naneli makaron sorbasi

Nanəli makaron şorbası – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 544

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi  “Yeməyə nə var?” rubrikasında bu dəfə 4 nəfərlik nanəli makaron şorbasının hazırlanma qaydasını təqdim edirik.

 

Tərkibindəkilər:

500 qr dana əti

5 parça iliksiz sümük

1 ədəd kök

2 diş sarımsaq

2 ədəd qərənfil toxumu

1 ədəd soğan

2 ədəd dəfnə yarpağı

1 ədəd kiçik pomidor

Kərəvəz

4 stəkan su

1 ovuc quru nanə

1 şorba kasası makaron

Duz

İstiot

 

Hazırlanması:

Böyük bir qazanın içinə nanə və makaron xaric buütün ləvazimatları qatın, üzərinə 4 stəkan suyu əlavə edib ağzını bağlayın. Ağzını qapaqla yarımçıq bağlayıb zəif odda 2, ya 2 saat yarım bişirin. Yavaş-yavaş qaynadın, arada üzünə çıxan kəfi yığın.

Bişdikdən sonra süzgəcdən keçirib soyuducuda soyumağa qoyun. Ət suyunun içindəki artıq yağı götürüb yenidən makaronla birgə qaynadın. Makaronlar da bişdikdən sonra üzərinə bol quru nanə əlavə edib süfrəyə verin.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir