ebru gundes

Azəri qızı Günelin əlindən alınan Rza Zərrab ilə Ebru Gündeşin serial kimi eşq hekayəsi… – FOTOLAR

Baxış sayı: 2. 241

Rza Zərrab və Ebru Gündeş şou-maqazin dünyasının hər zaman ən çox müzakirə olunan cütlüklərindəndir. Artıq onlar təkcə şou-maqazin dünyasının deyil, bütün dünyanın müzakirə mövzusu olan cütlükdür. Rza Zərrabın ABŞ-da məhkumluq müddəti davam edir və o, hələ də Ebru Gündeşlə evlidir.

Türkiyə mətbuatı bu evlilik həyatının bir seriala mövzu olacaq qədər detallarla dolu olduğunu yazır

Beləliklə, iş adamı Rza Zərrabla Ebru Gündəşin həyat hekasini təqdim edirik.

 

Rza Zərrab media gündəminə ilk dəfə Azəri qızı Günel kimi tanınan azərbaycanlı müğənni ilə gəlmişdi. Elə də çox göz önündə olmasalar da, münasibətləri 8 ilə yaxın davam edib. Hətta evliliyə belə, hazırlaşırdılar. Onların münasibətləri 2000-ci ildən 2008-ci ilə kimi davam edib.

Nerden başlasak, nasıl anlatsak? Konu resmen Oscarlık filmlere taş çıkartır. Reza Zarrab'ın adını ilk kez, Azeri kızı Günel'in nişanlısı olarak duyduğumuzu hatırlarsınız.

Həmin dönəmlərdə Ebru Gündəş isə Türkiyənin tanınmış aparıcısı və prodüseri Osmantar Erkır ilə eşq yaşayırdı. Onlar daha çox o zamanlarda məşhur olan “Popstar Alaturka” şou proqramında birlikdə görünürdülər. Ebru Gündəşlə Osmantar Erkır də münasibətlərində evlənəcək mərhələyə qədər gəlmişdilər.

Bu arada Ebru Gündeş ve Osmantan Erkır aşkı, doludizgin devam ediyordu. İkiliyi Popstar Alaturka programında sık sık görüyorduk zaten.

Bütün bunlar yaşanan zaman Ebru Gündeşin 11-ci musiqi albomu çıxmışdı. Albomdakı “Sadece Sevdim” adlı 4-cü mahnıda heç kəsin daha öncə adını bəstəkar olaraq görmədiyi Rza Zərrab qeyd olunmuşdu. Zəngin, varlı ailədə dünyaya göz açan Rza Zərrabın bəstəkar olacağı heç kəsin ağlına belə, gəlmirdi.

Tüm bunlar yaşanırken Ebru Gündeş'in on birinci albümü çıkmıştı ama daha önce besteci olarak görmediğimiz bir isim albümde yer almıştı: Tahmin ettiğiniz gibi Reza Zarrab

Rza Zərrab o zaman jurnalistlərin “Niyə Ebru Gündeş üçün mahnı bəstələdiniz” sualına bu cür cavab verib: “Mən heç bir mənfəət güdmədən bəzi əsərlərimi dostlarıma hədiyyə edirəm. Ebru xanıma da qarşılıqsız olaraq bu bəstəmi hədiyyə etmişəm”.

Bu hədiyyə Ebru Gündəş ilə Rza Zərrab eşqinin fitilini yandırdı.

Daha sonra onların birlikdə olduqları dedi-qodusu yayılmağa başladı. Lakin onların ikisinin də bitməmiş bir münasibətləri var idi. İlk olaraq açıqlamalar Güneldən gəlmişdi. O, Ebru Gündeşi sevgilisini əlindən almaqda güahlandırırdı.

İkilinin birlikte olduğu dedikodusu hızla yayılıyordu ama her iki tarafın da bitmemiş bir ilişkisi vardı. İlk patlama Günel'den geldi.

Günel Rza Zərrabı itirməmək və sevgilərini isbat etmək üçün sosial hesabında durmadan paylaşımlar edir, ona alınan çiçəkləri, hədiyyələri paylaşırdı.

Hətta o, Rza Zərrabın ona yazdığı bir beyti də feysbuk səhifəsində paylaşmışdı:

Hatta ve hatta Reza Zarrab'ın çiçeğe eklediği notu da paylaştı Günel.

İş adamı Rza Zərrab 2009-cu ildə bir müsahibə zamanı Azəri qızı Günel ilə münasibətlərinin 5 oktyabr 2008-ci ildə bitdiyini açıqlamışdı. Ayrılıqdan bir il sonra Rza Zərrab Ebru Gündeşe eşqini elan etmişdi. Rza Zərrabın ailəsi də bu yeni eşq elanı xəbərinə çox sevinmişdi. Hətta əlavə olaraq, onun ailəsi məhz Güneldən ayrılmağına da ayrıca sevinmişdi. Səbəb kimi isə iddia olunurdu ki, Günel Rza Zərrabın öz ailəsi ilə 3 ilə yaxın bir müddətdə görüşməməsinə səbəb olub.

Reza Zarrab'ın ailesi Ebru Gündeş'e onay vermişti hatta Günel'le ayrıldığına sevinmişlerdi bile.

R.Zərrabla E.Gündeş eyni evdə yaşayırdılar. Günelin israrla onlara təzyiqlərinə dözməyən müğənni evdən ayrılmağa qərar vermişdi. Lakin Rza ona böyük bir sürpriz hazırlamışdı. O, yaşadıqları evin bütün divarlarına “Seni seviyorum” yazaraq, Ebruya evlilik təklif etmişdi. Onlar 11 fevral 2010-cu ildə evləndilər.

Ancak Ebru Gündeş, Günel'in konuşmalarına daha fazla dayanamadı ve Zarrab ile yaşadıkları evden eşyalarını alıp ayrılmaya karar verdi. Fakat bir sürpriz vardı...

Rza Zərrabla bağlı problemlər 2011-ci ildə Ebru Gündəş hamilə olduğu zamanlardan başlandı. Ailənin sürücüsü olduğu iddia edilən Turqut Happani qaçaqmalçılıq maddəsi ilə saxlanılmışdı.

Rza Zərrab Turqutu tanıdığını, lakin onun ailə sürücüsü olmadığı bildirərək, iddiaları rədd etmişdi. Həmin hadisədən sonra yay tətilinə yollanan cütlük Bodruma getdilər. 2011-ci ildə isə qızları Alara dünyaya gəldi.

Ebru Gündeş'in hamile olduğu 2011 yılında, Reza Zarrab ile ilgili ilk sıkıntılar çıkmaya başlamıştı.

Bu arada Rza Zərrab Ebru Gündeşə aldığı hədiyyələrlə hər zaman medianın gündəmində idi. Hətta Ebru Gündeş “Həyat yoldaşım mənə Marsı da alacaq” deyə mətbuata açıqlma vermişdi.

2016-cı ilin mart ayında Rza Zərrabın Mayamidə həbs olunması ilə bu evlilik ciddi zərbə aldı. İlk öncə boşanmaq istədiyini açıqlayan Ebru Gündeş daha sonra fikrini dəyişərək, həyat yoldaşına dəstək olmuşdu.

Reza Zarrab'ın Miami'de tutuklanması, evliliklerindeki belirgin olan ilk çatırdamaydı.

Sosial şəbəkələrdə Rza Zərrabla Ebru Gündeşin evlənməsinin strateji bir addım olmasını da iddia edənlər oldu. Çünki Ebru Gündeş İranda həddindən artıq çox sevilir.

Qeyd edək ki, R.Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid çirkli pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunaraq, həbs olunmuşdu.

Son olaraq Ebru Gündeş tam qərarı ilə Rza Zərrabdan boşanmayacağını, ona sonuna qədər dəstək olacağını bildirmişdi. Lakin bu evliliyin aqibətinin tam olaraq, necə olacağı hələ də müəmmalı qalmaqdadır.

Reza Zarrab'ın, Ebru Gündeş'le evlenmesinin stratejik bir hamle olduğunu iddia edenler de var: Ebru Gündeş'in İran'da çok fazla seviliyor olması.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir