urek

Ürək sağlamlığını qoruyan 6 əvəzolunmaz qida

Baxış sayı: 1. 680

Şokolad

Gündəlik olaraq yeyəcəyiniz 3 kiçik parça bitter şokolad ürək və damar sisteminiz baxımından olduqca faydalıdır. Bitter şokolad təzyiqi və mənfi xolesterolu aşağı salır. Həmçinin xarici ölkələrdə aparılmış araşdırmalar nəticəsində bitter şokoladın infarkt riskini də 100-də 50 aşağı saldığı aşkarlanmışdır.

 

Yaşıl çay

Yüksək dərəcədə antioksidant, A, C və E vitaminləri ehtiva edir. Antioksidant xüsusiyyəti səbəbilə ürək xəstəliklərinin qarşısının alınmasında təsirlidir. Bu səbəbdən də gündə ən az 1 fincan yaşıl çay içməlisiniz.

 

Tuna balığı

Ürək sağlamlığı baxımından vacib olan Omega 3 tuna balığında yüksək miqdarda var. Həftədə ən az bir dəfə tuna balığı yeməyinizdə fayda var.

 

Qoz

Qoz qida dəyəri baxımından olduqca zəngindir. Tərkibində A, B1, B2, B6, C, D, E və P vitaminləri var. Eyni zamanda qozun tərkibində Dəmir, Sink, Mis, Maqnezium, Fosfor və Kalium da bol miqdarda mövcuddur. Tərkibində olan yağ turşuları ürək xəstəliklərinə qarşı qoruyucudur. Ürək və təzyiq xəstəliklərində qan təzyiqini nizama salır. Qanın laxtalanması halında qoz yeyildiyi zaman laxtalanmanın qarşısını alır. Gündə bir neçə ovuc qoz yemək ürəyə gedən qan dövranını nizamlayır, damar sərtləşməsi və ürək xəstəliyi riskini azaldır.

 

Quru ərik

Antioksidant səviyyəsi ən yüksək qidalardan biri olan quru ərik ürək xəstəlikləri riskini azaldır. 16 ədəd quru ərik gündəlik lif ehtiyacınızın da yüzdə 20-25%-ni qarşılayır.

 

Yer alması

Yer alması A, C vitaminləri, Kalsium, Dəmir, Fosfor mineralları ilə zəngindir. Antioksidant ehtiva edən yer alması sərbəst radikalları bədəndən ataraq ürək sağlamlığını qoruyur. Tərkibindəki qida maddələri ilə qansızlığa qarşı faydalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir