Ariqlama

Arıqlama dərmanları xərçəngi “oyada” bilər – ARAŞDIRMA

Baxış sayı: 1. 389

Sinqapur tibb mütəxəsisləri hətta bitki tərkibli arıqlama dərmanlarının onkoloji prosesləri oyatma riskini artırdığı qənaətinə gəliblər. 

Asiya və Amerikada aparılan və 1500 nəfər pasiyentin iştirak etdiyi tədqiqatlarda məlum olub ki, onların yarısı müxtəlif vaxtlarda piyyandırıcı və arıqlama dərmanlarından istifadə ediblər. Dərman qəbul edən hər 3 nəfərdən birində onkoloji patologiyalar başlayıb.

Məlumdur ki, arıqlama dərmanlarından əvvəlcə böyrəklər, qaraciyər, sidik sistemi əziyyət çəkir. Onkoloji pasiyentərin DNK analizində gen mutasiyalarının baş verməsinə səbəb kimi həmin preparatlarda olan 2 komponent əsas gətirilir. Maraqlısı odur ki, arıqlama preparatlarını qəbul edən adamlarda gen dəyişikliyi 10-12 il sonra başlayır. Çünki həmin maddələrin təsirindən hüceyrə dəyişikliyi gizli və heç bir simptomsuz baş verir.

Ona görə arıqlamaq üçün müxtəlif preparatlar qəbul edən insanlar azı ildə 1 dəfə müayinədən keçməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir