barcelona

Avropanın ən gözəl 10 tarixi şəhəri

Baxış sayı: 1. 741

Bu əfsanəvi tarixi Avropa şəhərlərində xüsusi enerji var – onların atmosferi, tarixi, həyat tərzi və misilsiz həyat yolu insanı cəlb edir. Avropanın ən gözəl şəhərlərindən ilham almaq, özünüzü sehirli dünyada hiss etmək üçün ömrünüzdə bir dəfə də olsa 10 şəhərin hər birinə baş çəkin.

 

FLORENSİYA

Əksəriyyət italiyanlar Florensiyanın Avropanın ən gözəl tarixi şəhəri və mədəniyyət paytaxtı olduğuna inanırlar. Şəhərin 15-ci əsrə aid tarixi mərkəzi orta əsr gözəlliyinə xas tutqunluğu və romantik enerjisi ilə birlikdə öz orjinal formasında saxlanılır. Florensiyanın Toskana inzibati mərkəzi öz gözəlliyi və ən dadlı qidaları ilə İtaliyada məşhurdur.

VENESİYA

Venesiya “Körpülərin şəhəri”, “Sevgi şəhəri”, “Kanallar şəhəri” kimi təkcə İtaliyada deyil, eləcə də, əsrlər boyu bütün dünyada ən gözəl şəhərlərdən biri hesab olunur. Bu gün Venesiya romantik səyahəti sevənləri, Qotik və Barok üslubunun həvəskarlarını öz unikal gözəlliyi ilə cəlb edir. Şəhər həmçinin musiqi, müasir incəsənət və gözəl karnavallar mərkəzi kimi də tanınır.

ROMA

Hər bir turistin brilliant səyahət toplusunda bizim cədvəlimizdə üçüncü italiyan şəhəri “əbədi şəhər” Roma var. Açıq havada böyük muzeyi ilə məşhur olan bu möhtəşəm şəhər hələ də tarixi ruhunu saxlayaraq Avropa sivilizasiyasının ən qiymətli şəhəri kimi təmsil olunur.

PARİS

Parisi dünyanın ən romantik şəhəri hesab edirlər. Onun əfsanəsi o qədər güclüdür ki, o statistikaya görə dünyanın ən çox turist ziyarəti olan şəhəri hesab olunur. Eleqant, əzəmətli, dəbdəbəli, Avropanın ən yaxşı həyat tərzi olan ( Fransız ərzağı, Fransız modası və s.) Parisi bir dəfə görsən belə, musiqisindən və gözəlliyindən onu anlamaq və duymaq olur.

 PRAQA

Avropanın bu tarixi şəhərinin artıq 1100 yaşı var, milyonlarla turisti cəlb etdiyinə görə də mədəni irs hesab olunur. Qotik arxitekturası, köhnə meydanları, Çex pivə markası ilə məşhur olan pivəbişirmə evləri, Milad bayramını qeyd etmək üçün unikal Katolik ənənələri ilə Praqa heç vaxt marağını itirməyən şəhərdir.

AMSTERDAM

Bu şəhərin adı “Amstel çayı üzərində bənd” deməkdir.Avropanın ən əhəmiyyətli liman şəhəri olan Amsterdamın gözəlliyi su ilə xarakterizə olunur, çünki suda əks olunan rəngarəng evləri, unikal kanalları və körpüləri ilə təkrarolunmaz kolorit yaradır. Bu şəhər gecə həyatı, rəssamlar və yaradıcı elita üçün olan festivalları ilə məşhurdur.

BRUGGE

Belçikanın şimal-qərb hissəsində yerləşən Bruqqe şəhəri “Bruqqedə” filmi ilə məşhurlaşdıqdan sonra bilindi ki, Qərbi Flandriya əyalət şəhərindən də daha gözəl nağıllar şəhəri var. Mikelandjelonun Orta əsr memarlığının şah əsəri – Məryəm kilsəsi, gözəl körpüləri, küçə konsertləri, sənət qaleriyalar, musiqi və qida festivalları – bütün bunları Bruqqeni qurmanlar və estetiklər üçün unikal bir yerə çevirir.

BUDAPEŞT

Macarıstanın paytaxtı Budapeşt qədimlik və müasirliyin gözəl sintezidir. Rəngarəng və orijinal Budapeşt Buda qalası, macar mətbəxi, hamamı, isti bulaqları ilə Avropanın ən yaxşı otellərinin olduğu şəhərlərinin qızıl fonduna daxildir.

 LİSSABON

Portuqaliyanın incisi Lissabon dünyanın ən qədim və gözəl şəhərlərindən biridir. Memarlıq baxımından müxtəlif olan şəhərdə roman və qotik üsullu tikililərdən barok və post-modern abidələrə qədər rast gəlmək mümkündür. Muzeylər, parklar, dar küçələr, mozaikalı meydanlar, bürünc fəvvarələr və çiçəklərlə dolu küçələr kiçik bir şəhərin gözəl görünməsi üçün yetərlidir.

BARSELONA

Katalonyanın paytaxtı Barselona eləcə də dünyanın futbol paytaxtı olmaqla yanaşı, qotik tərzində evləri və Antoni Quadinin orijinal memarlıq nümunələri ilə də İspaniyanın ən gözəl şəhəridir. Şəhərdə bazar günü gəzintisi və idmanla məşğul olmaq üçün 7 çimərlik və 68 yaşıl park var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir