paltar

Enli cinsləri necə kombin etməli?

Baxış sayı: 2. 087

Cinslər qarderobumuzun olmazsa olmazlarıdır. Hər mövsüm olduğu kimi, soyuq aylarda da cinsləri qarderobunuza əlavə edə bilərsiniz. Bu dəfəki yazıda isə enli cinslərdən bəhs edəcəyik.  Beləliklə, sizə enli cinsləri necə kombin edə biləcəyiniz mövzusunda bir neçə ipucu təqdim edirik.

 

Denim ilə

Denimin ümumi görünüşü insanı enli cins geyinməyə vadar edir. Bu payız şəhər stilində denim pencəklər və denim köynəklərdən asanlıqla istifadə edə bilərsiniz, xanımlar. Denim parça ilə bəzədilmiş ket, bel çantası, denimdən papaq da kombini tamamlamaqda sizə yardımçı olacaq.

 

Metal rəng ilə

Bu mövsümün ən aktual cütlüyü köhnə denimlə sarı metal rəngin kombinidir. Elə bu səbəbdən də köhnə cins şalvar və folqa kağızını xatırladan sarı metal rəngində top erkən payızın ən hit kombini olacaq. Bu obarzı eyni metal rəngində çanta, ayaqqabı və günəş eynəyi ilə daha da baxımlı hala gətirmək sizin əlinizdədir.

 

Kardiqanla

Viktoriya Bekhem və Keyti Holmsun geyim tərzlərində tez-tez belə denimlərin sadə top yaxud t-shirtlə və yaxası düymələnmiş kardiqanla xoş görüntüsünə rast gələ bilərsiniz. Belə bir stili tamamlamaq üçün yumşaq makasinlərdən və həmin stilə uyğun çantadan yararlana bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir