kino

Universitet həyatına aid ən yaxşı 10 kinofilm

Baxış sayı: 1. 661

Yazının başlığından da göründüyü kimi, bu yazıda universitet həyatına aid ən yaxşı 10 kinofilm haqqında danışacağıq. Bu filmlərdən bir neçəsini izləyərək və ya təkrar izləyərək yavaş – yavaş o mühitə öyrəşə bilər və universitet həyatının gözəlliyini yenidən aşkar edə bilərsiniz.

The Social Network (Sosial Şəbəkə, 2010)

Sevgilisindən yeni ayrılan Mark, sərxoş olduğu bir gecədə məktəbin məlumat bazasının kodunu xakerliklə qırıb şəhərcikdəki qadınların fotoşəkillərindən ibarət sayt yaradır. Bu, qısa müddət sonra qurulacaq dünyanın ən böyük sosial media şirkətinin də ilk addımı olacaqdır.

Facebook-un qurucusu Mark Zuckerbergin hekayəsini ekranlara daşıyan film David Fincherın rəhbərliyində xeyli məşhur olmuş və ehtimal ediləndən də çox rəğbət görərək 3 nominasiyada Oskar mükafatı qazanmışdı.

Good Will Hunting (Can dostum, 1997)

Ölkəmizdə Can Dostum adı ilə tanınan və bir ara tez-tez televiziya ekranlarında nümayiş etdirilən Good Will Hunting də bu siyahıda olmağa haqq qazanmış filmlərdəndir.

Massaçusets Universitetində işləyən Will Hunting adlı bir süpürgəçinin hekayəsini izlədiyimiz bu filmdə baş rolda çəkilmiş Matt Damon ona verilmiş rolun öhdəsindən yaxşı gəlmişdir. Üstün zəkalı olmasına baxmayaraq həyatını yaxşı davam etdirməyib həbs olunmuş Willin həyatı qarşısına çıxan bir terapiya mütəxəssisi (Robin Williams) sayəsində dəyişəcək və həyatında yeni bir səhifə açılacaqdır. Film, Ben Affleck və Matt Damona Ən Yaxşı Orijinal Ssenari üzrə bir Oskar mükafatı da gətirmişdi.

Superbad (Çox Pis, 2007)

Bir-birinə tamamilə zidd iki yoldaşın hekayəsini əks etdirən Superbad da şəhərcik ab-havasında olan kinofilmlərdəndir. Lisey vaxtlarından dost olan Seth (Jonah Hill) və Evan (Maykl Cera) universiteti fərqli şəhərlərdə oxuyacaq. Çox utancaq olan Evans ilə tam bir cəngavər olan Seth yeni həyatlarında, xüsusən qızlarla tanış olmaq üçün can atır. Lakin qızlarla ünsiyyət qurmaq üçün atdıqları hər addımda boş-boş danışırlar və çox gülməli anların əsas obrazlarına çevrilirlər.

The Graduate (Sevgi mövsümü, 1967)

Bir klassika ilə siyahımızı davam etdirək. Dustin Hoffmanın hələ də ən yaxşı ifa etdiyi rolu kimi qəbul edilən Sevgi Mövsümü filmində universitetdən yeni məzun olan Bencamin ilə atasının müdirin arvadı xanım Robinson arasında qeyri-adi və bolca tovlamaqdan ibarət olan münasibətə şahid olmuşduq. Böyüklərin dünyasına addım atan Bencaminin hekayəsi 50 il sonra da izləyəndə aktuallığını və keyfiyyətini qoruyur.

 abs

American Pie 2 (Amerikan piroqu 2, 2001)

Liseydə başlayan hekayə universitetdə də davam edir. Cim, eynilə liseydə olduğu kimi Nadia ilə cinsi əlaqəyə girmək istəyir, lakin buna özünü heç cür hazır hiss etmir. Şəhərciyə gələn ailələr, ani ziyarətlər ilə ilk filmdəki şəhərcik yumorunun davam etdiyi film pərəstişkarlarını çox məmnun etmişdi.

Liberal Arts (Azad sənətlər, 2012)

Jessi universitet günlərinin həsrətini çəkir, Ohayodakı məktəbi üçün darıxır. Qəhrəmanı kimi qəbul etdiyi professor təqaüdə çıxmağa qərar vermişdi və təqaüdə çıxma mərasimində Jessidən də çıxış etməsini istəyir.

Jessi bu çıxış üçün məktəbinə qayıdır və universitetin ikinci kurs tələbəsi, klassik musiqi aşiqi olan Zibby ilə tanış olur və gözlənilən romantik hekayə başlayır. How I Met Your Motherdakı Ted rolu ilə ulduzu parlayan Coş Radnor, ssenarisini yazıb və özünün çəkdiyi bu filmdə baş rolda da oynayır.

Legally Blonde (Bu necə sarışındır? – 2001)

Nümayişə girdikdə ölkəmizdə də xeyli marağa səbəb olan “Bu necə sarışındır?” kinofilmi, “axmaq sarışın” əfsanəsinə nöqtə qoyurdu. Həm sarışın, həm də olduqca zəkalı bir qızın hekayəsini əks etdirən filmdə Riz Uizеrspun müdhiş obrazı diqqəti cəlb edir. “Bu necə sarışındır?” kinofilminin nailiyyətindən sonra filmin ardı da çəkilmişdir.

Françeska Ha (2012)

Sırada son illərin ən yaxşı kinofilmlərindən biri olan müasir klassik Françeska Ha var.

27 yaşındaki Françeska (Greta Gerviq) universitetdən məzun olma ərəfəsindədir və bu həyatda nə edəcəyini bilmir. Müxtəlif işlərə əl atsa da nailiyyət qazana bilmir və ən çox sevdiyi şey olan rəqsdə də şansı o qədər də yaxşı olmur. Nyu-yorkda bir yetkin şəxs kimi yaşamağın çətinlikləri ilə üzləşən Frances ən yaxın yoldaşı Sofiyanın başqa şəhərə köçməsi ilə daha da çətin günlər yaşayacaq.

Tiny Furniture (2010)

Girls serialı ətrafında böyük bir heyran kütləsi toplayan Lena Dunhamın hələlik yeganə kino filmi olan Tiny Furniture universitetdən məzun olduqdan sonra nə edəcəyini bilmədiyi üçün əyalətdəki ailəsinin yanına qayıdan Lenanın hekayəsini ifadə edir. Lenanın ailəsinin də roldakı müvəffəqiyyəti ilə çıxışı gözəlləşən və bütövlükdə Lenanın gerçək həyatını əks etdirən film uğurlu debut filmi olaraq ad qazanmışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir