bey kastyumu

Bəy kostyumunu necə seçməli?

Baxış sayı: 2. 145

İstər qadının, istərsə də kişinin həyatında ən vacib günlərdən biri də onların ailə həyatı qurduqları gündür. Bu gün həm kişi, həm də qadın daha fərqli gözəl, yaraşıqlı görünmək istəyir. İstədiyimiz kimi görünmək üçün isə öz vücudumuzu yaxından tanımağımız və dəb incəliklərini bilməyimiz mütləqdir. Bilirik ki, oxucularımız arasında da subay, toy hazırlıqları görən bəylərimiz var. Elə bu məqsədlə də bu dəfə sizinlə bəy kostyumu seçərkən diqqət etməli olduğumuz əsas incəliklər haqqında danışmaq istəyirik.

Əgər əzələli bədən quruluşuna sahibsinizsə, sizə qətiyyən dar kostyum (pencək, şalvar, köynək) seçmək məsləhət görülmür. Çünki tam bədənə yapışan şalvar və köynək əzələlərinizi daha da sıxır, nəticədə isə paltar əyninizdə partlayacaqmış kimi görünür.

Görünüşcə arıq bəylərimiz isə rahatlıqla bədənə tam outran kostyumlar seçə bilərlər. Bu zaman seçəcəyiniz kostyum sizi daha şıq, daha eleqant göstərəcək.

Artıq çəkidən şikayətlənən bəylərimizə isə bəylik kostyumu seçərkən açıq rənglərdən üzaq durmaq, tünd rənglərə (xüsusilə də tünd göy və qara rənglərə) üstünlük vermək məsləhət görülür. Bundan əlavə pencək geyinən zaman onun yaxasını düymələmək tövsiyə edilir.

Bütün bunlardan əlavə kostyum alarkən köynək, şalvar seçiminə də xüsusilə həssas yanaşmağınız, onun bədən quruluşumuza uyğunluğu məsələsinə diqqət yetirməyimiz mütləqdir. Məsələn, köynək seçərkən onun nə çox dar, nə də enli olmamasına fikir verin. Özünüzü daha rahat hiss etdiyiniz köynəklərə üstünlük verin. Köynək üçün ideal ölçü isə pencəyin uzunluğundan yarım barmaq uzun olmasıdır.

Rəng seçimi zamanı yaxşı olar ki, hər zaman açıq rəngli köynəklərə üstünlük verəsiniz. Bu yolla tərlədiyiniz zaman köynəyiniz üzərində yarana biləcək ləkələrdən qurtulmuş olursunuz.

Şalvar seçimi zamanı isə əsas onun uzunluğuna diqqət yetirin. Şalvarın ətəyi geyindiyiniz ayaqqabının üzünə toxunmalıdır. Bundan əlavə şalvarın səliqəli görünməsi üçün onun tikişlərinə də xüsusi fikir verməliyik. Yanlış formada tikilən şalvar sizi daha qaba, pinti göstərəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir