K Lagerfeld

Dünya şöhrətli dizaynerdən stil barədə 7 tövsiyə

Baxış sayı: 1. 669

“Chanel” və “Fendi” moda evlərinin kreativ direktoru Karl Lagerfeld dəb sənayesinin ən önəmli fiqurlarından biridir. Özünü fotoqraf, rejissor kimi sınayan, “7L” kitab mağazasının rəhbəri olan alman əsilli dizaynerin şəxsiyyəti qədər geyim üslubu da maraqlıdır. Qara günəş eynəkləri, əlcək, qara Edi Sliman kostyumları 84 yaşlı dizaynerin ağ saçları ilə ahəng yaradır. Müasir dövrdə elə bir dəbli qadın tapılmaz ki, ondan stil və dəb barədə məsləhətlər almaq istəməsin.

“Gencaile.az” Lagerfeldin tövsiyələrini təqdim edir:

 

Milyonlarla pul xərcləməli deyilsiz

Bahalı geyim həvəskarlarına təəccüblü görünə bilər, amma Lagerfeld müsahibələrinin birində belə deyib: “Bu gün ucuz paltarlarla da şıq görünmək olar. İndi hər büdcəyə uyğun yaxşı dizaynlı paltarlar var”. Bir sözlə, stil puldan çox zövqə bağlıdır.

 

Özünü ifadə et

Lagerfeldə görə, geyim təkcə özünü ifadənin yox, eləcə də dünya görüşünün, ideyanın, mövqeyin də göstəricisidir: “Dəb reallığı dəyərləndirmək üçün geyimlərdə özünü yaradan dildir”.

 

Qara paltar heç vaxt “yetərincə” deyil

“Chanel” dizaynerindən bundan başqa nə gözləmək olardı? Əlbəttə ki, Lagerfeld qara rəngin vurğunudur. Nadir hallarda onu rəngli geyimdə görmək olar. Dizayner kimi qarderobunuzdan qara rəngi əskik etməsəniz, qısa vaxtda şıq və eleqant görünüşə sahib olacaqsınız.

 

Başqalarının fikrinə ehtiyacınız yoxdur

Onun həyat qaydalarından biri məhz budur: başqalarının fikrinə önəm vermir. Trend olub-olmamasından asılı olmayaraq, hansı geyimdə özünüzü rahat hiss edirsinizsə, onu da geyinin.

 

Seçiminizdən əmin olun

Qadınlar alış-veriş zamanı lazım olmayan əşyalara pul xərcləyə bilirlər. Bahalı bir çanta, yaxud t-shirt – fərq etməz, ən əsası seçiminizdən əmin olun: “Şoppinq xətrinə alış-veriş etməyin, yalnız sizi həyəcanlandıran əşyanı alın”.

 

“Bütövlük” şərtdir

Yaxşı paltar geyinməklə iş bitmir. Lagerfeld inanır ki, stil “bütöv” olmalıdır: “Don’t just leave it at your clothing”. Obrazınızı saç, makiyaj, aksesuarlarla tamamlamaq lazımdır: “Kosmetikada qənaət etməyin, qüsursuz dəriyə və saçlara sahib olacağınızdan əmin olun”.

 

Özünə güvən!

Etdiyiniz hər işdə özünüzə inanın. Bəlkə elə Lagerfeldin uğurunun əsas sirri bu əminlikdədir?!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir