Bayram gecəsi, yaxud qonaqlıqda, əyləncədə çoxlu spirtli içki qəbulundan sonra səhərlər özünə gəlmək çətindir. “Poxmel” insan sanki bütün gününü boşuna sərf etmiş olur. Başı ağırıyır, halsız olur, özünü pis hiss edir. Əgər siz də “poxmel”dən ayıla bilməmisinizsə, “Gencaile.az”-ın “Ailem.az”-a istinadən təqdim etdiyi bu tövsiyələrinə əməl edin.
– Baş ağrısını, bədəndəki ağırlığı və yorğunluğu götürmək üçün az duzlu sodalı ayran içə bilərsiniz. Böyük bir stəkanın yarısını az duzlu ayran, yarısını mədən sodası ilə doldurun və yavaş-yavaş qarışdırın. Bədəndəki mineral itkisinin qarşısını bu şəkildə ala və özünüzü daha gümrah hiss edə bilərsiniz.
– Çoxlu su için. Spirt bədəni qurutduğu üçün bol maye qəbul etmək lazımdır. Axşam hər qədəhdən sonra bir stəkan, ertəsi gün isə 2, ya 3 litr su qəbul edin. Hindistan qozu suyu da “poxmel” olanlar üçün çox uyğundur. Suyunuza bir az dəniz duzu və limon da əlavə edə bilərsiniz. Yaşıl meyvə və tərəvəzlərin suyu da elektrolit tərkibli olduğu üçün tövsiyə edilir.
– Gün ərzində qəhvə və qara çay əvəzinə bitki çayları içərək, günü daha rahat keçirə bilərsiniz.
– Spirtli içki içmədən əvvəl bir qaşıq zeytun yağı içsəniz spirt qanınıza daha az qarışacaq.
– Spirtli içki içmədən əvvəl yemək yeyin. Mədə boş olmamalıdır. Spirtli içkidən əvvəl qəhvə içmək olmaz. Qaraciyəri yükləyərək, özünüzü daha pis hiss etmənizə səbəb olar.
– Bütün günü yataqda keçirməyin. Bu, özünüzü daha halsız və yorğun hiss etmənizə səbəb olacaq. Piyada gəzin, təmiz hava alın.
– Səhər yuxudan oyananda yüngül bir nahar edin. Ağır nahar sizi daha çox yorar.
– Səhər naharında təzə sıxılmış portağal suyu içmək sizə gümrahlıq verər.
– Gün ərzində mütləq portağal, qreypfrut, naringi kimi C vitamini ilə zəngin meyvələr yeyin.
– B vitamini qəbul edin. Spirt bədəndəki vitaminləri öldürür. B vitamini qaraciyər yolları üçün fayalıdır. Ertəsi gün B vitamin kompleksi qəbul etməniz faydalı olacaq.
– Bir çox insan “poxmel” olduğu üçün ertəsi gün daha çox hamburger, “fast food”lar yeyir. Ancaq bu, yanlışdır. Daha sağlam qidalanın, səhər yeməyi üçün yumurta, avokado, ispanaq yeyin.
– Brokoli, kələm, brüssel kələmi yeyin. Limon və dəniz duzu səpilmiş rəndələnmiş kök də qaraciyərə faydalıdır.
– Tərləyin. Ertəsi gün yüksək tempdə idman edərək tər tökün. Yoqa da axşamdan “poxmel” qalanlara faydalıdır.
– Üzün. Üzmək edə biləcəyiniz ən yaxşı məşğuliyyətdir.