burc

İt ili sağlamlığımız üçün nələri vəd edir?

Baxış sayı: 1. 675

Sağlamlığı verən Allah, onu qoruyan isə insanın özüdür. Bəs tibbi astrologiya 2018-ci ildə sağlamlığımız üçün nələri vəd edir?

Beləliklə, 2018-ci il üçün tibbi astroloji proqnozu təqdim edirik.

 

Qoç Bürcü

Bu bürc altında doğulanlar 2018-ci ildə özlərini əsasən soyuqdəymədən qorumalıdırlar. Əks halda ciddi xəstəliklərin yaranması qaçılmaz olacaq. Ona görə də sağlamlıqla bağlı problemlərin yaranmaması üçün, xüsusilə soyuq havalarda, bu bürc altında doğulanlar səhhətlərinə xüsusi diqqət yetirməlidirlər.

Normal həyat fəaliyyəti üçün kifayət qədər enerjilərinin olmasına baxmayaraq baş ağrılarının yaranma ehtimalı da mümkündür. Nəzərə almaq lazımdır ki, orqanizmdə yaranan ən adi bir problem belə öz-özünə aradan qalxmır. Buna görə həkimlərə müraciət etmək vacibdir. 2018-ci ildə xəstəliklərin müalicəsi və profilaktikası müsbət nəticələr verəcək.

Mart və sentyabr aylarında zədə almaq ehtimalı böyükdür. Buna görə də bu aylarda məişətdə, fiziki işlə məşğul olan zaman, səyahətlərə çıxarkən daha ehtiyatlı olmaq tövsiyə olunur.

 

Buğa bürcü

Buğa bürcündən olanların əksəriyyəti sağlamlıqlarına qarşı laqeyd olurlar. Proqnozlar bu cür laqeydliyə son qoymağı tövsiyə edir.

Buğa bürcü altında doğulan insanların mədə-bağırsaq sistemində olan xəstəliklərin kəskinləşməsi gözlənilir. Xüsusilə, yay aylarında mövcud xəstəliklər yenidən baş qaldıracaq. Buna görə də həmin ərəfədə sağlamlıqla bağlı lazımi tədbirləri həyata keçirmək lazımdır. Bununla yanaşı bu bürcdən olan insanlar sinir sisteminin qayğısına da qalmalıdırlar. Əsəbləri qorumaq üçün iş və istirahət rejimlərini düzgün tənzimləməlidirlər. Ən yaxşısı isə, yarana biləcək xəstəliklərin qarşısını vaxtında almaq üçün profilaktik tədbirlər həyata keçirmək məsləhət görülür.

 

Əkizlər bürcü

Əkizlər bürcü altında doğulanlar 2018-ci ildə ehtiyat enerjiləri və xəstəliklərə qarşı müqavimətləri ilə öyünə bilərlər. Bütövlükdə onların sağlamlıq durumunda ciddi problemlərin yaranacağı gözlənilmir. Yalnız normal həyat tərzi keçirməyənləri xoşagəlməz sürprizlər gözləyəcək. Ancaq bu son demək deyil. Bu bürc altında doğulanlar zərərli vərdişlərdən əl çəksələr sağlamlıqlarında problem olmayacaq.

Əkizlər 2018-ci ildə qida zəhərlənməsindən özlərini qorumalıdırlar. Buna görə qida məhsullarının və içkilərin seçilməsində diqqətli olmaq lazımdır.

Profilaktik tədbir kimi Əkizlər bürcü altında doğulanlara sağlamlıq durumunu qaydasında saxlanılması üçün orqanizmin təmizlənməsi tövsiyə edilir.

 

Xərçəng bürcü

Əgər bu bürc altında doğulanlar immun sisteminin qayğısına qalsalar, 2018-ci ildə sağlamlıq durumları qənaətbəxş olacaq. Sağlam həyat tərzi, xüsusilə, idman Xərçəng bürcündən olanlar üçün daha vacibdir.

Mart və oktyabr aylarında ürəkdə problemlərin yaranma ehtimalı ola bilər. Buna səbəb isə yorğunluq, fasiləsiz iş rejimi olacaq. Bu baxımdan Xərçəng bürcündən olanlar istirahətlərinə mütləq vaxt ayırmalıdırlar. Xüsusilə, qadınlar sağlamlıqlarında problemlərin yaranmaması üçün istirahətlərinə diqqət yetirməlidirlər.

 

Şir bürcü

2018-ci ildə Şir bürcü altında doğulanlar göz və qulaqlarını, xüsusilə, qorumalıdırlar. Ən başlıcası isə özfəaliyyət müalicəsindən uzaq olmalıdırlar.

Ümumilikdə, bu bürcdən olanlar üçün  bu il müalicə və profilaktiki tədbirlərin həyata keçirilməsində səmərəli ildir. Xüsusilə, ürək-damar xəstəliklərinin müalicəsi uğurlu nəticələr verəcək.

Bu bürc altında doğulanlar, yaz aylarında siqaret, alkoqol və digər zərərli vərdişlərdən uzaq olmalıdırlar. Əks təqdirdə bu vərdişlər xoşagəlməz fəsadlarını büruzə verəcək.

 

Qız bürcü

Tibbi astroloji baxımdan 2018-ci il Qız bürcündən olanlar üçün sağlam həyat vəd edir.

Piylənmə, artıq çəki problemi olanlar üçün 2018-ci il əlverişli sayılır. Bu xoşagəlməz hallarla mübarizə müsbət nəticələr verəcək.

50 yaşdan yuxarı olanlar həyat tərzinə xüsusi diqqət yetirməli, əsəb, həyəcan və gərginlikdən uzaq olmalıdırlar. Ən əsası isə məzuniyyətlərini istirahətə sərf etməlidirlər.

 

Tərəzi bürcü

2018-ci il Tərəzi bürcündən olanlara sakit həyat tərzi vəd edir.

Bu bürcdən olan kişilər rasionlarından yağlı qidaları çıxarmalıdırlar. Əks halda qaraciyərlə bağlı problemlərin yaranması ehtimal olunur.

Tərəzi bürcü altında doğulanlar arasında mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkənlər sağlamlıqlarına xüsusi diqqət yetirməli, xəstəliklərin kəskinləşməməsi üçün tövsiyə olunmuş pəhrizlərə mütləq əməl etməli, əlavə profilaktik tədbirlər həyata keçirməlidirlər.

Dekabr ayının əvvəllərindən bu bürc altında doğulanların cinsi istəyi artsa da, bu sahədə fəallığı çox da artırmaq lazım deyil. Astroloji proqnoza görə cinsi fəallıq nəticəsində dəri-zöhrəvi xəstəliklərinə tutulma ehtimalı böyükdür.

 

Əqrəb bürcü

2018-ci ildə Əqrəb bürcü altında doğulanların qan təzyiqi və ürək problemləri ilə üzləşməsi ehtimal olunur. Ancaq düzgün müalicə problemləri aradan qaldıracaq.

Bu bürcdən olanlara yaz aylarında ağır fiziki işləri təxirə salmaq, intensiv idman məşqlərindən imtina etmək lazımdır.

Payız aylarının sonlarında kişilərin soyuqdəymə xəstəliklərinə, qadınların isə böyrək, oynaq, yumurtalıq xəstəliklərinə tutulma ehtimalı böyükdür. Bunu nəzərə alaraq əvvəlcədən ehtiyat tədbirlərini görmək lazımdır.

Astroloji proqnozlara görə Əqrəb bürcü altında doğulanlar 2018-ci ildə ədviyyatlardan və qida əlavələrindən az istifadə etməlidirlər.

 

Oxatan bürcü

2018-ci ildə Oxatan bürcü altında doğulanlar fiziki və zehni yorğunluğa yol verməsələr, ilboyu sağlamlıqlarında ciddi problem olmayacaq.

Bu bürc altında olanların uzun illərdən bəri sağlamlıqlarında yığılıb qalmış problemlər varsa, 2018-ci il müalicə üçün çox əlverişli və uğurlu bir il olacaq. Sağlamlıqla bağlı atılacaq hər bir addım müsbət nəticələr verəcək.

Tibbi astroloji proqnozlara görə ilin son aylarında Oxatan bürcü altında doğulanların depressiyaya düşmək ehtimalı mümkündür. Bu xoşagəlməz halla üzləşməmək üçün istirahətə vaxt ayırmaq tövsiyə edilir.

 

Oğlaq bürcü

Oglaq bürcü altında doğulanların həyat enerjisi və xəstəliklərə qarşı müqaviməti 2018-ci ildə orta səviyyədən yuxarı olacaq. Ancaq buna baxmayaraq mövcud xəstəliklərin kəskinləşməsi ehtimalı da var. Sağlamlıqla bağlı problemlərin dərinləşməməsi üçün vaxtında müalicə və profilaktik tədbirlərin görülməsi tövsiyə olunur.

Sağlam həyat tərzi sürənlər, müntəzəm idmanla məşğul olanlar aprel, may aylarında zədə alma təhlükəsindən özlərini qorumalıdırlar.

İyul və avqust aylarında isə Oğlaq bürcü altında doğulan insanlar əsəblərinə hakim olmağı bacarmalıdırlar.

Oğlaq bürcündən olanlar sağlıq durumunun daha yaxşı olması üçün 2018-ci ildə qida rasionlarına, sağlam qidaya xüsusi diqqət yetirməlidirlər.

 

Dolça bürcü

2018-ci ildə həyat fəaliyyəti üçün bu bürc altında doğulanların enerjisi yetərincə olacaq. Bir şərtlə ki, hər adi hadisəyə görə özlərində gərginlik yaratmasınlar.

Dolça bürcündən olanlar yaz aylarında əsəblərinə hakim kəsilməli, zehni işlə məşğul olanlar iş yükünü azaltmalıdırlar. Çünki bu ərəfədə immun sisteminin zəifləməsi ehtimalı böyükdür.

Qida rasionları vitaminlərlə zəngin olarsa, Dolçalar ilboyu ciddi sağlamlıq problemləri ilə üzləşməyəcəklər.

2018-ci ildə Dolça bürcündən olanlar xüsusilə dayaq-hərəkət sisteminin qayğısına qalmalıdırlar. Bunun üçün onlar fiziki aktivliklərini artırmalıdırlar.

 

Balıq bürcü

2018-ci ildə Balıq bürcü altında doğulanlar həzm sisteminin qayğısına qalmalıdırlar. Qidalanma rejimi pozularsa, bu bürc altında olanlarda mədə-bağırsaq problemlərinin yaranması ehtimalı böyükdür.

Balıqlara il ərzində sakit həyat tərzinin təmin olunması tövsiyə edilir. Sinir sisteminin həzm orqanlarına təsiri nəzərə alınaraq bü bürc altında olanlar iş və istirahət rejimlərinə diqqətlə yanaşmalıdırlar.

Ümumilikdə, Balıq bürcü altında doğulanların güclü immunitetləri cox da ciddi xəstəliklərin yaranmasına imkan verməyəcək. Tibbi astroloji proqnozlara görə mövcud xəstəliklərin  müalicəsi müsbət nəticələr verəcək.

Öncə sağlamlıqdır. Sağlamlığınıza fikir verin ki, 2018-ci ildə həyatdan zövq alacağınız günlərin sayı daha çox olsun…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir