün tənqid etdiyi bir şeyi səhər bəyənə bilər. Bəlkə bu təzadlar uşaqların başını qarışdıra bilər, amma cəza verməyi sevməyən, əyləncə və macəranı sevən bu ata uşaqların xoşuna gələcək. Təbii ki, dəyişkən xarakteri sayəsində verdiyi sözləri bəzən xatırlamayacaq.
Xərçəng bürcü atası – Səssiz və sakit, incə, evcil və həssas bir insandır. Görünüşdə sərt olduğu vaxtlarda belə xarakterindən əl çəkməz. Ürəyi yumşaqdır. Səbrli olduqları üçün mükəmməl bir ata olurlar. Uşaqlarının bütün problemləri ilə yaxından maraqlanırlar. Onun övladlarının böyüdüyünü başa düşə bilməsi bir az çətindir, amma mümkünsüz deyil. Mükəmməl ata olan Xərçənglər uşaqlarına qarşı çox həssas olacaqlar və onlarla uşaqlıqlarını bölüşəcəklər.
Şir bürcü atası – Kübar və səbrli görünüşünün altında hər an alovlanmağa hazır bir özünü bəyənmişlik vardır. Şəfqətlə qoruyan, həssas bir şəkildə sevən, axtardığı hörməti gördükdə qarşılığını verəcək qədər mərddir. Şirlər geniş ailələri sevmirlər, ya heç uşaqları yoxdur, ya da tək uşaqları var. Ancaq olduqca istiqanlı, güzəştə gedən, mükəmməl atalardırlar. Tərbiyə barəsində uzun konfranslar verə və uşağı yola gətirmək üçün israr edə bilər.
Qız bürcü atası – Maddi, mənəvi bütün problemlərin öhdəsindən gələ biləcək bir dözümlülüyə sahibdirlər. Dostlarına və həyat yoldaşlarına sadiqdirlər və ailə bağlarını qoparmağı sevmirlər. Adətən, hisslərinə hakim insanlardırlar. Qız bürcləri ata olmaq üçün dəli-divanə olmaz. Kiçik bir ailələrinin olmasını istəyərlər. Uşaqları olduqda onlara çox düşkün olurlar. Məsuliyyətdən qaçmırlar. Böyük ehtimalla övladlarının çox kiçik yaşdan etibarən kitabxanası olacaqdır.
Tərəzi bürcü atası – Hər şeyi öz məntiqinə uyğunlaşdırmaqda ustadır. Olduqca qərarsızdırlar. Qərar verdikləri bir şeydə də şübhələndikdə qərarlarını birdən-birə dəyişdirə bilərlər. Başqalarının hisslərini incitməyi sevmirlər, amma davakarlıqları tutduqda bir çox qəlb qıra bilərlər. Sakit və ədalətli atadırlar. Tərəzi kişiləri dörd gözlə uşağının olmasını gözləməz. Amma uşaqları olduqdan sonra onlara çox düşkün bir ata olacaqdır. Yenə də bu sevgi heç vaxt həyat yoldaşına qarşı hiss etdiyi sevginin yerini tutmayacaq. Əqrəb bürcü atası
Əqrəb bürcü atası – Əqrəblər məğlub olmağın nə olduğunu bilməzlər. Məntiq və hisslərini bərabər səviyyədə istifadə edirlər. Onlar zəkalı olmaqdan əlavə, həm də filosofdurlar. Məsum görünüşlərinin altında Əqrəb qəzəbi və zəhərli iynəsi var. Sərt bir atadır, tənbəlliyi sevməz. Uşaqlar sahib olduqlarının dəyərini bilmək məcburiyyətindədirlər. Sərt olması uşaqları tərəfindən sevilməsə də, uşaqlarını düşündükləri üçün belə hərəkət edirlər. Övladları öz ayaqları üstündə durmağı öyrənəcək. Oxatan bürcü atası İdealist, döyüşçü insandır. Xəyal qurmağı sevir. Heç kəs inanmasa da, həyata keçirmək istədiyi xəyalları var. Azca bir ümidi olduqda isə xəyallarını gerçəkləşdirmək üçün hərəkətə keçəcək. İnsanların xarici görünüşündən əlavə onlarda olan səmimi ruhu axtarırlar. Daha çox bir dost kimi olacaqdır. Uşaqlarının sirləri ilə maraqlanacaq. Uşaqlar səhv hərəkət etdikdə əsəbləşmək yerinə, onları əyləndirəcək.
Oğlaq bürcü atası – Həqiqi hisslərini gizlətmək üçün müxtəlif hərəkətlər edirlər. Ciddi görkəmlərinin altında macəra və həyəcan həvəsləri var. Özünə qarşı tərif deyilməsi xoşuna gəlir. Yaşlandıqca gəncləşirlər, gəncliklərindəki kimi ciddi qalmırlar. Digər bürclərlə müqayisə etdikdə Oğlaq kişisi ən sadiq kişidir. Ailə onun üçün çox vacibdir. O, əsl atadır. Hörmət və itaət gözləyəcək, əvəzində dürüst olacaq. Onlar uşaqlarını ərköyünləşdirmirlər, lazım gəldikdə cəzalandırmağı bilirlər.
Dolça bürcü atası – İnsanlara qarşı ümumi bir sevgisi var. Bəsit deyillər. Öz hisslərini göstərmək istəməsə də, başqalarının hisslərini anlamağa çalışırlar. Özlərindən gizlədilən şeyləri öyrənmədikcə yata bilmirlər. Nə qədər sakit görünsələr də, bu görünüşün altında nə edəcəyi məlum olmayan biri var. Uşaqlarının problemləri nə qədər yaşlarına uyğun olsa da, mütləq maraqlanacaq. Uşaqları riyaziyyatda çətinlik çəkməyəcək.
Balıq bürcü atası – Həssas, etibarlı və xəyalpərəstdirlər. Xəyalpərəstlikdən xilas olub kəskin məntiqlərini istifadə etdikdə uğur onlar üçün qaçınılmazdır. Sənəti sevirlər. Anlayışlıdırlar. İnsanlar sirlərini onlarla rahatlıqla bölüşür. Sakit və bölüşməyi sevən xarakteri uşaqları üçün onu əvvəlcə yaxşı bir dost edəcək. Anaları cəzalandırmağa hazırlaşarkən o, uşaqlarının dərdini dinləyib həll yolu tapmağa çalışacaq.