Ölkələrin pul vahidlərinin mənasını bilirsinizmi? Əgər məlumatınız yoxdursa, bu yazı sizin üçündür.
“Gencaile.az” xarici mətbuata istinadla bəzi pul vahidlərinin hansı məna ifadə etdiyini təqdim edir.
1.Dünyada ən çox istifadə edilən pul vahidlərindən olan dollar sözünün mənası müxtəlif dəyişikliklərə məruz qalıb. Belə ki, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur kimi ölkələrdə istifadə edilən dollar sözü hollandların “joachimsthal” sözünə əsaslanır. Bu söz də mənasını gümüşün ilk dəfə çıxarıldığı mədən – Joachimin Vadisindən götürüb. Söz tədricən “dollar” halına çevrilib.
2.Peso – İspaniya əsilli pul vahidinin mənası ağırlıq deməkdir.
3. Lirə – Türkiyə və İtaliyanın pul vahidi lirə da “ağırlıq” mənasını ifadə edir. Bu söz kökünü latınca “libra”dan götürüb.
4. Avrodan əvvəl Almaniya və Finlandiyada istifadə edilən mark da ağırlıq mənasındadır.
5. Rial – Səudiyyə Ərəbistanı, Qətər və Yəmən kimi ölkələrdə istifadə edilir. Latınca “regalis” sözündən götürülüb, mənası krallıq deməkdir.
6. Rand – Cənubi Afrika Respublikasında istifadə olunur. O da dollar kimi adını mədəndən götürüb. Lakin dollardan fərqli olaraq rand qızıl mədəninin adıdır.
7. Yuan, Yen, Won – Çin pul vahidinin mənası yuvarlaq deməkdir. Pul vahidi adını Çində bu “圓,” bu işarədən götürüb.
8. Kron – Skandinaviya ölkələrinin istifadə etdiyi pul vahididir. Sözün mənası latınca “corona” sözündən götürülüb “tac” deməkdir.
9. İordaniya, Ərəbistan, Küveyt və Əlcəzairdə istifadə olunan dinar, latın dilində “denarius” sözündən götürülüb. Denarius antik Romada istifadə edilən güc və pul mənasını verib.
10. Rupi – Sanskrit dilində gümüş mənası verən “rupya” sözündən götürülüb, Hindistan və Pakistan rupisi də adını bu sözdən götürülüb.
11. Funt – İngiltərə pul vahididir, söz kökünü latın dilinin ağırlıq mənası bildirən “poundus”dan götürüb.
12. Rubl – Rusiya və Belorusda istifadə edilir. Gümüş üçün ağırlıq vahidi mənasını ifadə edir.
13. Macarıstan forintinin adı İtalyan dilində “fiorino” sözündən gəlir. Florensiyada qızıl pula verilən ad olsa da, İtalyanca çiçək mənasını verir.