Ted Turner

Sərvətinin yarısını bağışlayan 10 iş adamı

Baxış sayı: 1. 638

Ölkələr arasındakı iqtisadi balansın pozulması, gəlir bölgüsünün paylanmasındakı ədalətsizlik günümüzdə bəzi cəmiyyətləri sıxıtıya məruz qoymaqdadır. Zəif iqtisadiyyatıngətirdiyi bəzi çətinliklərin ən başında qeyri sağlam həyat şəraiti yer almaqdadır. Zaman keçdikcə sözü keçən bu şərait isə xəstəliklərə çevrilməkdədir. İqtisadi cəhətdən varlı olan dövlətlər və onun milyarderləri bu cür vəziyyətlərə biganə qalmırlar.
Xüsusən elm və öldürücü xəstəliklərlə mübarizə aparan təşkilatlara edilən maddi yardımları tez-tez eşidirik. Bəs, heç bəzi milyarderlərin sərvətlərinin yarısını bu cür bağışladığını eşitmişdiniz ? Bu siyahıda sizə uğurlu karyeraları boyunca əldə etdiyi sərvətinin yarısını istər xəsəliklərlə mübarizəyə istər elmə istərsədə xeyriyyə təşkilatlarına bağışlayan 10 milyarderi təqdim edirik.

 

Paul Allen

milyarder

Gates və Paul Allen 1975-ci ildə Microsoftu qurmuşdur. Microsoft hazırda dünyanın ən böyük gəlirlə çalışan proqram təminatı şirkətidir. Paul hələ də şirkətdəki təxminən 138 milyon dollar dəyərində olan səhmə sahibdir. Onun 15 milyard dollarlıq bir sərvəti var.
Allen daha çox lüks xərcləri ilə tanınır. Xeyriyyəçi Allen öldükdən sonra sahib olduğu mülkiyyətin böyük bir hissəsini bağışlayacağına söz verib.

 

Michael Bloomberg

milyarder

İş adamı New York Bələdiyyəsinin sədri olaraq fəsliyyət göstərərkən çox təvazökar bir həyat yaşayırdı. Bloomberg indiki dövrdə təxminən 4 milyard dollar fırıdaqçılqla ittiham olunur. Michael eyni zamanda gəlir məqsədi güdmədən milyonlarca dollar dəyərində ianələr həyata keçirmişdir.

 

Warren Buffet

milyarder

Dünyanın ən müvəffəqiyyətli holdinglərindəm biri olan Berkshire Hathawayın başçısı və CEO-su Warren Buffett 64,7 milyard dollar sərvəti ilə dünyanın üçüncü ən varlı insanıdır. Şirkəti sayı bilinməyən böyük qurumlara sahibdir. Buffet ümumilikdə 58 milyard dollarlıq sərvətinin 99% ianə etməyə söz verib. Bu sərvətin 83% isə birbaşa olaraq Gates Vəqfinə gedəcəkdir.

 

Pierre Omidyar

milyarder

Ebayın qurucusu Pierre Omidyar olduqca sürətli bir formada varlı olmuşdu. O, özünü “ən çox həzz aldığım şey, bahalı və lüks avtomobilləri almaqdır” deyə ifadə edir.
Omidyar 357 milyon dolların üzərində olan sərvətinin yarısını bağışlayacağını söz verib. Məhşur iş adamı sərvətinin böyük hissəsinin Pledgeyə verilməsini müəyyən edən müqaviləyə heç bir tərəddüdsüz imza atmışdır.

 

George Lucas

milyarder

Disney, Lucasın şirkəti olan “Lucas Films” üçün Star Warsın yaradıcısına 4 milyard dollar ödəmişdir. George Mater Film Məktəbini inkşaf etdirmək üçün 175-180 milyon dollar ianə etmişdir. Bu hal onun olduqca xeyirxah biri olduğunu göstərir.

 

David Rockfeller

milyarder

David Rockfeller 2006-cı ildə New York Timesın hesablamalaına görə ümumilikdə 900 milyon dollar şəxsi ianə etmişdir. David həm də Museum of Modern Art-a 100 milyon dollar, Rockfeller və Harvard Universitetlərinə ayrılıqda 100 milyon dollar ianə etmişdir.

 

Mark Zuckerberg

milyarder

Neçə yaşında olursa olsun bizim ağlımızda həmişə gənc milyarder olaraq qalan Mark Zuckerberg 33.1 milyar dollar dəyərində sərvətə sahibdir. Zuckerberg Facebook səhmlərinin 500 milyon dollarlıq hissəsini Silikon Vadisi Vəqfinə və 100 milyon dollar dəyərində ianəni isə Təhsili inkşaf etdirmək üçün ianə etdi.

 

Ted Turner

milyarder

CNN və TBS medya qurucusu və milyarder Ted Turner bugünə kimi ümumilikdə 2.2 milyard dollarlıq bir sərvəti bağışlayıb. Turnerin 1 milyard dollarlıq ianəsi, hazırda sədri olaraq çalışdığı BM-in sədəqə vəqfinədir.

 

Richhard Branson

milyarder

Virgin Groupun təsisçisi gənc startupçılara dəstək olmaq üçün Peledgeni qurdu. Forbesə görə Branson təxminən 5 milayrdlıq sərvəti ilə 6-cı ən varlı İngiltərə vətandaşıdır. Macəraları sevən iş adamı Branson, sərvətinin ən az yarısını kəşf olunmamış yerlərin kəşf olunması üçün ianə edəcəyini söz verib.

 

Bill Geyts

milyarder

Bill Geyts 80 milyard dollarlıq sərvətinin yarısını xeyriyyə üçün xərcləməyə söz verib. Bugün isə ianələrin böyük bir qismini elm üçün edir. Bill Geyts uşaq iflici, malyariya və vərəm kimi bütün dünya üçün olduqca təhlükəli olan xəstəliklərlə mübarizə üçün 10 milyard dollardan çox ianələr etmişdir. Bill Geytsin həyat yoldaşı Melinda Geyts də öz növbəsində olduqça xeyirxah biri olaraq tanınır. Onlar öz adlarını daşıyan vəqfində təsisçiləridirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir