bitkiler

Qanı duruldan TƏBİİ VASİTƏLƏR

Baxış sayı: 1. 788

Qanın həddindən artıq duru və ya qatı olması insan orqanizmində müxtəlif xəstəliklərin mövcudluğuna işarədir. Qanın normadan çox duru olması sürətli qanaxmalara, qatı olması isə metobolizmanın pozulmasına səbəb olur. Bu sistemin balanslaşdırılmasına isə birbaşa qaraciyər nəzarət edir.

Qanı durulaşdıran qidalar sırasında gün ərzində 2 litrdən çox suyun qəbulu, çiy tərəvəzlər istehlak etmək, meyvə salatları salatlar, mövsümi meyvələr faydalıdır. Ət məhsulları, az hərəkət etmək, çox duzlu və yağlı yemək kimi vərdişlər isə qanın qatılaşmasına səbəb olur.

Bundan başqa, tünd çaydan istifadə yerinə, müxtəlif bitki çaylarından – nanə çayı, zəncəfil, sarıkök, limon hər gün qəbul edilməlidir. Onlar orqanizm üçün olduqca faydalı inqridentləri özündə birləşdirir.

Mütəmadi olaraq məkkəgülü, sofora qönçələri, öksəotundan da istifadə etmək tövsiyyə edilir. Onlar həm qanı duruldur, həm də qan təzyiqini aşağı salır, turşməzə və gözəl dada malikdirlər. Daha çox yeməkdən sonra içilməsi məsləhət görülür.

Tərkiblərində olan maddə damarların mənfəzinə yığılmış yağ və lipidləri təmizləyir, təzyiqsalıcı keyfiyyətə məxsusdur. Damarlarda laxtalanmanın miqdarını azaldır.

Nanə və zəncəfil çayı isə qanı durulaşdırmaqla yanaşı, yaxşı əsəbsakitləşdirici effektə malikdir.

Sarımsağın qandurulducu təsiri çox güclüdür, təzyiqi aşağı salır, bədəni virus xəstəliklərindən qoruyan ən yaxşı vasitədir.

Hər il qan aldırmaq orqanizmin yenilənməsinə, hüceyrələrin yenidən canlanmasına səbəb olur. Dəri altındakı tromblarla zəngin, çirkli qanı bədəndən xaric edir və yerinə oksigenlə zəngin təzə qan gəlir, bununla da qanı durulaşdırır.

Sağlam olun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir