ev

Gizli kölgələrin gəzdiyi, ağlaşma səslərinin eşidildiyi LƏNƏTLƏNMİŞ EVLƏR – FOTOLAR

Baxış sayı: 1. 527

Qorxulu filmlər bəzilərinin sevə-sevə izlədiyi ekran əsərləridir. Onların bir çoxu ayrı-ayrı evlərdə çəkilir. Şübhəsiz ki, bu cür filmlərin çoxu hansısa yazıçının təxəyyülünün nəticəsi, uydurmasıdır. Lakin elə evlər də var ki, onların içində qeyri-adi, müəmmlı hadisələr, sirli olaylar baş verir. Onların içində ağlaşma səsləri, iniltilər eşidilir, divarlarında kölgələr gəzir. Bu səbəbdən də həmin evlərin lənətlənmiş olduğu deyilir.

“Gncaile.az” dünyanın ayrı-ayrı ölkələrində yerləşən lənətlənmiş evləri təqdim edir:

 

Ronald Defeo “Amityvill evi” adlanan bu evdə ailəsinin 6 üzvünü qətlə yetirib. Onun otaqlarında 11 qorxu filmi çəkilib.

“Sovden evi” – burada iki müdhiş cinayət hadisəsi baş verib. Ev uzun müddətdir ucuz qiymətə satışa çıxarılsa da, heç kim onu almaq istəmir. Alıcılar bunu onun lənətlənmiş olması ilə əsaslandırırlar.

“Con Braunun evi” – bu, Braun adlı zəncinin irqçilər tərəfindən asılaraq qətlə yetirildiyi malikanədir. Ərazidə yaşayanlar deyirlər ki, evin ətrafındakı ağaclarda iniltilər bu günə kimi eşidilməkdədir. Onlar bunu ruhlarla əlaqələndirirlər.

Cenet Leytin evi – məşhur “Manyak” filmi burada lentə alınıb. Çoxları bunu adi bədii film kimi qiymətləndirsələr də, filmin məhz Cenet Leytin evi adlanan malikanədə çəkilməsi heç də təsadüfi deyil. Bu evi lənətlənmiş mənzillərdən biri adlandırırlar. Həmin səbəbdən də onun otaqları uzun müddətdir insan üzünə həsrətdir.

Ma Barkerin evi – Al Kapone və digər mafiya başçılarının bir müddət yaşadıqları bu evin çox uğursuz məkan olduğu bildirilir.

Lizzi Bordenin evi – atasını və ögey anasını bu evdə baltalayan Lizzi Bordenin mənzili satışa çıxarılıb. Amma bu günə kimi ona yaxın duran, maraqlanan yoxdur.

Satanistlərin köşkü – bu evin əvvəlki sahibləri otaqlarda satanist ayinləri həyata keçiriblər. Ona görə də köşkün adı lənətlənmiş evlər sırasındadır.

Kreyser malikanəsi – Kreyser adlı qadının tüfənglə özünü vuraraq intihar etdiyi evdir. Bu intihardan illər keçsə də, evdə indiyə qədər ağlaşma səsi gəlir.

“Scveppe malikanəsi” – malikanənin sahibi Çarlez burada intihar edib. Lakin buna baxmayaraq, onun ruhunun malikanədə gəzdiyi deyilir. Malikanədəki pəncərələrin hər biri çirkli, tozludur, təkcə birindən başqa. İllərlə təmizlənməyən, dəsmal dəyməyən həmin pəncərə maraqlıdır ki, daim təmiz qalır.

“Hampton Lilibriqin evi” – bu evin içində uşaq və böyüklərin ağlaşma səsləri eşidilir. Bir çoxları evin ruhlar məskəninə çevrildiyini iddia edir.

Fin evi – çox ucuz qiymətə satışa çıxarılıb. Bunun səbəbi onun içində bədənsiz kölgələrin gəzməsidir. Evdə bircə dəfə də olsa qalanlar otaqlarda qeyri-adi kölgələrin olduğunu təsdiq edirlər. Bu səbəbdən sahibi onu çox ucuz qiymətə satışa çıxarıb. Amma nə olsun ki? Evi alan yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir