aksesuar

Qəpik-quruşa satılan milyonluq sənət əsərləri – FOTOLAR

Baxış sayı: 1. 635

Bəzən bazardan ucuz qiymətə aldıqları əşyaların əslində, çox dəyərli sənət əsəri, mədəni irs olduğununun fərqinə belə varmırlar.

Beləliklə,  qəpik-quruşa satılan çox dəyərli sənət inciləri haqda yazını təqdim edirik.

 

Oqyüst Renuar “Sena sahilində peyzaj”

2009-cu ildə Virciniya sakini ikinci əl əşyalar bazarından cəmi 7 dollara yağlı boya ilə çəkilmiş əsər alır. Alıcının sözlərinə görə, onu əsərdən çox çərçivənin gözəlliyi cəlb etmişdi. Rəsmin üzərində Oqyüst Renuarın imzasını görən xanım bu əsəri antik əşyalar satılan mağazaya aparır.

Orada məlum olur ki, bu həqiqətən impressionist rəssamın “Sena sahilində peyzaj” əsəridir, əsl qiyməti isə, nə az, nə çox 75 000 dollardır.

 

Fibrecin yumurtası

1917-ci il Oktyabr inqilabından sonra rus bolşevikləri çar ailəsinə məxsus zinyət və incəsənət nümumnələrini ölkə xaricində dəyər-dəyməzinə satmağa başladılar. Dövrünün ən məşhur zərgəri sayılan Karlo Fabrecin yumurtaları da bu siyahıya daxil idi. Bu yumurtaların birinin taleyi isə uzun müddət naməlum qalmışdı.

Bugünlərdə amerikalı bir tacir bu nümunəni 14 min dollara alıb, 15 min dollara satmaq qərarına gəlir. O internetdə araşdırma apardıqdan sonra London antik muzeyində bu yumurtaya bənzər zinyət əşyaları tapır və İngiltərəyə yollanır. Antik əşyalar üzrə mütəxəssis yumurtanın qiymətini tacirə bildirəndə, o, huşunu itirir. Məlum olur ki bu əşyanın qiyməti düz 33 milyon dollardır.

 

Kraliça Aleksandranın toy tacı

Bolşeviklərin satdıqları çar ailəsinə məxsus zinyət əşyalarından bəhs edərkən, kraliça Aleksandranın toy tacını qeyd etməmək olmaz. Rus gözəlinin 1535 ədəd almaz qaşla bəzədilmiş toy tacı cəmi 4 dollara satışa çıxarılmışdı. 1990-ci ildə həmin tacı auksioner biznesmenlər sahibindən 2,45 milyon dollara almışdılar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir