KISI

Kişilərə aid maraqlı psixoloji sindromlar

Baxış sayı: 1. 626

Sindrom (yun.- eyni səviyyədə, uyğun)  ümumi patogenezə malik simptomların məcmusudur.

Tibbdə və psixologiyada sindrom termini eyni vaxtda baş verən kliniki aşkar olunmuş simptomların oxşarlığına əsaslanır. Belə ki, xüsusiyyətlərdən biri həkimi digər xüsusiyyətlərin olması barədə xəbərdar edir. Bu termin tibbdən kənarda da oxşar hadisələri təsvir etmək üçün istifadə olunur.

Tibb terminologiyasında sindrom yalnız aşkar olunmuş xarakteristikaların məcmusuna aid edilir. Spesifik xəstəlik və ya rahatsızlıq isə əsas səbəb kimi qəbul olunur.

Aşağıda qeyd etdiyimiz bəndlərdə isə siz kişilərə aid maraqlı psixoloji sindromlar haqqında tanış ola bilərsiniz.

Boss sindromu – Bu xarakterli kişilərin 70%-i qadın rəhbərinin əmri altında işlədikdə, 65%-i isə həyat yoldaşları onlardan daha çox pul qazandıqda əziyyət çəkirlər. 58%-i isə uğurlu kariyera əldə etmiş qadın həmkarlarına qarşı qısqanclıq və paxıllıq hissi keçirirlər.

Napoleon sindromu – balaca boyluluq kişilər üçün ən böyük faciədir. Bu kompleksi kişilər  yüksək həyati iddialılıq, şöhrətpərəstlik hissi ilə bunu gizlətməklə aradan qaldırılmağa  çalışırlar. Ən bariz nümunə Napoleon Bonapart, müasirlərdən isə müğənni Prins, futbolçu Dieqo Maradona, aktyor Dastin Hofman və s.

İtirilmiş vaxt sindromu – Bu tip insanlar elə tələskən təbiətə malikdilər ki, hər bir arzusunun həmin an və dəqiqliklə alınmasını istəyir. Zamanla bunlara ala bilmədikdə həvəsdən düşür, depressiya yaşayırlar.

Herkules sindromu – Bu tip kişilər müəyyən səbəblərdən  bəzi “qadın işləri” etməyi təhqir kimi qəbul edirlər. Məsələn: yemək bişirmək, qabları yumaq, uşağı gəzdirmək və s.

Kotovski sindromu – Onlar saçlarını keçəl formasında qırxmaqla elə düşünürlər ki, bu yolla saçlarının tökülməsini gizlədəcəklər. Saçlarının tökülməsi ilə razılaşa bilməmələri onları müxtəlif növ vasitələrə əl atmağı məcbur edir. Saçın tökülməsini  öz kişilik güclərinin- cazibələrinin itirilməsi ilə bərabər tuturlar.

Gücsüzlük sindromu – kişi hər zaman güclü, hər şeyə qadir olmalıdır kimi fikirlər kişilərdə qeyri-adekvat yüksək qiymətləndirmə hissi yaradır. Nəticədə, yaş artdıqca fiziki və psixoloji dayanaqlıq azalır. Bu zamana kimi söylənilən fikirlər isə artıq özünü doğrultmur. Təbii ki,  kişilər də yorula, həssas ola, hətta ağlaya bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir