Dünyada baş verən ölümlərin böyük bir qismi ağciyər xərçəngi nəticəsində baş verir. Ağciyərin sağlam olması insan sağlamlılığının davamlılığı baxımından olduqca əhəmiyyətlidir. Bəs biz ağciyərlərimizi nə dərəcədə qoruyuruq? Sizə ağciyərləri təmizləyərək, xəstəliklərin qarşısını alan qidaların siyahısını təqdim edirik.
Sarımsaq
Tənəffüs sisteminin ən önəmli orqanı olan ağciyərlərin tam gücü ilə işləməsini dəstəkləyən qidalardan biri sarımsaqdır. Antibiotik təsir göstərən sarımsaq, tərkibindəki bir çox vitaminlə ağciyər xərçənginə qarşı qoruyucudur.
Yeməklərin yanında bir diş çiy sarımsaq yeməyin ağciyərlərə təmizləyici təsir göstərdiyi elmi olaraq sübut olunub.
Zəncəfil
Çirkli hava şəraiti siqaret və müxtəlif faktorlar ağciyərlərdə toksinlərin yığılmasına səbəb olur. Ağciyərləri təmizləmə gücü olan bir digər qida isə zəncəfildir. Bir litr suya yarım baş zəncəfil tökün. Bu sudan hər gün 2 fincan qədər içilməsi ağciyərlərin təmizlənməsinə fayda göstərəcək.
Kərəviz
Kərəviz ağciyərlər üçün olduqca faydalıdır. Əgər siqaret çəkirsinizsə, kərəvizdən bol-bol istifadə etməlisiniz.
Kərəvizi salat olaraq və yeməklərdə istifadə etmək ağciyərlərinizi təmizləməyə yardımçı olacaq. Mövsümündə həftədə iki və ya üç dəfə yemək tövsiyə edilir.
Üzüm çəyirdəyi
Üzüm qədər, üzümün çəyirdəyi də sağlamlıq baxımından olduqca faydalıdır. Üzümün çəyirdəyi təbii bir antioksidantdır və xüsusilə ağciyər xərçənginə qarşı qoruyucu təsirə malikdir.
Qara üzümün çəyirdəyi sağlamlıq üçün olduqca vacibdir. Buna görə də üzümü mütləq çəyirdəyi ilə yeməyə diqqət göstərməlisiniz.