pul

Milyarderlərin ən böyük səhvləri – MARAQLI

Baxış sayı: 1. 935

Dünyada bir çox milyarderlər var ki, onların qurduqları maliyyə imperiyaları ilk baxışdan çox qüsursuz görünür.  Amma sən demə, onlar da bəzən adi səhvlərə yol verə bilirlər. “Gencaile.az” dünyada məhşur olan bu şəxslərin buraxdığı kiçik, sonradan böyük bəlaya çevrilən səhvləri barədə oxuculara məlumat verir. Beləliklə, başlayaq, dünyanın ən zəngin insanı Bill Qeytsdən. 1997-ci ildə müflis olmaq təhlükəsi ilə üz-üzə qalan “Apple” şirkəti yardım üçün Bill Qeytsə ağız açır. “Microsoft”un qurucusu isə bu şirkətə kompüterlərin proqram təminatı müqabilində 150 milyon dollar ayırır. Bu isə Qeytsin ən böyük səhvi olur. Belə ki, kompüter və mobil telefon bazarını bu vəsaitlə tezliklə ələ keçirən Stiv Cobs Bilin ən böyük rəqibinə çevrilir.

Image result for bil qeyts və stiv cobs

2017-ci ildə varidatını 100 milyard dollara çatdıran “Amazon” şirkətinin sahibi Ceff Bezos da səhvə yol verib. Onun bazara təqdim etdiyi “Fire Phon” adlı məhsul şirkətin 170 milyon itirməsinə səbəb olub.

Image result for Ceff Bezos

Teleməkanın ən yaxşı şou aparıcılarından biri, Opra Uinfri isə jurnalistikada həyatının səhvini edib. “The Oprah Winfrey Show” ilə qazandığı uğurlar xanımı elə həvəsləndirib ki, özü “OWN” adlı telekanal açıb. Amma 2011- ci ildə açılan telekanalda işlərin ilk vaxtlar yaxşı getməməsi ona 330 milyona başa gəlib.

Image result for Opra Uinfri

ABŞ-ın sayılıb-seçilən milyarderlərindən olan Uorren Baffet bu günlərə səhvləri üzərində öyrənə-öyrənə gəlib. 1960-cı illərdə “Berkshire Hathaway” şirkətini ucuz qiymətə alan Baffet sonradan daha çox qazanmaq üçün şirkəti satır. Gəl ki, yeni sahibkar onu kompaniyanın bütün səhmlərindən məhrum edir. Belə olduqda, Baffet yenidən müflisləşmiş “Berkshire Hathaway”i almaq qərarı verir. Tekstil firmasının yenidən canlandırmaq isə ona 200 milyarda başa gəlir.

Image result for Uorren Baffet

Riçard Brenson adı da çoxlarına məlumdur.  “Virgin Group”un rəhbəri Coca-Cola şirkəti ilə rəqabətə görə külli mjiqdarda pul itirib. Belə ki, onun istehsal etdiyi Virgin Cola bazarda cəmi 0,5 faiz paya sahib ola bilib.

Image result for Riçard Brenson

L’Oréal şirkətinin varisi Lilian Betankur isə sevgi qurbanı olub. Bu ilin əvvəlində vəfat edən xanım əri Fransua-Mari Banye üçün ağlasığmaz vəsait xərcləyib. 1987-ci ildə fotoçəkiliş zamanı tanış olan cütlük bir müddət çox xoşbəxt yaşayıblar. 2007-ci ilə qədər xanım Banyeyə 1,3 milyard dollarlıq hədiyyələr bağışlayıb. Yalnız 2007-ci ildə Lilianın qızı Mayers atalığına qarşı iddia qaldırıb. O düşünürdü ki, atalığı Lilianın yaşlı olmasından öz xeyiri üçün istifadə edir. Amma məhkəmə varisin ölümündən sonra təxirə salındı.

Image result for Lilian Betankur

Corc Sorosa gəlincə, Soros Fund Managementin rəhbəri Quantum Partners fonduna 500 milyon dollar yatırım etməklə səhvə yol verib. Soros hesab edirdi ki, Quantum Partnersin rəhbəri Bill Qross əla maliyyəçidir. Sonradan o, səhvini başa düşdü və maliiyəni kəsdi.

Image result for Corc Soros




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir